24 Yanvar 2026 08:25
340
SİYASƏT
A- A+
Azərbaycan sülhsevər imicini Davos İqtisadi Forumunda bir daha dünyaya nümayiş etdirdi

Azərbaycan sülhsevər imicini Davos İqtisadi Forumunda bir daha dünyaya nümayiş etdirdi


2026-cı ildə baş tutan sayca 56-cı Davos Dünya İqtisadi Forumu beş əsas qlobal çağırış üzərində cəmlənib. Bu çağırışlar dövlət-özəl sektoru arasında dialoq və əməkdaşlığa istiqamət verməyi, eyni zamanda bütün maraqlı tərəfləri bunların həllinə cəlb etməyi hədəfləyir. Çağırışlar içində mübahisəli dünyada əməkdaşlıq, yeni inkişaf mənbələrinin açılması, insanlara sərmayə qoyuluşu, innovasiyaların məsuliyyətlə tətbiq edilməsi və planetar sərhədlər daxilində rifahın qurulması yer tutur. Bu gün dünya liderləri etimadın aşınması dövrü ilə üzləşirlər. Cəmiyyətlər daxilində parçalanma, mürəkkəblik, habelə texnoloji dəyişikliklər sürətlə artır. Təhlükəsizlik və suverenliklə bağlı uzun müddətdir ki, skeptik yanaşmalar hökm sürür.

Milli Məclisin deputatı Azər Badamov qəzetimizə açıqlamasında bildirib ki, belə məqamda əməkdaşlıq üçün yeni mexanizmlərə ehtiyac duyulur. İnnovasiya və texnologiya, insan kapitalının inkişafı, qlobal inteqrasiya qabaqcıl və inkişaf etməkdə olan iqtisadiyyatlarda artımı təşviq edən amillərdir. "Zəif institutlar da bəzən qlobal artım perspektivlərinə təsir göstərir. Dövlət və özəl əməkdaşlığı gələcəyin işlərinə hazır olan müasir, daha möhkəm cəmiyyətin qurulmasına kömək edə bilər. Gələcək enerji ehtiyaclarının ödənilməsi vacibdir. Bu həm də yeni texnologiyaların genişləndirilməsini, elektrik şəbəkələrinin modernləşdirilməsini və daha çox insanın innovasiyalara çıxışını tələb edəcək. Ətraf mühitin mühafizəsi və iqtisadi artımın sürətləndirilməklə, dairəvi, bərpaedici və inklüziv yanaşmalara sərmayə qoymaqla, resursları tükənmədən və ya insanları geridə qoymadan uzunmüddətli rifah yaradan iqtisadiyyatlar yaradıla bilər. Bu baxımdan Davos forumu "Əməkdaşlıq ruhu" mövzusu adı altında keçirilir. Azərbaycan bu dəfə də Davos İqtisadi Forumunda yüksək səviyyədə iştirak etdi. Bunu təsdiq edən bir neçə amil var. Öncə qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 20-də Davosda "Euronews" televiziyasına müsahibə verərkən bir sıra məqamlara aydınlıq gətirdi. Dövlət başçımız bir daha vurğuladı ki, beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür, yəni burada selektiv yanaşmanın tətbiqi, təəssüflər olsun ki, davamlı xarakter alıb. Buna görə də Azərbaycanın strateji məqsədi milli maraqlar əsasında nəticələri əldə etməkdən ibarətdir", - deyə deputat əlavə edib.

A.Badamov qeyd edib ki, Azərbaycan beynəlxalq hüquqa tam riayət edərək düzgün hesab etdiyi siyasət həyata keçirib. Deputatın fikrincə, siyasi inkişaf, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun idi: "Azərbaycan çox aydın bilirdi ki, dünya yeni eraya qədəm qoyur və bu era mənfi dəyişiklikləri də özü ilə gətirir. Belə olan halda qanunun aliliyi deyil, güc qaydası dünyanı idarə edir. Azərbaycanın sülhyaratma konsepsiyası dünya tərəfindən təqdir edilir. Bu baxımdandır ki, Şeyx Zayedin adını daşıyan fond  Azərbaycan liderinin fəaliyyətini "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq bildi. Dövlət başçımız müsahibə zamanı bildirdi ki, sülh şəraitində yaşamaq xüsusi işdir, eyni zamanda böyük fürsətdir. Yəni tarixi şans yaranıb, bundan yararlanmaq lazımdır. Münasibətləri əməkdaşlığa çevirmək son dərəcə zəruridir. Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Azərbaycan Ermənistana gedən yüklərin daşınmasında məhdudiyyətləri aradan qaldırıb. Dövlət başçımız regionda, dünyada gedən proseslərə son dərəcə müfəssəl və korrekt şəkildə toxundu. Ölkəmizin rəhbəri bildirdi ki, sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Azərbaycan nəqliyyat sisteminə, müasir boru kəmərlərinə, təbii resurslara malikdir və bütün bunların hər birini fürsətə çevirməyi bacarır. Bu amillərin hər biri həm də Avropanın enerji təhlükəsizliyini gücləndirmək üçün imkan yaradır. Lakin Avropa təsisatları, daha dəqiq desək, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası Azərbaycana qarşı qərəzli yanaşma sərgilədi. Bu baxımdan da biz onlarla əməkdaşlığı dayandırmışıq. Artıq bu cür təsisatların addımlarına reaksiya vermirik". 

A.Badamov Prezident İlham Əliyevin "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda keçirilən panel iclasda iştirakını xatırladaraq əlavə etdi ki, dövlətimizin başçısı iclas zamanı moderatorun suallarına olduqca əhatəli cavab verib. Bildirildi ki, 2025-ci ilin 8 avqust tarixində imzalanan sənədlər müharibə və qan tökməyə son qoyub. Dövlət başçısı bunu tarixi nailiyyət kimi xarakterizə etdi. 5-6 ay ərzində sülh şəraitində yaşamağımıza baxmayaraq, əldə artıq nəticələr var. "Sülhün faydası əməkdaşlığın başlanmasında əks olunur", - deyən dövlət başçımız olduqca məntiqli ritorika ortaya qoydu. Burada diqqətçəkən məqamlardan biri də Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın Azərbaycan Prezidenti İlham Əliyevin regionda sülhə nail olmaq üçün səylər göstərdiyini deməsi idi. Buna görə o, Prezident İlham Əliyevə təşəkkür etdi. Dövlət başçımızın liderlik qabiliyyəti, şəxsi keyfiyyətləri Serbiya Prezidenti Aleksandar Vuçiç tərəfindən bir daha dilə gətirildi. Vuçiç müasir dünyanı xarakterizə edərkən, kiçik dövlətlər arasında qarşılıqlı əlaqənin vacibliyinə toxundu, eyni zamanda dövlət başçımızın fəaliyyətini çox yüksək dəyərləndirdi.

Azər Badamov Prezident İlham Əliyevin "Sülh Şurasının Nizamnaməsi" sənədinin imzalanması mərasimində iştirakına da toxunaraq ABŞ Prezidenti Donald Tramp ilə görüşünə diqqət çəkib: "Donald Tramp yenidən hakimiyyətə gəldikdən sonra ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələr inkişaf edir və hər iki tərəf bu durumdan məmnundur. Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı razılaşmaların əldə edilməsində Prezident Donald Trampın tarixi rolu var və dövlət başçımız bu amili bir daha diqqətə çəkdi. İki dövlət və xalq arasında yaranan münasibətlər ticarət əlaqələrinin yaranmasında da özünü göstərir. TRIPP layihəsi regional bağlantılar baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Dünyanın fövqəldövləti ilə dərinləşdirilən münasibətlər həm Azərbaycanın, həm ABŞ-nin maraqlarına cavab verir, həm də regionumuzun inkişafı üçün olduqca vacib amildir. Azərbaycan hər zaman olduğu kimi, beynəlxalq əməkdaşlığa, sülhə və sabitliyə töhfə verir. Məhz bu, dünya tərəfindən təqdir edilir. Prezident İlham Əliyev Yaxın Şərqdə sülhü möhkəmləndirmək üçün dəstək göstərir, bu işdə təşəbbüskar lider kimi çıxış edir". 

A.Badamov vurğulayıb ki, Azərbaycan Davos İqtisadi Forumunda iştirak etməklə xalqımızın sülhsevər imicini bir daha dünyaya çatdırıb. Forum çərçivəsində dövlətimizin başçısının biznes dünyasının önəmli şəxsləri, böyük şirkətlərin prezidentləri ilə keçirdiyi görüşlərin böyük əhəmiyyəti var. Ölkəmizin rəhbəri iri korporasiyaların, böyük şirkətlərin diqqətini Azərbaycana cəlb etməyi bacardı. Bu isə böyük maliyyə imkanları, iqtisadi perspektivlər, artan nüfuz, etimad göstərilən tərəf baxımından çox önəmli amillərdir. "Azərbaycanda investisiya potensialı geniş olan sahələr mövcuddur. Enerji keçidi və saxlancı, bərpaolunan enerji, rəqəmsal infrastruktur kimi imkanlar var. Həmçinin İT infrastrukturunun qurulması və modernləşdirilməsi, şəbəkə avadanlıqları, məlumat mərkəzləri, bulud infrastruktur layihələri, qabaqcıl məlumat mərkəzlərinin layihələndirilməsi və tətbiqi ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edildi. Azərbaycan ənənəvi sahələrlə yanaşı, müasir, yeni sahələr üzrə əməkdaşlıqlarını daha da dərinləşdirmək niyyətindədir. Bir sözlə, Davosda dövlət başçımızın çıxışları, siyasi liderlik qabiliyyəti Zəfər əldə edən xalqın imicinə tam uyğundur", - deyə deputat sonda bildirib.


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir: Zəngəzur dəhlizi Orta Dəhlizin buraxılış qabiliyyətini artıracaq

10:38
24 Yanvar

Kiyevə çoxkombinasiyalı hava hücumu edilib, ölən və xəsarət alanlar var

10:36
24 Yanvar

Tramp: Azərbaycanla strateji tərəfdaşlığımızı möhkəmləndirəcəyik

10:34
24 Yanvar

ABŞ-ın vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək

10:33
24 Yanvar

Tramp: Kanada elə ilk ili ərzində onları "yeyəcək" Çinlə əməkdaşlığa səs verdi

10:31
24 Yanvar

Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib

10:27
24 Yanvar

Sozar Subari: Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi region üçün mühüm hadisədir

09:29
24 Yanvar

Bilmək istəyirəm

09:25
24 Yanvar

Rusiya-Ukrayna: savaş masaya keçir?

09:20
24 Yanvar

İctimai xadim, yazıçı və pedaqoq

09:15
24 Yanvar

Elmdə iz qoyan alim 

09:10
24 Yanvar

Səhnənin sönməz ulduzu

09:05
24 Yanvar

Cəmiyyət öz gücünü birləşdirərsə...

09:00
24 Yanvar

Adını Vətənin azadlıq tarixinə yazdı

08:55
24 Yanvar

Köhnə ilin uğurları, yeni ilin vəzifələri

08:50
24 Yanvar

2025-ci il ağdamlılar üçün doğma yurda qayıdışın başlanğıc tarixidir

08:45
24 Yanvar

Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı

08:40
24 Yanvar

Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq

08:35
24 Yanvar

İlham Əliyevin Davos diplomatiyası

08:30
24 Yanvar

Azərbaycan sülhsevər imicini Davos İqtisadi Forumunda bir daha dünyaya nümayiş etdirdi

08:25
24 Yanvar

Bu forumda da Azərbaycanın logistika və enerji imkanları diqqət mərkəzində oldu

08:23
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!