16 Mart 2025 19:06
308
SİYASƏT
A- A+
Novruz- Milli, tarixi və mədəni ənənəmiz 

Novruz- Milli, tarixi və mədəni ənənəmiz 

Novruz Bayramı yazın gəlişini qeyd edən, çoxsaylı ölkələrdə və mədəniyyətlərdə qeyd edilən ən qədim və əhəmiyyətli bayramlardan biridir. Bu bayramın tarixi 3 min ildən çoxdur. Novruz Bayramı, eyni zamanda, yeni ilin başlanğıcı olaraq qəbul edilir və təbiətin canlanması, həyatın yenilənməsi simvoludur. 


Bayramın simvolları arasında təbiətin, torpağın və insanların yenilənməsini simvolizə edən çoxsaylı adətlər və mərasimlər yer alır. Bu bayram, həmçinin insanlar arasında birliyi, dostluğu və ailə dəyərlərini gücləndirir və ətraf mühitə olan hörməti artırır. Azərbaycanda hər il bu bayram çox coşğun şəkildə qeyd edilir və bütün ölkə boyu müxtəlif tədbirlər, konsert proqramları və şənliklər təşkil olunur.

Novruz bayramı Azərbaycan xalqının milli mədəniyyətində sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Bu bayram təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.

Hələ 2000-ci ilin 21 mart tarixində Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən çıxışında qeyd etmişdir ki, “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”. 


Həmçinin 21 mart 1996-cı ildə Ümummilli Lider Heydər Əliyev Gənclər Meydanında keçirilən Novruz şənliyi zamanı çıxışında bildirmişdi ki, “Biz torpaqlarımızın azadlığını, ərazi bütövlüyümüzü təmin edəcəyik, müstəqil Azərbaycanın hüdudlarını bərpa edəcəyik”.


Ulu Öndərin uzaqgörən siyasətinin və siyasi kursunun davamçısı olan Prezident İlham Əliyev atasının arzularını reallaşdıraraq, uzun illər işğal altında olan torpaqlarımızın azad edilməsinə, ərazi bütövlüyümüzün təmin edilməsinə və müstəqil Azərbaycanın daha da inkişaf etməsinə və çiçəklənməsinə nail oldu. 

Bu gün Azərbaycanın bütün bölgələrində, o cümlədən, Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi doğma torpaqlarımızda da Novruz bayramı möhtəşəm şəkildə qeyd edilir.

Prezident İlham Əliyev uzun illərdir öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın bu gün ata-baba torpaqlarında Novruz bayramını qeyd etməsi üçün çox geniş və lazımi şərait yaradıb. Bu gün Şuşada, Cıdır düzündə, Xankəndidə və işğaldan azad olunmuş digər ərazilərimizdə Novruz bayramı xalqımız tərəfindən yüksək səviyyədə və sevinc dolu hisslərlə qeyd edilir.

Artıq bu il beşinci dəfədir ki,  bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır. Bütün bu uğurlu və sevincli hadisələrin yaşanması ölkə başçısının dəstəyi ilə qürurlu Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı qazandığı qələbənin nəticəsidir. 

Hər il yaz fəslinin gəlməsi ilə əlaqədar, o cümlədən, Novruz bayramı ərəfəsində ölkəmizdə müxtəlif mədəni tədbirlər həyata keçirilir ki, bunlardan biri də ağacəkmə kampaniyasıdır. Bu kampaniya ilk dəfə 2007-ci ildə Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək, yaşıllaşdırma kampaniyasına qoşulub. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilib, yeni parklar və bağlar salınıb.

Ölkəmizin incəsənət xadimləri, o cümlədə, xalq sənətkarlarımız Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin Novruz haqqında “Novruzun çələngi” və “Ocaq” kimi Azərbaycan filmləri də çəkilib.


Pərvanə VƏLİYƏVA,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xalq artisti Ənvər Həsənov vəfat edib

22:31
16 Mart

Ölkə ərazisində havanın temperaturu 31 dərəcəyə yüksələcək

22:01
16 Mart

Nazirlik: Ermənistan silahlı qüvvələri növbəti dəfə mövqelərimizi atəşə tutub  

21:43
16 Mart

Misli Premyer Liqasında XXVII tura yekun vurulub

21:09
16 Mart

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub 

20:53
16 Mart

Ərdoğan ilə Tramp Suriya, Ukrayna və terrorizmlə mübarizə məsələlərini müzakirə ediblər

20:47
16 Mart

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federal Məclisi Federasiya Şurasının sədri ilə görüşüb

20:38
16 Mart

Novruz- Milli, tarixi və mədəni ənənəmiz 

19:06
16 Mart

İstanbulda fəaliyyətə başlayan “Bütün Azərbaycanlı Həkimlər Dərnəyi”nin ilk toplantısı keçirilib  

18:59
16 Mart

Şimali Makedoniyadakı faciədə ölənlərin sayı 59-a çatıb

18:49
16 Mart

DGK: Külli miqdarda narkotik vasitə aşkarlanıb

18:34
16 Mart

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib  

18:10
16 Mart

Şimali Makedoniya DİN: Yanğında 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb

16:20
16 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

15:21
16 Mart

Şimali Makedoniyada gecə klubunda baş verən yanğında azı 50 nəfər ölüb

14:16
16 Mart

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 

13:41
16 Mart

Zelenski: Ukrayna müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımır

12:29
16 Mart

Azərbaycan boksçuları Macarıstanda 1 qızıl, 2 gümüş medal qazanıblar

12:14
16 Mart

“Diplomatic World Sweden” saytı “Yaşıl enerji dəhlizi” layihəsi haqqında yazıb  

12:08
16 Mart

ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb  

11:07
16 Mart

Media: ABŞ Sənadakı husilərin siyasi şurasının qərargahını hədəfə alıb

10:15
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!