24 Yanvar 2026 08:35
258
SİYASƏT
A- A+
Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq

Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq


Yanvarın 22-də Davosda Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə görüşü oldu. Görüşdə Donald Trampın ABŞ-də yenidən hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Ötən ilin avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı razılaşmaların əldə edilməsində Prezident Donald Trampın tarixi rolu vurğulandı. Söhbət əsnasında dövlət başçıları ikitərəfli əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi apardılar, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların münasibətlərimizin dərinləşdirilməsində rolunu qeyd etdilər. 

Milli Məclisin deputatı Vüqar Rəhimzadə qəzetimizə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin amerikalı həmkarı ilə görüşü Azərbaycan-ABŞ münasibətlərinin strateji əhəmiyyətini, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın və liderlər arasında formalaşmış siyasi etimadın göstəricisidir: "Ümumiyyətlə, Donald Trampın ABŞ Prezidenti seçilməsindən sonra ölkələrimiz arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Ötən ilin avqust ayında Prezident İlham Əliyevin ABŞ-yə səfəri həm Azərbaycan-Amerika ikitərəfli münasibətləri, həm də Azərbaycan-Ermənistan sülh gündəliyi, regional sabitlik və qlobal təhlükəsizlik kontekstində  xüsusi əhəmiyyət kəsb etdi. ABŞ Prezidenti Donald Trampın dəvətilə gerçəkləşən səfər tarixi xarakter daşıdı. Əminliklə söyləmək olar ki, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlər təkcə ənənəvi diplomatik əməkdaşlıq çərçivəsində inkişaf etməklə kifayətlənməyərək, keyfiyyətcə yeni - strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Həmin səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə "Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu"nun,  ABŞ Prezidenti tərəfindən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanması da bunun təsdiqidir".

Vaşinqtonda keçirilən görüşün region tarixində xüsusi yer tutan böyük siyasi hadisə olduğunu qeyd edən deputat əlavə edib ki, Azərbaycanın illərdir formalaşdırdığı diplomatiya xətti bu uğurun əsasını qoyub. Görüş çərçivəsində imzalanan sənədlər bölgədə sülh prosesinə yeni impuls verib və əməkdaşlıq üçün geniş imkanlar açıb. Regionda artıq yeni reallıq formalaşır və bunun mərkəzində Azərbaycanın möhkəmlənmiş mövqeyi, təmin olunmuş suverenliyi və dayanıqlı sülh gündəliyi dayanır. "Azərbaycanın ABŞ tərəfindən Sülh Şurasına təsisçi üzv dövlət qismində dəvət olunması da ölkələrimiz arasında qarşılıqlı hörmətə və faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin növbəti göstəricisi olmaqla yanaşı, Azərbaycanın qlobal miqyasda sülh və sabitliyin təşviqində oynadığı mühüm rolun beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsidir. Bu, eyni zamanda Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin daha bir göstəricisidir", - deyə V.Rəhimzadə yekunda bildirib.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir: Zəngəzur dəhlizi Orta Dəhlizin buraxılış qabiliyyətini artıracaq

10:38
24 Yanvar

Kiyevə çoxkombinasiyalı hava hücumu edilib, ölən və xəsarət alanlar var

10:36
24 Yanvar

Tramp: Azərbaycanla strateji tərəfdaşlığımızı möhkəmləndirəcəyik

10:34
24 Yanvar

ABŞ-ın vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək

10:33
24 Yanvar

Tramp: Kanada elə ilk ili ərzində onları "yeyəcək" Çinlə əməkdaşlığa səs verdi

10:31
24 Yanvar

Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib

10:27
24 Yanvar

Sozar Subari: Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi region üçün mühüm hadisədir

09:29
24 Yanvar

Bilmək istəyirəm

09:25
24 Yanvar

Rusiya-Ukrayna: savaş masaya keçir?

09:20
24 Yanvar

İctimai xadim, yazıçı və pedaqoq

09:15
24 Yanvar

Elmdə iz qoyan alim 

09:10
24 Yanvar

Səhnənin sönməz ulduzu

09:05
24 Yanvar

Cəmiyyət öz gücünü birləşdirərsə...

09:00
24 Yanvar

Adını Vətənin azadlıq tarixinə yazdı

08:55
24 Yanvar

Köhnə ilin uğurları, yeni ilin vəzifələri

08:50
24 Yanvar

2025-ci il ağdamlılar üçün doğma yurda qayıdışın başlanğıc tarixidir

08:45
24 Yanvar

Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı

08:40
24 Yanvar

Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq

08:35
24 Yanvar

İlham Əliyevin Davos diplomatiyası

08:30
24 Yanvar

Azərbaycan sülhsevər imicini Davos İqtisadi Forumunda bir daha dünyaya nümayiş etdirdi

08:25
24 Yanvar

Bu forumda da Azərbaycanın logistika və enerji imkanları diqqət mərkəzində oldu

08:23
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!