24 Yanvar 2026 08:23
786
SİYASƏT
A- A+
Bu forumda da Azərbaycanın logistika və enerji imkanları diqqət mərkəzində oldu

Bu forumda da Azərbaycanın logistika və enerji imkanları diqqət mərkəzində oldu


Davos İqtisadi Forumu dünya liderlərinin və nəhəng maliyyə biznes dairələrinin qatıldığı qlobal tədbirdir. Burada dünyanı maraqlandıran və rahatsız edən mühüm məsələlər geniş müzakirə olunur, vacib qərarlar qəbul edilir.

Forumda həmçinin dünyanın aparıcı KİV-i bu beynəlxalq tədbir barədə cəmiyyətə maraqlı və yeni informasiya çatdırmaq istəyirlər. Bu zaman onlar  müsahiblərinin kimliyinə və onun siyasi çəkisinə xüsusi əhəmiyyət verirlər, çalışırlar ki, müsahibləri vasitəsilə təsir dairələrində olan auditoriyaya sanballı informasiya və ya şərh ötürsünlər. Bu, bütün dünyada KİV-in can atdığı əsas hədəfdir.

"Euronews" telekanalının Davosda "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbir keçirməsi də dövlətimizin başçısının şəxsində yüksək dünyagörüşə və siyasi mədəniyyətə malik bir lider görmək istəməsi olmuşdur. Bu yerdə tədbiri idarə edən moderatorun və kanalın sədri Pedro Varqasın ölkəmizlə bağlı ciddi bilgilər əldə etməsini xüsusi vurğulamaq lazımdır. Pedro Varqas Prezident İlham Əliyevin şəxsi keyfiyyəti ilə yanaşı, gördüyü işləri yüksək dəyərləndirərək demişdir: "Cənab Prezident, Siz fərəh hissi duyan ölkəyə, öz gələcəyinə əmin olan ölkəyə rəhbərlik edirsiniz. Siz də hiss edə bilərsiniz ki, Azərbaycan dünyada öz mövqeyindən əmindir. "Euronews"dan əlavə olaraq, xarici investor kimi biz özəl kapitalımızla Azərbaycana sərmayə yatırmaqdan şadıq və icazə verin, Azərbaycanın hazırkı mövqeyinin uğurunun təməlində dayanan üç sahəni qeyd edim. Birinci yerdə Sizin diplomatik keyfiyyətləriniz, beynəlxalq diplomatiyanız dayanır. Sizin ölkəniz çox mürəkkəb coğrafiyada salınmış bir körpüdür".

"Euronews" telekanalının sədri Azərbaycan Prezidentinin apardığı logistika siyasətini yüksək dəyərləndirərək bildirmişdir ki, Azərbaycan bu sahədə islahatlar sayəsində hava və dəniz limanları, fiber-optika, həmçinin böyük məlumat mərkəzləri baxımından qlobal səviyyədə maraq doğurur. Sədr ölkəmizi logistika baxımından Asiya ilə Avropanı birləşdirən mühüm bir ölkə kimi dəyərləndirmişdir. TRIPP marşrutunun açılmasını qeyd etməsi isə Prezident İlham Əliyevin diplomatik qələbəsinə edilən bir işarə idi.

Dövlətimizin başçısı  "Euronews" telekanalına dəvətə görə təşəkkürünü bildirdi və ölkəmiz barədə deyilən xoş sözlərə görə minnətdarlıq etdi. Vurğuladı ki, Azərbaycan üçün uzun illər prioritet sahə enerji sektoruna investisiya qoymaq olub və artıq burada icra edilən böyük layihələr tamamlanıb. İndiki halda ölkə üçün əsas prioritet sahə qeyri-enerji sektorudur.

Məlum olduğu kimi, Azərbaycan dünyada "yaşıl enerji"yə keçid edən ilk ölkələrdəndir. Baxmayaraq ki, ölkəmiz zəngin neft-qaz resurslarına sahibdir, yeni dövrün tələblərinə uyğun olaraq "yaşıl enerji"dəki zəngin potensialından istifadə etməyi planlaşdırır. Dövlətimizin başçısı vurğuladı ki, 2030-cu ilə qədər Azərbaycanda Günəş və külək enerjisi üzrə 8 giqavat güc əldə edilməsi gözlənilir. 

Prezident həmçinin qarşıdakı illərdə iqtisadi imkanlarımızı genişləndirəcək sahə kimi Qarabağ və Şərqi Zəngəzurda mədənçilik sənayesinin önəmini vurğuladı. Uzun illər bu ərazilər düşmən işğalında olduğu üçün sərvətlərimizdən istifadə edə bilmirdik. Torpaqlarımız işğaldan azad edildikdən sonra yüksək texnologiyalardan istifadə olunaraq burada tədqiqat işləri aparılır. Məqsəd bu mədənlərin potensialının dəyərini müəyyənləşdirməkdir. Bununla bağlı dövlətimizin başçısı qeyd etdi ki, mədənçilik, bərpaolunan enerji, süni intellekt və məlumat mərkəzləri xarici investorlar üçün əsas hədəf olmalıdır. Bütün bunların fonunda ölkənin gələcək inkişafında qeyri-neft-qaz sektorunun rolu danılmazdır: "Bu, faktiki olaraq iqtisadi fəaliyyətin ən yaxşı göstəricisidir. Təəssüf ki, Azərbaycanda neft ehtiyatlarının təbii azalması səbəbindən iqtisadiyyatımız sürətlə inkişaf edə bilmir. Lakin, qeyd etdiyiniz kimi, qeyri-neft sektoru 2 faizdən çox artıb və neft-qazla əlaqəli olmayan sənaye isə ötən il 5,5 faiz artıb. Prezident olaraq mənim üçün bunlar əsas göstəricilərdir".


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə jandarmeriyası C-130 təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın gedişatı barədə  

15:49
03 Aprel

DİN: Növbəti əməliyyat zamanı 43 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb   

15:48
03 Aprel

Gözlənilən yağışların şəhərətrafı subasmaya meyilli olan ərazilərə təsir göstərəcəyi ehtimal olunur – XƏBƏRDARLIQ

15:41
03 Aprel

Azərbaycan və Türkiyə süni intellekt sahəsində əməkdaşlığı nəzərdən keçirib

15:32
03 Aprel

Mənzildən istifadə hüququ hansı hallarda dövlət qeydiyyatına alına bilər? – Ali Məhkəmə izah edib  

15:27
03 Aprel

Peskov Ukraynada döyüş əməliyyatlarının dayandırılması şərtini açıqlayıb  

15:21
03 Aprel

Bakı metrosunun pik vaxtlarında qatarlar arasında interval azaldılıb

15:13
03 Aprel

Rusiya banklarının işində genişmiqyaslı sistem nasazlığı  

15:09
03 Aprel

Fransaya məxsus təyyarədaşıyan gəmi Aralıq dənizinə yerləşdirilib

15:01
03 Aprel

“Freelander”in təqdimatı  

14:57
03 Aprel

“iPhone” smartfonlarının rəng strategiyası  

14:47
03 Aprel

Azərbaycan Beynəlxalq Bankı 8 nominasiyada mükafat qazandı

14:38
03 Aprel

Ev təsərrüfatları və biznes üçün kreditlər: mart ayındakı artım davam edir   

14:33
03 Aprel

ISO 20121 standartının milli səviyyədə adaptasiyası WUF13-ün ən mühüm irs komponentlərindən biridir  

14:16
03 Aprel

Türk şəhid övladları Diasporla İş üzrə Dövlət Komitəsində olublar  

13:53
03 Aprel

Sabah hava yağıntılı olacaq

13:41
03 Aprel

AFFA prezidenti: Legioner limitinin ləğvindən sonra rəqabət və oyun keyfiyyəti artıb  

13:35
03 Aprel

Qırğızıstan İrana 129 tonluq humanitar yardım göndərir

13:26
03 Aprel

Azərbaycan Ordusunda Aprel döyüşlərinin 10-cu ildönümü qeyd olunub  

13:19
03 Aprel

Dövlət ehtiyatlarının idarə olunmasında rəqəmsal monitorinq sistemlərinin tətbiqi hansı mərhələdədir?  

13:12
03 Aprel

TDT ölkələri metrologiya sahəsində daha sıx əməkdaşlıq edəcək  

12:48
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!