24 Yanvar 2026 08:20
263
SİYASƏT
A- A+
Azərbaycan qlobal müstəvidə mövqelərini daha da möhkəmləndirir

Azərbaycan qlobal müstəvidə mövqelərini daha da möhkəmləndirir


Beynəlxalq hüququn mütləq gücünü və imperativliyini itirdiyi, ənənəvi mexanizmlərin effekt vermədiyi bir dövrdə yeni nizamın formalaşması gözlənilən idi. Hazırkı məqamda istənilən beynəlxalq subyektin ən böyük nailiyyəti yeni nizamın iyerarxiyasında yer tutmaq ola bilər. Bu mənada Azərbaycan Respublikasının Donald Trampın "Sülh Şurası"nın təsisçisi qismində çıxış etməsi, əslində, Prezident İlham Əliyevin yeni dövrün qlobal memarlarından biri kimi rolunu rəsmiləşdirmiş oldu. Heç şübhəsiz ki, hərbi-siyasi yolla yeni reallıqlar yaratmış, separatizmə son qoymaqla tarixin ilk səhifəsini yazmış lider bu gün nizamı yaradanlar sırasında, həm də ən öndə olmalı idi.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qəzetimizə açıqlamasında bildirib ki, Vətən müharibəsi və antiterror tədbirlərində Azərbaycanın böyük zəfərinin ardınca yaranan yeni reallıqda Prezident İlham Əliyevin təşəbbüsləri əsasında formalaşan sülh prosesi ölkə liderinin qətiyyəti və Vaşinqtonda Ermənistanla sülh və dövlətlərarası münasibətlərin bərqərar edilməsinə dair sazişin paraflanması ilə tam yeni bir mərhələyə qədəm qoyub. "Sülh prosesinin sonrakı mərhələdə Azərbaycan ərazisindən Ermənistana gedən yüklərə tranzit məhdudiyyətinin aradan qaldırılması, sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində aidiyyəti hökumət komissiyalarının görüşlərinin intensivləşməsi, o cümlədən vətəndaş cəmiyyəti institutları arasında kommunikasiyaların intensivləşməsi kimi tendensiyalarla müşayiət olunması dövlət başçımızın Davosda ifadə etdiyi kimi, artıq Azərbaycan və Ermənistan arasında sülhün və əlaqələrin bərqərar olunması məsələsinin praktik mərhələyə qədəm qoyduğunu göstərməkdədir. Əlbəttə, xalqlararası etimad quruculuğu məsələsinə nail olmaq zaman alacaq, lakin siyasi iradənin ortaya qoyulması, o cümlədən hökumətlərarası məsələlər üzrə real addımların atılması etimad mühitinin qurulması istiqamətində bir sıra hallarda həlledici amil kimi çıxış etməkdədir. Bu isə 2026-cı ildə sülh prosesinin hüquqi zəmində də həllini tapması üçün ciddi perspektiv yaradır. Davosda Azərbaycan və Ermənistan liderlərinin panel müzakirələr zamanı ifadə etdiyi mövqe də, əslində, bu istiqamətdə müəyyən mənada siqnal hesab edilə bilər", - deyə Bəhruz Məhərrəmov bildirib.

Deputat qeyd edib ki, hazırda qlobal miqyasda beynəlxalq nizamın yenidən fundamental dəyərləndirilməsi prosesi başlanıb. Ənənəvi institusional mexanizmlərin kifayət qədər çevik və işlək davrana bilməməsi, yaxud yeni reallıqda formalaşan maraqları qarşılamaq gücündə olmaması bəşər tarixində indiyə qədər müşahidə olunmamış qlobal status-kvo formalaşdırıb. Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Sülh Şurası da bu mənada təklif edilən yeni mexanizmlərdən biri və faktiki olaraq hələ ki, ən nüfuzlusu sayıla bilər. Prezident Tramp Davosdakı çıxışında Sülh Şurasının indiyədək mövcud olan analoji mexanizmlər arasında ən nüfuzlu olacağını bildirib. Bu isə o deməkdir ki, yeni fundamental dəyərlərin və yeni qlobal məzmuna malik formatın iştirakçıları həm də yeni nizamın yaradıcıları hesab ediləcək. Bu mənada Prezident İlham Əliyevin ABŞ-nin Prezidenti Donald Trampın dəvəti ilə Sülh Şurasının təsisçisi qismində iştirakçılığa razılıq verməsi yeni dünya nizamında Azərbaycanın aparıcı rolunun göstəricisi kimi dəyərləndirilməlidir. 

Siyasi məqamların özlüyündə mühüm amil olduğunu bildirən B.Məhərrəmov deyib ki, Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirlərindən sonra yaratdığı və qazandığı hərbi-siyasi qələbələrə əsaslanan reallıq ölkəmizin qlobal miqyasda ciddi siyasi üstünlüyə malik olduğunu demək üçün xeyli əsaslar verir: "Çox çətin coğrafiyada Azərbaycanın separatizmə son qoyması və hərbi-siyasi yolla sülhə nail olması ziddiyyətlərin artdığı bir məqamda ölkəmizin təcrübəsinin öyrənilməsini vacib tandemə çevirib. Sülh Şurası Azərbaycana artan qlobal nüfuzdan başqa, həm də ciddi iqtisadi dividendlər vəd edir. Belə ki, yeni dünya nizamında yeni marşrutlar müəyyən edilərkən Azərbaycan həlledici fiqur kimi özünün layihələrinin aktiv müdafiəçisi qismində çıxış etmək imkanına malik olur. Beləliklə, ötən dövr ərzində realizə olunan layihələr özünün alternativsizlik statusunu daha da möhkəmləndirir. Digər tərəfdən, yeni nizamda aparıcı qüvvə kimi çıxış etmək ölkənin qlobal miqyasda əlverişli investisiya mühitinə malik coğrafiya kimi reytinqinə təsir göstərəcək və investorlar üçün münbit və cəlbedici, ələlxüsus yatırımların qarantiyalandığı region rolunu daha da gücləndirəcək".  

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin Davosda "Euronews" telekanalına müsahibəsi, əslində, beynəlxalq sistemin fundamental olaraq yenidən dəyərləndirilməsi prosesinə Azərbaycanın çevik reaksiyasının bəyanı kimi qiymətləndirilə bilər. Dövlət başçısının müsahibədə ifadə etdiyi kimi, artıq beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri tərəfindən mütləq qəbul olunmur. Bu isə o deməkdir ki, yeni nizam artıq əvvəlki qaydaları istisna etməkdədir. Deməli, qlobal miqyasda dövlətlərin mövcudluğunu qoruması, maraq və mənafelərini təmin etmələri üçün yeni şəraitə uyğunlaşma şərtdir. Ötən dövrün təcrübəsi göstərir ki, Azərbaycan yeni formasiyanın tələblərinə nəinki uyğunlaşa bilib, üstəlik, həyata keçirilən çoxvektorlu xarici siyasət kursu, həmçinin tam mənada nail olunmuş siyasi-iqtisadi müstəqillik Bakıya proseslərin gedişində öz şərtlərini diktə etmək imkanı yaradıb. Xüsusən Rusiya-Ukrayna münaqişəsinin davam etdiyi və cənub qonşumuz İranda daxili vəziyyətin gərginləşdiyi bir dönəmdə Azərbaycanda daxili stabilliyin tam mənada təmin olunması, hərbi-siyasi zəfərlərin dayanıqlılığının təmini istiqamətində həlledici addımların atılması, o cümlədən Ermənistanla 30 illik münaqişəyə birdəfəlik son qoyulması bu tezisləri daha da gücləndirir. Bu mənada Prezident İlham Əliyevin Davos auditoriyası üçün kifayət qədər maraqlı persona və fikirləri ilə hesablaşılan lider olduğundan "Euronews"un müsahibə üçün müraciət etməsi qlobal ictimai rəyin Davos formatına sifarişi hesab oluna bilər.

B.Məhərrəmov bildirib ki, ümumiyyətlə, ötən dövrün təcrübəsini təhlil edərək Davos Dünya İqtisadi Forumunun tarixinin heç bir dövründə 56-cı toplantı qədər mürəkkəb geosiyasi şəraitdə, qlobal ziddiyyətlərin dərinləşdiyi və ayırıcı xətlərin daha qabarıq formada özünü büruzə verdiyi situasiyada reallaşmadığını əminliklə deyə bilərik: "Bu reallığın təməlində bir neçə konseptual məqam dayanır. İlk növbədə dövlət başçımızın Davosda "Euronews" telekanalına müsahibəsində də ifadə etdiyi kimi, biz elə vəziyyətlə üzləşirik ki, beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür. Hüququn gücü yox, gücün hüququnun hökm sürdüyü şəraitdə ənənəvi qlobal mexanizmlər artıq beynəlxalq nizamı səmərəli formada təmin etmək iqtidarında deyil. Nəticə etibarilə, köhnə qaydalarla yeni nizamı təmin etmək, dövlətlər arasında münasibətləri beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplər, xalqlararası əlaqələri isə ümumbəşəri dəyərlər əsasında təmin etmək mümkün olmur. Bu mənada Davos Dünya İqtisadi Forumunun 56-cı toplantısı yeni dövr və yeni nizama keçid mərhələsi sayıla bilər. Vətən müharibəsi və antiterror tədbirlərindəki böyük zəfərləri ilə yaratdığı reallıqlar, o cümlədən tam təmin olunmuş siyasi və iqtisadi müstəqilliyi fonunda Azərbaycan lideri foruma öz mövqeyindən əmin olan və status-kvo diktə edən dövlətin başçısı kimi qatılıb. Bunun da kifayət qədər təməlli səbəbləri mövcuddur. İlk növbədə dünyada münaqişələrin qızışdığı, yeni geosiyasi iddiaların meydana çıxdığı bir dövrdə Azərbaycan öz gücü və imkanları hesabına, habelə liderinin qətiyyəti ilə 30 illik işğala və dərin köklərə malik separatizmə birdəfəlik son qoymaqla, Cənubi Qafqaz kimi tarixən qeyri-sabit sayılan və münaqişələr, ziddiyyətlər ocağı olan bir coğrafiyada dayanıqlı, de-fakto sülhə nail olub. Bundan başqa, postpandemiya dövrünün qlobal iqtisadi böhranlar seriyasına, neft istehsalında azalmaya, BMT-yə üzv olan 70 dövlətin ərazisindən daha böyük bir coğrafiyada sıfırdan yeni yaşayış məskənləri salınmasında ehtiva olunan Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və Böyük qayıdışın təmin olunmasına ciddi maliyyə vəsaiti tələb olunmasına baxmayaraq, fiskal intizamın və makroiqtisadi sabitliyin təmin edilməsi, korrekt inkişaf strategiyası formalaşdıra bilməsi Davosda süni intellekt, iqlim dəyişikliyi və geosiyasi təhlükəsizlik məsələləri fonunda iqtisadi amillərin xüsusi müzakirə mövzusuna çevrildiyi bir vaxtda ölkəmizi beynəlxalq investorların gözündə xüsusi mərtəbəyə qaldırıb". 

Deputat qeyd edib ki, məhz bu amillər Azərbaycan Prezidentini Davos forumunda məsləhətinə ən çox ehtiyac duyulan qlobal personalardan birinə çevirib. Təsadüfi deyil ki, dünyanın birnömrəli gücü olan ABŞ-nin Prezidenti Donald Tramp yeni dünya nizamı mexanizmi kimi təklif etdiyi "Sülh Şurası"nın təsisçiləri sırasında məhz Azərbaycan liderini görmək istədiyini açıq şəkildə bəyan etdi. Qeyd olunanlar fonunda əminliklə deyə bilərik ki, Davos Dünya İqtisadi Forumunun 56-cı toplantısı Azərbaycanın qlobal iyerarxiyada rolunu möhkəmləndirməsi baxımından mühüm müstəviyə çevrildi.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir: Zəngəzur dəhlizi Orta Dəhlizin buraxılış qabiliyyətini artıracaq

10:38
24 Yanvar

Kiyevə çoxkombinasiyalı hava hücumu edilib, ölən və xəsarət alanlar var

10:36
24 Yanvar

Tramp: Azərbaycanla strateji tərəfdaşlığımızı möhkəmləndirəcəyik

10:34
24 Yanvar

ABŞ-ın vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək

10:33
24 Yanvar

Tramp: Kanada elə ilk ili ərzində onları "yeyəcək" Çinlə əməkdaşlığa səs verdi

10:31
24 Yanvar

Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib

10:27
24 Yanvar

Sozar Subari: Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi region üçün mühüm hadisədir

09:29
24 Yanvar

Bilmək istəyirəm

09:25
24 Yanvar

Rusiya-Ukrayna: savaş masaya keçir?

09:20
24 Yanvar

İctimai xadim, yazıçı və pedaqoq

09:15
24 Yanvar

Elmdə iz qoyan alim 

09:10
24 Yanvar

Səhnənin sönməz ulduzu

09:05
24 Yanvar

Cəmiyyət öz gücünü birləşdirərsə...

09:00
24 Yanvar

Adını Vətənin azadlıq tarixinə yazdı

08:55
24 Yanvar

Köhnə ilin uğurları, yeni ilin vəzifələri

08:50
24 Yanvar

2025-ci il ağdamlılar üçün doğma yurda qayıdışın başlanğıc tarixidir

08:45
24 Yanvar

Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı

08:40
24 Yanvar

Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq

08:35
24 Yanvar

İlham Əliyevin Davos diplomatiyası

08:30
24 Yanvar

Azərbaycan sülhsevər imicini Davos İqtisadi Forumunda bir daha dünyaya nümayiş etdirdi

08:25
24 Yanvar

Bu forumda da Azərbaycanın logistika və enerji imkanları diqqət mərkəzində oldu

08:23
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!