24 Yanvar 2026 08:50
285
İQTİSADİYYAT
A- A+
Köhnə ilin uğurları, yeni ilin vəzifələri

Köhnə ilin uğurları, yeni ilin vəzifələri


Lerik heyvandarları qışlaq probleminin həllini gözləyirlər


Lerik aqrar rayondur. Əsas məşğulluq sahələri əkinçilik və maldarlıqdır. Üstəlik, rayonun əhalisi  işgüzar və torpağa bağlı adamlardır. Lerik həm də dağ rayonudur, əkin-biçin üçün elə də əlverişli şəraitə malik deyil. Buna baxmayaraq, hər il aqrar sektorda uğurlara imza atır. Ötən il də istisna olmadı. 

2025-ci ildə rayon üzrə istehsal edilən ümumi kənd təsərrüfatı məhsullarının dəyəri 112 milyon 710,9 min, o cümlədən heyvandarlıq üzrə 70 milyon 318,7 min, bitkiçilik məhsulları üzrə 42 milyon 392,2 min manata çatıb. Bu, 2024-cü illə müqayisədə 5,8 faiz çoxdur. Taxılçılıqda nəticələr daha ürəkaçandır. Lakin bunu heyvandarlıq haqqında demək olmur. 1 yanvar 2026-cı il vəziyyətinə görə, rayonda 34,6 min baş qaramal, 68 min baş davar heyvan qeydə alınıb. Son illər qoyun və keçilərin sayı 40 min başdan çox azalıb ki, bu da rayonun qoyunçuluq təsərrüfatlarına təhkim olunmuş Muğan qışlağındakı otlaq sahələrinin geri alınması ilə bağlıdır.

Əvəzində iqtisadiyyatın digər sahələrində artım qeydə alınıb. Məsələn, 2025-ci ildə informasiya və rabitə sahəsində göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin eyni dövrü ilə  müqayisədə 740,9 min manat və ya 94,9 faiz artaraq 1 milyon 518,4 min manat olub. Pərakəndə ticarət şəbəkəsində dövriyyənin həcmi isə 5,9 faiz artıb. Həmçinin ictimai iaşənin dövriyyəsi ötən illə müqayisədə 7,5 faiz yüksələrək dəyəri 3 milyon 79,9 min manat təşkil edib. Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri də 2024-cü ilə nisbətən müqayisəli qiymətlərlə 2,2 faiz artıb. Bu xidmətlərin 2 milyon 941,5 min manatını və ya 12,7 faizini məişət xidmətləri təşkil edib.

İlkin məlumatlara əsasən, ötən il Lerikdə hüquqi şəxslər üzrə 184 yeni iş yeri açılıb. İş yerlərindən 54,3 faizi yeni yaradılmış müəssisələrin payına düşür. Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2025-ci ildə 4 min 821, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 4 min 26 nəfər, yəni 83,5 faiz təşkil edib. 

Prezidentin müvafiq sərəncamları ilə son vaxtlar Lerikdə 4 istiqamətdə kəndarası avtomobil yolları inşa edilib. Hazırda isə Hamarmeşə-Bibiyani avtomobil yolu inşa olunur. Bunlardan əlavə, Şingədulan-Xanagah, Əliabad-Gürdəsər-Boykəndil, Gürdəsər-Nücü, Əliabad-Soru, 40-cı kilometr-Əliabad, Piran-Bürsülüm-Bobla, Piran-Veri Əliabadı-Veri və digər kəndlərə gedən  avtomobil yolları "52 nömrəli Yol İstismarı" MMC-nin dəstəyi ilə təmir edilib. Ötən il həmçinin büdcə vəsaiti hesabına Noda, Çayrud və Pirasora kəndləri istiqamətində avtomobil yollarının bir hissəsinə asfalt döşənib. 

Rayonun 33 yaşayış məntəqəsi yay aylarında içməli sudan korluq çəkirdi. Məsələni yoluna qoymaq üçün dövlət vəsaiti və ərazidə yaşayan sakinlərin öz təşəbbüsləri ilə Soru, Gürdəsər, Zenonu, Piran, Kələxan, Lələdulan, Boykəndil, Zövnə, Zəriküməco və digər kəndlərdə 33 subartezian quyusu qazılıb. Qarşıdakı illərdə Cəngəmiran, Blaband, Xəlifəkücə, Lüləkəran, Osnağakücə və Ambu kəndlərinə yeni su xəttinin çəkilməsi, Qosmalıan, Kələxan, Çayrud, Pirasora, Dəstər və Tikəband kənd inzibati ərazi dairələrində yeni sututarların tikilməsi nəzərdə tutulub. 

Qazlaşdırma sahəsində də xeyli iş görülüb. Bununla belə görülməli işlər çoxdur. Magistral qaz xətti üzərində yerləşən, Ordahal qazpaylayıcı məntəqəsinə yaxın məsafədə olan Kirəvud, Boykəndil, Gürdəsər, Laman, Şingədulan, Lərmərud və daşıyıcı xətt üzərində olan Şonayçola, Qələsər, Hoveri, Divağac kəndlərinin qazlaşdırılması üçün bütün texniki məsələlər 2020-ci ildə həll edilsə də, layihə-smeta sənədləri hazırlansa da, əhalinin böyük intizarla gözlədiyi tikinti hələ başlamayıb. Amma ümid sonda ölür. Rayon rəhbərliyi bu məsələ üzərində ciddi  işləyir. 

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına 2025-ci il ərzində müvəkkil kredit təşkilatlarından Lerikdə fəaliyyət göstərən sahibkarlar üçün 232 layihə üzrə 4 milyon 44,5 min manat kredit ayrılıb və həyata keçirilmiş layihələrlə bağlı 23 daimi iş yeri yaradılıb. Söz ki, iş yerlərindən düşdü, qeyd edək ki, Lerikdə əmək fəaliyyətli əhalinin sayı 43 min, məşğul əhalinin sayı isə 40,4 min nəfərdir. Hazırda rayon məşğulluq mərkəzində işaxtaran kimi 2,6 min, işsiz kimi 1,5 min nəfər qeydiyyatdadır.

Sosial problemlərin həlli yönündə görülən işlər sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Lerik şəhərində 16 mənzilli 2 kommunal yaşayış binasının, rayon ərazisində isə 60-dan çox fərdi yaşayış evinin inşasını xüsusi qeyd etmək istərdik. Onu da bildirmək istərdik ki, bu il nazirlik tərəfindən daha 20 mənzilli yeni kommunal yaşayış binasının tikintisi planlaşdırılıb. Bunlardan savayı, 2010-cu ildən başlayaraq təbii fəlakət nəticəsində zərərçəkmiş vətəndaşlar üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən rayonda yeni fərdi yaşayış evlərinin tikintisi həyata keçirilir. Ötən müddət ərzində 70-dən çox fərdi yaşayış evi inşa edilərək evləri qəza vəziyyətinə düşmüş vətəndaşlara təhvil verilib. Hazırda 20-dən çox yaşayış evinin tikintisi davam edir. 

Bu günlər Lerikə güclü qar yağdı. Bəzi ərazilərdə qarın hündürlüyü 1-1,5 metrə çatdı. Bu da avtomobillərin hərəkətində müəyyən fəsadlara yol açdı. Əlaqədar təşkilatlar, rayon əhalisi əl-ələ verib yaranmış çətinliyi qısa müddətdə aradan qaldırdılar. Amma qar eyni zamanda bol ruzi-bərəkətdir. Bu o deməkdir ki, taxıl zəmiləri, otlaq sahələri, ağaclar bol su içib, bol da məhsul verəcək. 


Seyran CAVADOV, 

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir: Zəngəzur dəhlizi Orta Dəhlizin buraxılış qabiliyyətini artıracaq

10:38
24 Yanvar

Kiyevə çoxkombinasiyalı hava hücumu edilib, ölən və xəsarət alanlar var

10:36
24 Yanvar

Tramp: Azərbaycanla strateji tərəfdaşlığımızı möhkəmləndirəcəyik

10:34
24 Yanvar

ABŞ-ın vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək

10:33
24 Yanvar

Tramp: Kanada elə ilk ili ərzində onları "yeyəcək" Çinlə əməkdaşlığa səs verdi

10:31
24 Yanvar

Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib

10:27
24 Yanvar

Sozar Subari: Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi region üçün mühüm hadisədir

09:29
24 Yanvar

Bilmək istəyirəm

09:25
24 Yanvar

Rusiya-Ukrayna: savaş masaya keçir?

09:20
24 Yanvar

İctimai xadim, yazıçı və pedaqoq

09:15
24 Yanvar

Elmdə iz qoyan alim 

09:10
24 Yanvar

Səhnənin sönməz ulduzu

09:05
24 Yanvar

Cəmiyyət öz gücünü birləşdirərsə...

09:00
24 Yanvar

Adını Vətənin azadlıq tarixinə yazdı

08:55
24 Yanvar

Köhnə ilin uğurları, yeni ilin vəzifələri

08:50
24 Yanvar

2025-ci il ağdamlılar üçün doğma yurda qayıdışın başlanğıc tarixidir

08:45
24 Yanvar

Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı

08:40
24 Yanvar

Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq

08:35
24 Yanvar

İlham Əliyevin Davos diplomatiyası

08:30
24 Yanvar

Azərbaycan sülhsevər imicini Davos İqtisadi Forumunda bir daha dünyaya nümayiş etdirdi

08:25
24 Yanvar

Bu forumda da Azərbaycanın logistika və enerji imkanları diqqət mərkəzində oldu

08:23
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!