16 Mart 2025 18:59
210
CƏMİYYƏT
A- A+
İstanbulda fəaliyyətə başlayan “Bütün Azərbaycanlı Həkimlər Dərnəyi”nin ilk toplantısı keçirilib  

İstanbulda fəaliyyətə başlayan “Bütün Azərbaycanlı Həkimlər Dərnəyi”nin ilk toplantısı keçirilib  


İstanbulda “Bütün Azərbaycanlı Həkimlər Dərnəyi-TAHD (Tüm Azerbaycanlı Hekimler) fəaliyyətə başlayıb. Azərbaycanın Türkiyədə tibb sahəsində fəaliyyət göstərən peşəkar həkimlərini, tibb işçilərini və səhiyyə ekspertlərini bir araya gətirməyi hədəfləyən yeni qurumun ilk toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Zaur Allahverdizadə, Yeni Klinikanın nəzdindəki TƏBİB Akademiyasının rəhbəri Tural Xaspolad, dərnəyin İdarə Heyətinin rəhbəri Günay Əliyeva, İstanbulda fəaliyyət göstərən səhiyyə işçiləri və digərləri çıxış edərək dərnəyin yaradılması ilə bağlı təşəbbüsü yüksək qiymətləndirib, bu platformanın gələcəkdə Türkiyə və Azərbaycan həkimləri arasında əməkdaşlığı daha da artıracağına inamlarını ifadə ediblər.

Dərnəklə bağlı AZƏRTAC-a müsahibə verən Günay Əliyeva bildirib ki, bu dərnək Azərbaycanın Türkiyədə tibb sahəsi üzrə fəaliyyət göstərən peşəkar həkimləri, səhiyyə işçilərini və səhiyyə ekspertlərini bir araya gətirərək bir platforma rolunu oynayacaq: “Məqsədimiz Türkiyədə fəaliyyət göstərən bütün azərbaycanlı həkimləri ortaq nöqtədə birləşdirərək istər bilik, istərsə də digər fəaliyyət istiqamətləri üzrə qarşılıqlı dəstək olmaq və birgə fəaliyyətimizi təmin etməkdir. Hazırda İstanbulda mindən çox azərbaycanlı həkim fəaliyyət göstərir. Gələcəkdə fəaliyyətimizi Türkiyədəki bütün həkimlərimizi əhatə edəcək şəkildə genişlətməyi planlaşdırırıq. Fikrimcə, bu təşəbbüs həm Türkiyə, həm də Azərbaycan üçün olduqca mühüm platformadır və ölkələrimiz arasında səhiyyə sahəsindəki bağların daha da inkişaf etdirilməsinə töhfə verəcək”.

Dərnəyin üzvlərinin artıq iki ildir qeyri-rəsmi şəraitdə toplantılar keçirdiyini qeyd edən müsahib bildirib ki, bu platforma Yeni Klinikanın nəzdindəki TƏBİB Akademiyasının rəhbəri Tural Xaspoladın təşəbbüsü ilə yaradılıb və dərnək artıq martın 4-də Türkiyədə rəsmi qeydiyyatdan keçib.

Tural Xaspolad AZƏRTAC-a müsahibəsində dərnəyin yaradılmasında əsas məqsədin Türkiyədə fəaliyyət göstərən azərbaycanlı həkimləri bir araya gətirərək, ortaq elmi işlərə imza atmaq olduğunu deyib: “Həkimlərimizin tibb sahəsi üzrə ölkələrimiz arasındakı əməkdaşlığa töhfə vermələri, irimiqyaslı tədbirlərdə ortaq fəaliyyəti olduqca vacibdir. Təbii ki, bütün bu qeyd etdiklərim artıq həyata keçirilir. Lakin fəaliyyətin koordinasiyası baxımında səhiyyə işçilərimizin bir çətir altında birləşməsi mühüm məsələdir. Burada dərnəyin elmlə yanaşı, tibbi turizmə də verə biləcəyi töhfələri qeyd etmək lazımdır”.

Akademiyanın rəhbəri bildirib ki, Türkiyədə tibb təhsili alan gənclərimiz də dərnəyə üzv ola biləcəklər. Bu da onlara təşkil olunan elmi konfranslarda çıxış etmək, elmi işlərinin ictimaiyyətə təqdimatı, eləcə də mütəxəssis həkimlərin bilik və təcrübələrindən faydalanmaq imkanı verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kreml Rusiya və ABŞ prezidentlərinin qarşıdakı danışıqlarının detallarını açıqlamır

16:14
17 Mart

Neft-qaz sektorunda 6,5 milyard manatlıq ÜDM istehsal olunub

16:14
17 Mart

Android smartfonlarda “Google Assistant” “Gemini” ilə əvəzlənəcək

16:09
17 Mart

Ən nadir "Ferrari"lərdən biri hərracda satılacaq

16:08
17 Mart

Yük konteynerlərinin sürətli daşınması üçün vakuum magistralı tikilir

16:07
17 Mart

Mnatsakanyan: Hər il Ermənistandan 7-8 min hərbi çağırışçı Azərbaycanın işğal edilmiş ərazilərində müddətli hərbi xidmətə göndərilirdi  

16:03
17 Mart

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi açıqlanıb  

15:59
17 Mart

Büdcənin icrasında ÜDM-in 7,2 faizi qədər profisit yaranıb

15:58
17 Mart

Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt marşrutları üzrə artırılan reyslərin sayı açıqlanıb  

15:57
17 Mart

İqtisadi fəal əhalinin sayı açıqlanıb

15:53
17 Mart

Prezident İlham Əliyev şimali makedoniyalı həmkarına başsağlığı verib

15:52
17 Mart

Azərbaycanda əhalinin sayı açıqlanıb

15:51
17 Mart

“Haber Global”: Ermənistana hərbi yardımı artıran Aİ öz siyasətinin ziddinə hərəkət edir

15:50
17 Mart

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 3 milyard kubmetrdən çox qaz nəql olunub

15:46
17 Mart

Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt marşrutları üzrə reyslərin sayı artırılır  

15:45
17 Mart

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavinini qəbul edib YENİLƏNİB

15:44
17 Mart

BTC ilə daşınan neftin həcmi açıqlanıb

15:42
17 Mart

Şimali Makedoniya Respublikasının Prezidenti Zati-aliləri xanım Qordana Silyanovska-Davkovaya  

15:40
17 Mart

Valentina Matviyenko: Xalqlarımız arasındakı münasibətlər qarşılıqlı hörmətə əsaslanır  

15:38
17 Mart

Mədəniyyət naziri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

15:38
17 Mart

Sahibə Qafarova: Azərbaycan və Rusiya parlamentləri arasında ikitərəfli görüşlər qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün son dərəcə vacibdir  

15:37
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!