16 Mart 2025 08:40
368
SİYASƏT
A- A+
Yanlış yolla addımlayan Ermənistanı qarşıda uçurumlar gözləyir

Yanlış yolla addımlayan Ermənistanı qarşıda uçurumlar gözləyir


Avropa ölkələrindən aldığı silahlar isə onun özünə qarşı çevrilə bilər


Azərbaycan dövləti həmişə sülhün tərəfində olub, regionda sabitliyi və əmin-amanlığı dəstəkləyib. 30 ilə yaxın torpaqlarının sülh yolu ilə qaytarılmasını gözləyib, silaha əl atılmasını, müharibənin başlanmasını istəməyib. Amma uzun illər torpaqlarımızı işğalda saxlamış Ermənistan həmişə müharibə tərəfdarı olub. Bu məqsədlə həmişə təxribatlar törədib, müxtəlif bəhanələr uydurub. Ermənistan İkinci Qarabağ müharibəsindən məğlub çıxdıqdan, işğal etdiyi Azərbaycan torpaqlarından biabırcasına qovulduqdan sonra da, təəssüf ki, revanşizmdən əl çəkmir, sülh sazişi imzalamaq istəmir. Sülh pərdəsi altında yeni müharibəyə hazırlaşır.

Azərbaycan isə qalib dövlət olaraq, regionda uzunmüddətli sülhün təmin olunması naminə dünyanın gözü qarşısında sabitliyə doğru inamlı addımlar atır. Qısa müddət ərzində düşmən ölkə olan Ermənistanla sülh müqaviləsinin imzalanmasına nail olmağa çalışır. Bu məqsədlə üzərinə düşən bütün beynəlxalq vəzifə və öhdəlikləri uğurla yerinə yetirir. Lakin rəsmi İrəvan əksinə, müxtəlif vasitələrə əl atmaqla, bəhanələr uydurmaqla  sülh prosesini yubadır, bir növ, yeni müharibəyə hazırlaşmaq üçün vaxt qazanır. Avropa İttifaqının heç nəyə yaramayan mülki missiyasının ölkəsində fəaliyyət göstərməsinə razılıq verməklə sülh danışıqları prosesinə qəsdən əngəllər yaradır. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan sülh tərəfdarı deyil, ölkəsində və regionda əmin-amanlıq istəmir. Sülh, əmin amanlıq istəyən ölkə silahlanma siyasəti yürütməz, başda Fransa olmaqla Avropa ölkələrindən, Hindistandan ətək-ətək pul verib döyüş texnikaları almaz. Əgər rəsmi İrəvan sürətlə silahlanırsa, deməli onun məqsədi sülh deyil, müharibədir. Əsl həqiqət budur ki, Ermənistan müharibə niyyətini gizlətmək üçün sülhdən danışaraq beynəlxalq ictimaiyyəti aldadır. Özü də hiss eləmədən yalançılığının girovuna çevrilir.

Bu ölkədə gedən son proseslər bir daha onu göstərir ki,  Ermənistan öz xarici siyasətini yalan və uydurmalar üzərində qurur. Bunun üçün aldadıcı, gözdən pərdə asmaq məqsədi daşıyan manevrlər edir. Etdiyi bu yarımçıq və gülüş doğuran manevrlərlə özünü beynəlxalq arenada sülhə sadiq olduğunu göstərməyə çalışır. Amma rəsmi İrəvan reallıqdan uzaq olan bu yalançı görüntülərlə elə də uzağa gedə bilmir. Çox keçmir ki, sülh danışıqları aparan Ermənistanın hansısa Avropa ölkəsindən milyonlarla dollar məbləğində silah aldığı üzə çıxır. Belə real faktlar isə bir daha rəsmi İrəvanın sülhə sadiq olmadığını göstərir.

Təbiidir ki, ölkəmizin sülh prosesindəki təşəbbüskarlığı regionda sabitlik və iqtisadi inkişafa, qarşılıqlı əməkdaşlığa xidmət edir. Bu addımlar böyük tarixi əhəmiyyət daşıyır, gələcəkdə qarşılıqlı əməkdaşlıq üçün geniş imkan və yollar açılır. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın Ermənistandan sülhlə bağlı tələbləri və şərtləri regionda sabitlik, uzunmüddətli barışığa hədəflənib. Ona görə də Azərbaycanın bütün şərt və tələbləri rəsmi İrəvan tərəfindən mütləq qəbul edilməldir. Çünki iki ölkə arasında sülh sazişinin imzalanması Cənubi Qafqazda sabitliyi təmin edəcək. Sülhə, əmin-amanlığa və sabitliyə nail olmaq üçün Ermənistan ilk növbədə gizlin həyata keçirmək istədiyi müharibə planlarından əl çəkməli, siyasi iradə ortaya qoyub sülh sazişini imzamalıdır. Avropa İttifaqı, eləcə də başqa beynəlxalq təşkilatlar isə rəsmi İrəvanı silahlanmaya, müharibələrə yox, sülhü dəstəkləməyə, sülh sazişini imzalamağa məcbur etməlidirlər. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar bunu etmək əvəzinə, gizli yollarla, müxtəlif adlar və formalarla Ermənistanı silahlandırır, külli miqdarda maliyyə dəstəyi göstərirlər. Rəsmi İrəvan da onlara arxalanaraq Cənubi Qafqaza əmin-amanlıq, sabitlik gətirəcək sülh sazişinin imzalanmasını yubadır. Ermənistan bu cür revanşist addımlar atmaqla dünyada etimadını getdikcə itirir.

Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı sülh sazişi ilə bağlı fikirlərini bölüşərək deyib: "Ermənistana etimad səviyyəsi sıfra bərabərdir. Beləliklə, biz onların hər hansı bir sözünə inanmırıq. Çünki onlar elə insan deyillər ki, biz inana bilək, o cümlədən onların indiki hökuməti. Bir daha bütün bunlar göstərir ki, onların dediyi bizim üçün sıfır məna kəsb edir. Bizə sənədlər, yazılı kağızlar lazımdır. Bizə lazımdır ki, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasın. Orada Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır. Bizə lazımdır ki, ATƏT-in Minsk qrupu buraxılsın. Biz bu mesajı Ermənistana çatdırırıq və deyirik ki, Minsk qrupunun saxlanılmasında məntiq yoxdur. O, Qarabağ məsələsinin həlli üçün yaradılmışdı. İndi Qarabağ məsələsi həll olunub. Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. ATƏT-in həmin qrupunun buraxılması üçün ümumi müraciətdə siz bizə niyə qoşulmursunuz? Onlar istəmirlər. Belə çıxır ki, onlar bir ayağını ərazimizdə yer saxlamaq üçün edir. Əlbəttə ki, virtual olaraq..."

Daim regionda sabitliyi dəstəkləyən Azərbaycan yenə də tarixi ənənələrinə sadiq qalaraq Ermənistanla uzun illər davam etmiş münaqişənin başa çatmasından sonra iki ölkə arasında sülhün təmin edilməsi məqsədilə dəyərli ideyalar irəli sürür, səmərəli təşəbbüslər həyata keçirir. Ermənistan isə üzdə özünü bu təşəbbüslərə qoşulan kimi göstərir, gizlində isə silahlanır, müharibəyə hazırlaşır. Dövlətimizin başçısı "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda XII Qlobal Bakı Forumunun açılışındakı çıxışı zamanı Ermənistanın sülh sazişini imzalamaq əvəzinə, müharibəyə hazırlaşdığını forum iştirakçılarının diqqətinə çatdıraraq demişdir: "Bu göstərir ki, onlar yeni müharibəyə hazırlaşırlar. Kim onları yenidən müharibəyə sürükləyir? Fransa və onun prezidenti. Onların Ermənistanı təchiz etdiyi məhvedici silahlar bizə qarşı yönəlir. Bu gün başqa yerdə lazım ola biləcək "Sezar" haubitsaları Ermənistana göndərilir. Əslində, Avropa İttifaqının kəşfiyyat missiyası olan dırnaqarası Avropa monitorinq missiyası gecə-gündüz casus kimi sərhədlərimizdə dayanır və baxırlar ki, bəlkə haradan, bir yerdən girə bilsinlər. Bizim də həmin dırnaqarası monitorinq missiyası barədə kifayət qədər kəşfiyyat məlumatımız var. Avropanın Sülh Fondu milyonlarla dolları Ermənistanı silahlandırmaq üçün ona verir. Bəli, onlar deyir ki, bu pul qeyri-məhvedici hərbi qurğular üçündür. Birincisi, bunu kim yoxlaya bilər? İkincisi, siz onlara 10 milyon verirsiniz və sonra isə digər 10 milyon planlaşdırılır. Beləliklə, Ermənistana silah almaq üçün pula qənaət imkanı yaranır. Nəinki Fransa onlara məhvedici silahlar göndərir. Onda onlar bunu niyə edir? Onlar nəyə hazırlaşır? Əgər sülh istəyirlərsə, buna ehtiyac yoxdur." 

Üzdə özünü sülh göyərçini kimi göstərməsi, diplomatik müstəvidə Azərbaycana qarşı həmlələrini davam etdirməsi, dayanmadan silahlanması bir daha onu göstərir ki, Ermənistan regionda sabitlik, əmin-amanlıq istəmir. Rəsmi İrəvananın sülh sazişi haqqında müəyyən razılaşmaları, yalnız və yalnız müharibəyə hazırlığı pərdələmək üçün düşünülmüş addımdır. Yanlış addımlar isə həmişə həm ölkələri, həm də insanları səhv istiqamətə aparır. Sülhlə bağlı Azərbaycanın tələblərini nəzərə almayan Ermənistanı addımladığı bu yanlış yollar uçurumlara aparacaq. Ətək-ətək pul verib Avropa ölkələrindən aldığı silahlar isə onun özünə qarşı çevriləcək. Əgər Ermənistan silaha əl atsa, müharibəyə başlasa 44 günlük Vətən müharibəsində olduğu kimi qarşısında güclü, qüdrətli Azərbaycan Ordusunu və dövlətini görəcək. Yenə də məğlubiyyət rəsmi İrəvan üçün qaçılmaz olacaq.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Novruz- Milli, tarixi və mədəni ənənəmiz 

19:06
16 Mart

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib  

18:10
16 Mart

Şimali Makedoniya DİN: Yanğında 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb

16:20
16 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

15:21
16 Mart

Şimali Makedoniyada gecə klubunda baş verən yanğında azı 50 nəfər ölüb

14:16
16 Mart

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 

13:41
16 Mart

Zelenski: Ukrayna müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımır

12:29
16 Mart

Azərbaycan boksçuları Macarıstanda 1 qızıl, 2 gümüş medal qazanıblar

12:14
16 Mart

“Diplomatic World Sweden” saytı “Yaşıl enerji dəhlizi” layihəsi haqqında yazıb  

12:08
16 Mart

ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb  

11:07
16 Mart

Media: ABŞ Sənadakı husilərin siyasi şurasının qərargahını hədəfə alıb

10:15
16 Mart

Bilmək istəyirəm

09:30
16 Mart

Heydər Əliyev seyrəngahı Novruza hazırlaşır 

09:25
16 Mart

Zəfər estafeti

09:20
16 Mart

Tranzit imkanları Azərbaycanı tezliklə dünya ticarətinə yön verən ölkəyə çevirəcək

09:15
16 Mart

"Cənub qaz dəhlizi"nin birləşdirici halqası

09:10
16 Mart

Saatlıda pambığın becərilməsində yeni texnologiyaların tətbiqindən danışılıb

09:05
16 Mart

Yerlərdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində ağacəkmə aksiyaları keçirilir

09:00
16 Mart

Dövlətin daha bir sosial layihəsi - "Himayədar ailə" qayğı modeli

08:55
16 Mart

Qərbi Azərbaycana qayıdış mövzusu Gəncədə də gündəmdən düşmür

08:50
16 Mart

Kəndlinin yeni ili bahardan başlayır

08:45
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!