16 Mart 2025 08:30
308
SİYASƏT
A- A+
Dayanıqlı sülh

Dayanıqlı sülh


Ermənistan Azərbaycanın şərtlərinə yalnız reallıqda əməl etdiyi halda mümkündür


"Mübarizəmiz ədalət, beynəlxalq hüquq və ləyaqətimiz üçün mübarizə idi. BMT-nin Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini icra etdik. Əgər torpağımızı güclə azad etməsəydik, onlar növbəti 27 il də kağız üzərində qalardı. Burada biz mühüm meyara gəlib çıxırıq ki, bəzən sülhə nail olmaq və ədaləti bərpa etmək üçün siz gücdən istifadə etməlisiniz".

Martın 13-də "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda XII Qlobal Bakı Forumunun açılışındakı nitqində Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycanın zəfəri bölgədə dayanıqlı sülhə də birbaşa zəmin yaradıb. 

Ölkəmiz torpaqlarının işğal altında olduğu dövrdə də hər zaman münaqişənin sülh yolu ilə tənzimlənməsinin tərəfdarı olub. Lakin nə Ermənistan, nə də ona havadarlıq edən xarici qüvvələr barış əldə olunmasını qətiyyən istəməyiblər. Bu münaqişənin danışıqlar yolu ilə həll olunması üçün missiyalandırılan ATƏT-in Minsk qrupu isə onilliklər boyu sülh istiqamətində hansısa addım atmadı. Əvəzində, ikilistandartlı qrup Ermənistanın dəyirmanına su tökməklə məşğul oldu və münaqişənin işğalçı və təcavüzkar ölkənin xeyrinə əbədiyyətədək dondurulması üçün əlindən gələn hər şeyi etdi.  Digər yandan ermənipərəst xarici qüvvələr münaqişənin hərbi yolla həlli variantını da qəti şəkildə inkar edirdilər. Cənubi Qafqazda maraqları olan qüvvələr elə görüntü yaradırdılar ki, sanki Qarabağ münaqişəsi həlli mümkünsüz olan bir problemdir. Bütün bu imitasiyalardan ruhlanan Ermənistan tərəfi isə nəinki sülh barədə düşünür, əksinə işğal və təcavüz əməllərinin davamını gətirmək istəyirdi. Buna görə də Qərb himayədarlarının siyasi, diplomatik, hərbi dəstəyinə güvənməsi İrəvanı sülhdən yayınmağa, açıq şəkildə separatizmə dəstək durmağa, "Qarabağ Ermənistandır" kimi hədyan bəyanatlar səsləndirməyə yönəldirdi. 

Ancaq "dəmir yuruq" düz üç onillik boyu idi ki, danışıqlar yolu ilə həll edilə bilinməyən, qəsdən "Qordi düyünü"nə çevrilmiş münaqişəni bir həmləsi ilə çözdü. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə hərb meydanında yerinə yetirildi. 

Tarixə, beynəlxalq hüquqa, haqq-ədalətə dayanan bu qələbəsi ilə Azərbaycan həm də  illərdir dünyada davam edən bu tip münaqişələrin həlli üçün mükəmməl nümunə yaratdı. Real şəkildə sübut etdi ki, bəzən danışıqlar yolu ilə həll edilə bilinməyən problemləri güc yolu ilə yerinə yetirmək olar. 

Forumda dövlətimizin başçısı da çıxışında bu məqamı vurğuladı: "Biz bunu ən azı 20 ilə etdik, 2005-ci ildən etibarən etdik və ərazimizi azad edən, separatçılığa, separatçılara son qoyan güclü ordu yaratdıq. Bir sözlə, bu gün ərazi bütövlüyü və suverenliyin tam bərpası nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən beynəlxalq ədaləti nümayiş etdirir". 

İkinci Qarabağ müharibəsindən dərhal sonra Bakı İrəvana təkmil sülh modeli təklif edib. Məhz Azərbaycan tərəfinin sülhlə bağlı qərarlı mövqeyi bu istiqamətdə müəyyən irəliləyişlərin əldə olunmasına da şərait yaradıb. 

İki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası işinə start verilməsi və digər sülh istiqamətində atılan  addımlar da Azərbaycanın sülh səylərinin nəticəsidir.  

Ancaq təəssüf ki, postmünaqişə dövründə də havadarlarının dəstəyinə güvənən Ermənistan dildə bir, əməldə ayrı fəaliyyət sərgiləyir. Özünü dünyaya "sülh göyərçini" kimi təqdim edən təcavüzkar ölkə bir yandan Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğunu deyir, digər yandan Fransanın başçılıq etdiyi Qərb dəstəkçilərinin köməyi ilə sürətlə silahlanaraq revanşa hazırlaşır, hərbi eskalasiyanı artırır. 

Sözügedən Forumda Prezident İlham Əliyev bildirdi ki, Ermənistana etimad səviyyəsi sıfra bərabərdir: "Beləliklə, biz onların hər hansı bir sözünə inanmırıq. Çünki onlar elə insan deyillər ki, biz inana bilək, o cümlədən onların indiki hökuməti. Bir daha bütün bunlar göstərir ki, onların dediyi bizim üçün sıfır məna kəsb edir. Bizə sənədlər, yazılı kağızlar lazımdır. Bizə lazımdır ki, onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasın. Orada Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır. Bizə lazımdır ki, ATƏT-in Minsk qrupu buraxılsın". 

Dövlətimizin başçısı dedi ki, biz bu mesajı Ermənistana çatdırırıq və deyirik ki, Minsk qrupunun saxlanılmasında məntiq yoxdur: "O, Qarabağ məsələsinin həlli üçün yaradılmışdı. İndi Qarabağ məsələsi həll olunub. Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. ATƏT-in həmin qrupunun buraxılması üçün ümumi müraciətdə siz bizə niyə qoşulmursunuz? Onlar istəmirlər. Belə çıxır ki, onlar bir ayağını ərazimizdə yer saxlamaq üçün edir. Əlbəttə ki, virtual olaraq. Onların silahlanması - bu, nəyi göstərir? Bu göstərir ki, onlar yeni müharibəyə hazırlaşırlar. Kim onları yenidən müharibəyə sürükləyir? Fransa və onun prezidenti. Onların Ermənistanı təchiz etdiyi məhvedici silahlar bizə qarşı yönəlir". 

Martın 13-də Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsi ilə bağlı danışıqlar prosesinin yekunlaşması barədə hər iki ölkənin rəsmi qurumları məlumat verdilər. 

Azərbaycan Xarici İşlər Nazirliyinin Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına dair yaydığı bəyanatda deyilir: "Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını məmnunluqla qeyd edirik. Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Eyni zamanda ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq. İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq".

Diqqət edin, məsələ ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda isə vurğulanır ki, İrəvan Bakı ilə sülh müqaviləsinin imzalanma vaxtı və yerini müzakirə etməyə hazırdır. Heç şübhəsiz İrəvanın sülh müqaviləsinin imzalanması üçün bu qədər tələskənlik etməsinin öz məxsusi səbəbi var. Çünki Ermənistan sülh sazişini məhz Azərbaycanın bununla bağlı tələblərini yerinə yetirmədən bağlamaqda maraqlıdır. 

Bakının sülh tələbləri isə dəyişməzdir: Ermənistan konstitusiyasını dəyişməlidir, Zəngəzur dəhlizi açılmalıdır, ATƏT-in Minsk qrupu de-yure fəaliyyətini dayandırmalıdır. Ermənistan sərhəd boyu öz ərazisində demilitarizasiya zonası yaratmalıdır. Həmçinin Ermənistan cəmiyyəti sülhə hazırlanmalıdır, çünki hazırda onların revanşizm əhvali-ruhiyyəsində olduğu da danılmaz həqiqətdir. 

Bu şərtlər yerinə yetirilmədən iki ölkə arasında sülh müqaviləsinin imzalanacağı təbii ki, real deyil. 

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov məsələ ilə bağlı jurnalistlərin suallarına cavabında bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün məkanın müzakirəsi hələ tezdir.

E.Məmmədov deyib ki, Azərbaycan tərəfi hazırda Ermənistanın konstitusiyasında müvafiq dəyişikliyin edilməsi ilə suveren ərazilərimizə 1990-cı illərdən mövcud olan iddiaların çıxarılması və Minsk qrupunun ləğvini gözləyir: "Hər iki dövlət sonuncu məsələ ilə bağlı ATƏT-ə müraciət edə bilər. Azərbaycan tərəfi münaqişənin həll edildiyini nəzərə alaraq, bu barədə bir müddətdir təklif irəli sürüb. Təəssüf ki, Ermənistan tərəfi bu günə kimi birgə müraciətə qoşulmur. Ümid edirik ki, Ermənistan real niyyəti barədə bizə məlumat verəcək. Ermənistandakı revanşist qüvvələrin fəaliyyətini nəzərə alaraq, bunu ciddi risk hesab edirik".

Bir sözlə, üzdə sülh tərəfdarı olduğunu göstərən Ermənistan əslində müharibəyə hazırlaşır. Konstitusiyasını dəyişmədən və digər şərtləri yerinə yetirmədən tez-tələsik sülh sazişini imzalamaq istəyində olan İrəvan bununla özünün gələcək təcavüz planlarını həyata keçirmək üçün vaxt qazanmağa çalışır.

Ancaq Ermənistanın bu riyakar davranışları Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqları dəyişdirmək iqtidarında deyil. Bu baxımdan İrəvanın yalnız bir yolu var: Azərbaycanın tələblərini yerinə yetirərək sülh müqaviləsini imzalamaq. Əks təqdirdə sülhdən söhbət açmaq yersizdir.


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Novruz- Milli, tarixi və mədəni ənənəmiz 

19:06
16 Mart

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib  

18:10
16 Mart

Şimali Makedoniya DİN: Yanğında 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb

16:20
16 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

15:21
16 Mart

Şimali Makedoniyada gecə klubunda baş verən yanğında azı 50 nəfər ölüb

14:16
16 Mart

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 

13:41
16 Mart

Zelenski: Ukrayna müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımır

12:29
16 Mart

Azərbaycan boksçuları Macarıstanda 1 qızıl, 2 gümüş medal qazanıblar

12:14
16 Mart

“Diplomatic World Sweden” saytı “Yaşıl enerji dəhlizi” layihəsi haqqında yazıb  

12:08
16 Mart

ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb  

11:07
16 Mart

Media: ABŞ Sənadakı husilərin siyasi şurasının qərargahını hədəfə alıb

10:15
16 Mart

Bilmək istəyirəm

09:30
16 Mart

Heydər Əliyev seyrəngahı Novruza hazırlaşır 

09:25
16 Mart

Zəfər estafeti

09:20
16 Mart

Tranzit imkanları Azərbaycanı tezliklə dünya ticarətinə yön verən ölkəyə çevirəcək

09:15
16 Mart

"Cənub qaz dəhlizi"nin birləşdirici halqası

09:10
16 Mart

Saatlıda pambığın becərilməsində yeni texnologiyaların tətbiqindən danışılıb

09:05
16 Mart

Yerlərdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində ağacəkmə aksiyaları keçirilir

09:00
16 Mart

Dövlətin daha bir sosial layihəsi - "Himayədar ailə" qayğı modeli

08:55
16 Mart

Qərbi Azərbaycana qayıdış mövzusu Gəncədə də gündəmdən düşmür

08:50
16 Mart

Kəndlinin yeni ili bahardan başlayır

08:45
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!