03 Aprel 2026 14:16
201
CƏMİYYƏT
A- A+
ISO 20121 standartının milli səviyyədə adaptasiyası WUF13-ün ən mühüm irs komponentlərindən biridir  

ISO 20121 standartının milli səviyyədə adaptasiyası WUF13-ün ən mühüm irs komponentlərindən biridir  

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq çərçivəsində WUF13 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən AZS ISO 20121:2026 “Tədbir davamlılığının idarəetmə sistemləri” dövlət standartı hazırlanıb. Sənəd beynəlxalq ISO 20121:2024 “Event Sustainability Management Systems” standartı əsasında formalaşdırılıb və ilk dəfə olaraq Azərbaycanın milli standartlaşdırma sisteminə uyğunlaşdırılıb.

AZƏRTAC xəbər verir ki, yenilənmiş ISO 20121:2024 standartı 2024-cü ilin fevral ayında təsdiqlənib. Standartın məqsədi iqlim fəaliyyəti və əlçatanlıq kimi mövzuları nəzərə alaraq davamlılığı tədbir idarəçiliyinin bütün mərhələlərinə inteqrasiya etmək və uzunmüddətli, ölçülə bilən faydaların yaradılmasını təmin etməkdir.

Vacib məqam bu standartın tətbiq sahəsinin genişliyidir. Bu yanaşma təkcə dövlət qurumlarını əhatə etmir. Eyni zamanda, özəl sektor, tədbir təşkilatçıları, təchizatçılar və ümumilikdə bu sahədə fəaliyyət göstərən bütün tərəflər üçün yeni imkanlar yaradır. Bu isə o deməkdir ki, gələcəkdə bu standart təkcə bir tədbirin deyil, bütövlükdə ölkədəki ekosistemin bir hissəsinə çevriləcək.

Son illər ərzində Azərbaycanda qlobal miqyaslı tədbirlərin təşkili sahəsində ciddi insan kapitalı və institusional təcrübə formalaşıb. Bu gün Azərbaycan tədbirlərə ev sahibliyi edən ölkə olmaqla yanaşı, bu sahədə formalaşmış bilik və təcrübəni paylaşan, hətta ixrac edən tərəf kimi tanınır.

Məhz bu mərhələdə növbəti vacib addım bu təcrübənin sistemləşdirilməsi və vahid yanaşma əsasında inkişaf etdirilməsidir. Bu kontekstdə, WUF13 Azərbaycan Əməliyyat Şirkəti olaraq təqdim edilən standart xüsusi əhəmiyyət daşıyır. Bu proses ölkə rəhbərliyi tərəfindən müəyyən edilmiş strateji istiqamətlərlə də tam uzlaşır.

Xüsusilə, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafın milli prioritetləri” Sərəncamında yer alan “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” istiqaməti bu yanaşmanın əsasını təşkil edir.

Eyni zamanda, ölkəmizin BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğunlaşma siyasəti bu istiqamətdə görülən işlərin beynəlxalq çərçivəyə inteqrasiyasını təmin edir. Hələ 2016-cı ildə Prezidentin Fərmanı ilə Davamlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Azərbaycanın milli prioritetləri Birləşmiş Millətlər Təşkilatının 2030-cu il Gündəliyi ilə tam uyğunlaşdırılıb.

Əgər son 10-12 illik dövrə diqqətlə nəzər salsaq, 2012-ci ildə keçirilmiş Avroviziya Mahnı Müsabiqəsindən başlayaraq, Avropa Oyunları, Formula 1 yarışları, İslam Həmrəyliyi Oyunları, COP29 və bu gün WUF13-ə qədər uzanan bir inkişaf xəttini aydın şəkildə görmək mümkündür.

Bu tədbirlərin hər biri yalnız təşkilati uğurla fərqlənməyib, eyni zamanda, idarəetmə yanaşmalarının, planlaşdırma mədəniyyətinin və dayanıqlılıq prinsiplərinin mərhələli şəkildə formalaşmasına nail olub. Bu baxımdan, WUF13 xüsusi mərhələni təmsil edir.

“Əgər əvvəlki illərdə biz bu prinsipləri tətbiq edirdik, öyrənirdik və inkişaf etdirirdiksə, artıq bu gün həmin yanaşma konkret standart formasında öz məntiqi təsdiqini tapır. Biz təqdim olunan standarta yalnız texniki bir sənəd kimi yanaşmırıq, ölkədə tədbirlərin təşkili sahəsində vahid idarəetmə modelinin formalaşması kimi qəbul edirik.

ISO 20121 standartı ilk dəfə 2012-ci ildə London Olimpiya və Paralimpiya Oyunlarının təcrübəsindən ilhamlanaraq yaradılıb. Bu standartı dünya miqyasında ən nüfuzlu tədbirlər tətbiq edib: London 2012, Rio 2016 və Paris 2024 Olimpiya Oyunları, FIFA Dünya Kuboku Qatar 2022, Davos Dünya İqtisadi Forumu.

Yaradılan standartın hazırlanmasında 30-dan çox ölkənin ekspertləri iştirak edib. 2024-cü ildə standart yenilənib: ətraf mühit, sosial idarəetmə və korporativ idarəetmə tələbləri, yəni ESG (ekoloji, sosial və idarəetmə) meyarları, habelə insan hüquqları və inklüzivlik məsələləri əlavə olunub.

Bu standart beynəlxalq tədbir idarəçiliyində artıq özünü təsdiqləmiş yanaşmadır və müxtəlif qlobal platformalarda tətbiq olunub. Biz də bu gün həmin beynəlxalq çərçivəni milli səviyyədə tətbiq edən və onu öz idarəetmə praktikasına inteqrasiya edən tərəf kimi çıxış edirik”, - deyə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin məlumatında bildirilib.

WUF13-ə hazırlıq çərçivəsində WUF13 Azərbaycan Əməliyyat Şirkətinin işçi heyətinin 90 faizi bu istiqamətdə təlimlərə cəlb olunub. Tədbirin təşkili isə bütün mərhələlərdə ISO 20121 və ISO 9001 standartlarına uyğun şəkildə sertifikatlaşdırılıb. Bu isə onu göstərir ki, söhbət yalnız konseptual yanaşmadan getmir. Standart real tətbiq olunmuş və sınaqdan keçmiş idarəetmə sistemidir.

WUF13 çərçivəsində əldə olunan bu nəticə, yəni ISO 20121 standartının milli səviyyədə qəbul olunması bu tədbirin ən mühüm irs komponentlərindən biri kimi qiymətləndirilir.

“Əgər biz bu günə qədər təcrübə qazanmışıqsa, bu standart həmin təcrübənin sistemləşdirilmiş formasıdır və ən əsası, bu yanaşma gələcək nəsillərə ötürüləcək bir idarəetmə mədəniyyətinin əsasını qoyur”, - deyə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin məlumatında qeyd olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Freelander”in təqdimatı  

14:57
03 Aprel

“iPhone” smartfonlarının rəng strategiyası  

14:47
03 Aprel

Azərbaycan Beynəlxalq Bankı 8 nominasiyada mükafat qazandı

14:38
03 Aprel

Ev təsərrüfatları və biznes üçün kreditlər: mart ayındakı artım davam edir   

14:33
03 Aprel

ISO 20121 standartının milli səviyyədə adaptasiyası WUF13-ün ən mühüm irs komponentlərindən biridir  

14:16
03 Aprel

Türk şəhid övladları Diasporla İş üzrə Dövlət Komitəsində olublar  

13:53
03 Aprel

Sabah hava yağıntılı olacaq

13:41
03 Aprel

AFFA prezidenti: Legioner limitinin ləğvindən sonra rəqabət və oyun keyfiyyəti artıb  

13:35
03 Aprel

Qırğızıstan İrana 129 tonluq humanitar yardım göndərir

13:26
03 Aprel

Azərbaycan Ordusunda Aprel döyüşlərinin 10-cu ildönümü qeyd olunub  

13:19
03 Aprel

Dövlət ehtiyatlarının idarə olunmasında rəqəmsal monitorinq sistemlərinin tətbiqi hansı mərhələdədir?  

13:12
03 Aprel

TDT ölkələri metrologiya sahəsində daha sıx əməkdaşlıq edəcək  

12:48
03 Aprel

Almaniyada vağzalda partlayışdan sonra 500 nəfər təxliyə edilib  

12:19
03 Aprel

Aİ komissarı: Avropa uzunmüddətli enerji şoku ilə üzləşir

12:17
03 Aprel

İran Küveytin neft zavoduna dronlarla hücum edib

12:17
03 Aprel

BMT-nin Baş katibi Quterreşi vəzifəsində kim əvəz edəcək?

12:14
03 Aprel

“Azərkosmos” və “Viasat” aviasiya üçün uçuşdaxili internet xidmətləri göstərəcək  

12:06
03 Aprel

Aprel döyüşləri ilə başlayan Zəfər yürüşü

11:56
03 Aprel

Hörmüz boğazı konfransı: 41 ölkə bölgəyə hərbi qüvvə göndərməkdən imtina edib

11:52
03 Aprel

FIFA rəsmisi: Biz Azərbaycana böyük etimad göstəririk

11:43
03 Aprel

Ötən il federasiya və akademiyalara 2,8 milyon manat ayrılıb

11:39
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!