03 Aprel 2026 15:27
151
CƏMİYYƏT
A- A+
Mənzildən istifadə hüququ hansı hallarda dövlət qeydiyyatına alına bilər? – Ali Məhkəmə izah edib  

Mənzildən istifadə hüququ hansı hallarda dövlət qeydiyyatına alına bilər? – Ali Məhkəmə izah edib  

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası yaşayış sahəsindən istifadə hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Bu barədə AZƏRTAC-a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, işin hallarına görə, iddiaçılar Abşeron rayonunun Novxanı kəndində yerləşən bağ evi üzərində istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını tələb edib, lakin inzibati orqan bu hüququn qeydiyyatının qanunvericilikdə nəzərdə tutulmadığını bildirərək müraciəti təmin etməyib. Birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək istifadə hüququnun reyestrdə qeydiyyata alınmalı olduğunu qeyd etsə də, apellyasiya instansiya məhkəməsi mübahisəyə fərqli mövqedən yanaşmış, iddiaçıların istifadə hüququnun ailə münasibətlərindən yarandığını və bu səbəbdən qeydiyyata alınmalı olmayan hüquq olduğunu əsas gətirərək dövlət reyestrində qeydiyyatı zəruri hesab etməyib.

Ali Məhkəmə isə mübahisəyə fərqli hüquqi yanaşma tətbiq edərək vurğulayıb ki, mülkiyyət hüququ mütləq deyil və onun həyata keçirilməsi digər şəxslərin hüquq və maraqları ilə ədalətli və ağlabatan tarazlıq əsasında təmin olunmalıdır. Bu baxımdan yaşayış sahəsindən istifadə hüququnun qiymətləndirilməsi zamanı yalnız onun yaranma əsası deyil, həm də hüquqi mahiyyəti və daşıdığı funksiya nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelərə istinad edən məhkəmə kollegiyası qeyd edib ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan istifadə hüququ mahiyyət etibarilə məhdud əşya hüququ olub servitut xarakteri daşıyır.

Ali Məhkəmə izah edib ki, Mülki Məcəllənin 228.5-ci maddəsi əsasında yaranan istifadə hüququnun digər servitut növlərindən əsas fərqi onun yaranma formasındadır, lakin bu, hüququn mahiyyətini dəyişmir. Belə hüquq şəxsi servitut kimi çıxış edir və konkret şəxsin yaşayış ehtiyaclarının ödənilməsinə xidmət edir. Bu hüquq özgəninkiləşdirilə bilməz, vərəsəlik qaydasında keçmir, lakin hüquq sahibinə yaşayış sahəsindən istifadə etmək və bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək imkanı verir.

Məhkəmə kollegiyası, həmçinin qeyd edib ki, bu cür hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması hüquq sahiblərinin hüquqlarının daha etibarlı qorunmasına, eyni zamanda, əmlak üzərində mövcud yüklülüklər barədə üçüncü şəxslərin məlumatlandırılmasına və mülki dövriyyədə hüquqi müəyyənliyin təmin edilməsinə xidmət edir. Bu baxımdan, inzibati orqanın qeydiyyatdan imtinası qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə zidd qiymətləndirilib.

Yekunda Ali Məhkəmə iddiaçıların kassasiya şikayətini təmin edib, apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edərək iddiaçılar bağ sahəsi üzərində istifadə hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı inzibati orqanın üzərinə öhdəlik qoyub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında  

16:52
03 Aprel

Makron Trampın İran müharibəsinə yanaşmasını tənqid etdi  

16:46
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar  

16:45
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

16:45
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb  

16:44
03 Aprel

Donald Tramp Kir Starmeri yenidən tənqid edib

16:43
03 Aprel

TDT-yə üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü yüksək qiymətləndirilib  

16:42
03 Aprel

Baş prokuror Tərtərdə vətəndaşların müraciətlərini dinləyib  

16:41
03 Aprel

MDB İqtisadi Şurasında bir neçə sənəd qəbul edilib

16:40
03 Aprel

Ədliyyə naziri Xaçmazda vətəndaşların müraciətlərini dinləyib

16:39
03 Aprel

Azərbaycan və Çinin banklar assosiasiyaları əməkdaşlıq memorandumu imzalayacaqlar  

16:38
03 Aprel

Ağdamda əmək yarmarkasında dəzgah operatoru üzrə vakansiyalar təqdim edilib  

16:37
03 Aprel

Hindistan vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlıq edilib  

16:36
03 Aprel

Macarıstandan Ukraynaya qaz nəqli gözlənilmədən kəsilib

16:32
03 Aprel

Qadın minaaxtaranlar son 3 ildə 700 hektar ərazini minalardan tam təmizləyiblər

16:31
03 Aprel

Elektron siqaretlərə dair dövlət standartı ləğv edilib

16:30
03 Aprel

Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasında ilk onluqdadır  

16:29
03 Aprel

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 340 minə yaxın turist gəlib

16:28
03 Aprel

Milli QHT Forumu və ANAMA yanında İctimai Şura mina təhlükəsi ilə bağlı Bəyanat yayıb

16:14
03 Aprel

Dünya bazarına neft nəqli üçün alternativ variantlar müzakirə olunur

16:08
03 Aprel

Ağ Ev 1,5 trilyon dollarlıq müdafiə büdcəsini təqdim edəcək

16:01
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!