15 Mart 2025 13:38
316
SİYASƏT
A- A+
Qlobal Bakı Forumu: Qadınların fəaliyyətini dəstəkləyən xüsusi tədbirlərin həyata keçirilməsinə ehtiyac var - YENİLƏNİB  

Qlobal Bakı Forumu: Qadınların fəaliyyətini dəstəkləyən xüsusi tədbirlərin həyata keçirilməsinə ehtiyac var - YENİLƏNİB  


Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu üçüncü günündə işini panel iclaslarla davam etdirib.

AZƏRTAC xəbər verir ki, BMT-Macarıstan Assosiyasının prezidenti, “Women4Diplomacy” Hərəkatının qurucusu, UNESCO-nun 36-cı sessiyasının prezidenti, Macarıstanın BMT və UNESCO yanındakı sabiq səfiri Katalin Boqyayın moderatorluğu ilə keçirilən sessiya "Gender-Təhlükəsizlik-İqlim bağlantısı" mövzusuna həsr olunub.

Panel sessiyada çıxış edən Latviyanın sabiq Prezidenti (1999-2007), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa qeyd edib ki, dünyada baş verən hər bir proses qadınlara təsir edir. Əgər nəyi isə təkmilləşdirmək istəyiriksə, qadınların dəstəyini almalıyıq.

Xüsusilə müharibə və digər fəlakətlərin qadınlara təsir etdiyini söyləyən sabiq Prezident vurğulayıb ki, bu təsir qeyri-mütənasib şəkildə baş verir. O bildirib ki, dünyanın müəyyən bölgələrində coğrafi yerləşmə səbəbindən insanlar risk altında yaşayırlar. Lakin qadınlar bu risklərə daha çox məruz qalırlar. “Qida məhsullarının çatışmazlığı da qadınlara daha çox təsir edir. Kənd təsərrüfatı sahəsində çalışan qadınlar daha kasıbdır və onlar su çatışmazlığı kimi problemlərlə üzləşirlər. Bu sahədə çalışan qadınlar çox vaxt məcbur olub suya görə uzaq məsafələr qət edirlər. Bu zaman isə daha böyük təhlükələrlə üz-üzə qalırlar”, - deyə o əlavə edib.

Vike-Freyberqa vurğulayıb ki, bu məsələlərlə bağlı maarifləndirmə kampaniyaları daha geniş və intensiv olmalıdır: “Cəmiyyətə izah etməliyik ki, bu, sadəcə şüar deyil – biz real təsirlərə nail olmaq üçün çalışırıq”.

Yunanıstanın sabiq Baş naziri (2009-2011) George Papandreu qeyd edib ki, qadınlar maddi vəsaiti kişilərə nisbətən daha konstruktiv və məhsuldar şəkildə istifadə edə bilirlər. “Ekoloji təsirlər dünyada qeyri-mütənasib şəkildə qadınlara və digər qruplara təsir edir. Onlar bəzən cəmiyyətdə zəif mövqedə olurlar və bu vəziyyət daha da ağırlaşır. Buna görə də qlobal səviyyədə yalnız qadınların bu sahələrdə iştirakını təmin edən tədbirlərin deyil, eyni zamanda, onların fəaliyyətini dəstəkləyən xüsusi tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Çünki çox vaxt məhz qadınlar icmaları təhsil və təlim vasitəsilə bir arada saxlayan əsas qüvvə rolunu oynayırlar”, - deyə o əlavə edib.

Misirin İnsan Hüquqları üzrə Milli Şurasının prezidenti, Kemet Butros Ghali Sülh və Bilik Fondunun icraçı prezidenti, 2009-2011-ci illərdə Misirin ailə və əhali naziri olmuş Muşirə Xəttab deyib ki, Təhlükəsizlik Şurasının “Qadınlar, Sülh və Təhlükəsizlik” gündəliyi mövcuddur. Məhz indi Təhlükəsizlik Şurasının fəaliyyət planının ciddi şəkildə həyata keçirməsinin vaxtıdır. Bu fəaliyyət planı çərçivəsində Yaxın Şərqdə, Avropada və digər regionlarda qadınların rolu müzakirə edilə bilər.

O, həmçinin qeyd edib: “İqlim böhranı həqiqətən mövcudluğumuza təhdiddir və qadınlar bu problemdən ən çox əziyyət çəkənlər arasındadırlar – yalnız vətəndaş olaraq deyil, eyni zamanda, qadın, ana və fərd kimi”.

Liviyanın Avropa İttifaqındakı sabiq səfiri, şahzadə Talal bin Əbdüləziz Əl Səudun baş müşaviri Farida Allaqi bildirib ki, hazırda dünyada dəhşətli münaqişələr yaşanır. Minlərlə qadın silahlı münaqişə şəraitində yaşamağa məcburdur və bu, olduqca qorxuncdur. “Qəti şəkildə inanıram ki, bu gün bizə söz yox, fəaliyyət lazımdır. Qadınlara, uşaqlara və kimsəsizlərə yardım etməli, həmçinin yeni nəsil fəal qadın və kişilər yetişdirməliyik”, – deyə o vurğulayıb.

Panel iclası müzakirlərlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Novruz- Milli, tarixi və mədəni ənənəmiz 

19:06
16 Mart

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib  

18:10
16 Mart

Şimali Makedoniya DİN: Yanğında 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb

16:20
16 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

15:21
16 Mart

Şimali Makedoniyada gecə klubunda baş verən yanğında azı 50 nəfər ölüb

14:16
16 Mart

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 

13:41
16 Mart

Zelenski: Ukrayna müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımır

12:29
16 Mart

Azərbaycan boksçuları Macarıstanda 1 qızıl, 2 gümüş medal qazanıblar

12:14
16 Mart

“Diplomatic World Sweden” saytı “Yaşıl enerji dəhlizi” layihəsi haqqında yazıb  

12:08
16 Mart

ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb  

11:07
16 Mart

Media: ABŞ Sənadakı husilərin siyasi şurasının qərargahını hədəfə alıb

10:15
16 Mart

Bilmək istəyirəm

09:30
16 Mart

Heydər Əliyev seyrəngahı Novruza hazırlaşır 

09:25
16 Mart

Zəfər estafeti

09:20
16 Mart

Tranzit imkanları Azərbaycanı tezliklə dünya ticarətinə yön verən ölkəyə çevirəcək

09:15
16 Mart

"Cənub qaz dəhlizi"nin birləşdirici halqası

09:10
16 Mart

Saatlıda pambığın becərilməsində yeni texnologiyaların tətbiqindən danışılıb

09:05
16 Mart

Yerlərdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində ağacəkmə aksiyaları keçirilir

09:00
16 Mart

Dövlətin daha bir sosial layihəsi - "Himayədar ailə" qayğı modeli

08:55
16 Mart

Qərbi Azərbaycana qayıdış mövzusu Gəncədə də gündəmdən düşmür

08:50
16 Mart

Kəndlinin yeni ili bahardan başlayır

08:45
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!