24 Yanvar 2026 09:10
278
Mədəniyyət
A- A+
Elmdə iz qoyan alim 

Elmdə iz qoyan alim 


Bu günlərdə Abdulla Şaiqin mənzil-muzeyində görkəmli ədib Abdulla Şaiqin oğlu, ədəbiyyatşünaslıq elminin tanınmış nümayəndəsi, Azərbaycanda ədəbi tənqid məktəbinin banilərindən biri, akademik Kamal Talıbzadənin vəfatının 20-ci ildönümünə həsr olunmuş "Elmdə iz qoyan ömür - Kamal Talıbzadə" adlı anım tədbiri keçirilib.

Xalq artisti Mübariz Tağıyevin ifasında Zeynəb İsmayılzadənin Abdulla Şaiqin məşhur şeirinə yazdığı "Şaiqanə yad et!" mahnısı səsləndirilib.

Akademik Kamal Talıbzadənin qızı, Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə qonaqları Azərbaycanın görkəmli ədibi Abdulla Şaiqin ocağında salamladı. Sonra sözünə davam edərək dedi ki, Kamal Talıbzadənin vəfatından 20 il keçməsinə baxmayaraq, xatirəsi bu gün də onu tanıyan və sevən insanların qəlbində yaşayır. Kamal Talıbzadə təkcə böyük ədəbiyyatşünas alim deyildi, həm də əsl mədəniyyət xadimi idi. O, atası Abdulla Şaiqin zəngin irsini yaşatmaq üçün böyük zəhmət bahasına bu muzeyi yaratmış, ömrünün sonunadək ədəbiyyatşünaslıq elminə və milli mədəniyyətimizin inkişafına misilsiz xidmətlər göstərmişdir.

Tədbirdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, Kamal Talıbzadənin aspirantı, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlının çıxışı maraqla qarşılandı. O dedi ki, ədəbiyyatşünaslar Abdulla Şaiq irsinə və bu irsin ən böyük davamçılarından biri olan Kamal Talıbzadə şəxsiyyətinə daim minnətdardırlar.  Kamal müəllimin ədəbiyyat tarixində apardığı tədqiqatlar bu gün də öz elmi əhəmiyyətini qoruyub saxlayır.

Filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov çıxışında Kamal Talıbzadənin Azərbaycan ədəbiyyatşünaslığına verdiyi mühüm töhfələrdən ətraflı bəhs etdi. Dedi ki, Kamal Talıbzadənin əsərləri bu gün də dərslik səviyyəsindədir. Xüsusilə Abbas Səhhətin yaradıcılığı ilə bağlı apardığı mühüm araşdırmalar elmi dövriyyəyə yeni faktlar gətirmiş və bu gün də geniş şəkildə istifadə olunur. 

Çıxışını bitirdikdən sonra professor Bədirxan Əhmədov "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" kitabını muzeyə hədiyyə etdi.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya elmləri doktoru Şahbaz Musayev Kamal Talıbzadəni həm mükəmməl alim, həm də yüksək mənəvi keyfiyyətlərə malik insan kimi xarakterizə etdi. Vurğuladı ki, Azərbaycan ədəbi tənqidinin tarixi Kamal Talıbzadə şəxsiyyəti olmadan təsəvvür edilə bilməz. Alim hələ sovet dövründə Əhməd Ağaoğlunun əsərlərini çapa hazırlamış, Firudin bəy Köçərli, Abdulla Sur və Atababa Musaxanlı haqqında dəyərli və sanballı elmi araşdırmalar ortaya qoymuşdur. Bununla da Azərbaycan ədəbiyyatına böyük xidmətlər göstərmişdir. 

Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Razim Məmmədov çıxışında Abdulla Şaiqin mənzil-muzeyinin bünövrəsinin qoyulmasında Kamal Talıbzadənin misilsiz əməyi olduğundan söz açdı. Bildirdi ki, bu muzeyin yaradılması Bakı şəhərində digər ev-muzeylərinin fəaliyyətə başlamasına da mühüm töhfə vermişdir.

"Borçalı Cəmiyyəti" İctimai Birliyinin sədri Ramiz Həsənov çıxışında Kamal Talıbzadənin Borçalı gənclərinə göstərdiyi mənəvi dəstəyi tədbir iştirakçılarına xatırlatdı. Dedi ki, vaxtilə Borçalıdan təhsil almaq üçün gələn gənclərə Kamal müəllimin tövsiyələri və qayğıkeş münasibəti böyük dayaq olub. Kamal Talıbzadənin vəfatı xalqımız və ədəbiyyatımız üçün böyük itki oldu. 

Sözünü bitirdikdən sonra Ramiz Həsənov "Borçalı Cəmiyyəti" adından üzərində Kamal Talıbzadənin portreti həkk olunmuş xalçanı muzeyə hədiyyə etdi. Cəmiyyətin üzvü şair Səadət Novruz qızı Borçalıya həsr etdiyi şeirini söylədi.

Tədbirin bədii hissəsində qonaqlar muzeyin əməkdaşı Fəridə Məmmədovanın təqdimatında Abdulla Şaiqin oğlu Kamal Talıbzadəyə həsr etdiyi "Ata öyüdü" şeirini dinlədilər. 

Sonra "Muğam" Televiziya Müsabiqəsinin laureatı, istedadlı xanəndə Yusif Cəfərbəylinin, tar ifaçısı Səxavət Məmmədovun və kamança ifaçısı Mahir Quliyevin ifasında xalq mahnıları səsləndirildi.

Akademik Kamal Talıbzadənin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirildi.

Yüksək ehtiram və hörmətlə keçirilən anım tədbiri bir daha göstərdi ki,  akademik Kamal Talıbzadənin elmi və mədəni irsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir: Zəngəzur dəhlizi Orta Dəhlizin buraxılış qabiliyyətini artıracaq

10:38
24 Yanvar

Kiyevə çoxkombinasiyalı hava hücumu edilib, ölən və xəsarət alanlar var

10:36
24 Yanvar

Tramp: Azərbaycanla strateji tərəfdaşlığımızı möhkəmləndirəcəyik

10:34
24 Yanvar

ABŞ-ın vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək

10:33
24 Yanvar

Tramp: Kanada elə ilk ili ərzində onları "yeyəcək" Çinlə əməkdaşlığa səs verdi

10:31
24 Yanvar

Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib

10:27
24 Yanvar

Sozar Subari: Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi region üçün mühüm hadisədir

09:29
24 Yanvar

Bilmək istəyirəm

09:25
24 Yanvar

Rusiya-Ukrayna: savaş masaya keçir?

09:20
24 Yanvar

İctimai xadim, yazıçı və pedaqoq

09:15
24 Yanvar

Elmdə iz qoyan alim 

09:10
24 Yanvar

Səhnənin sönməz ulduzu

09:05
24 Yanvar

Cəmiyyət öz gücünü birləşdirərsə...

09:00
24 Yanvar

Adını Vətənin azadlıq tarixinə yazdı

08:55
24 Yanvar

Köhnə ilin uğurları, yeni ilin vəzifələri

08:50
24 Yanvar

2025-ci il ağdamlılar üçün doğma yurda qayıdışın başlanğıc tarixidir

08:45
24 Yanvar

Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı

08:40
24 Yanvar

Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq

08:35
24 Yanvar

İlham Əliyevin Davos diplomatiyası

08:30
24 Yanvar

Azərbaycan sülhsevər imicini Davos İqtisadi Forumunda bir daha dünyaya nümayiş etdirdi

08:25
24 Yanvar

Bu forumda da Azərbaycanın logistika və enerji imkanları diqqət mərkəzində oldu

08:23
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!