Bu cür bəyanatlar sülhə hazırlıqdan daha çox başqa məqsədlərə xidmət edir
Ermənistan sülh sazişi ilə bağlı Azərbaycanın iki əsas şərtini guya qəbul etdiyini bildirərək bununla sülhə hazır olduğu görüntüsü yaradır. Son günlərdə Ermənistan rəsmiləri tərəfindən Azərbaycanın ittiham olunması, özlərini "sülh göyərçini" kimi təqdim edərək sazişin bağlanmasına Azərbaycanın maneə olduğu imicini formalaşdırmağa çalışması da bunu təsdiqləyir. Amma Ermənistanın militarizasiya siyasəti onun yenidən müharibəyə hazırlaşdığını göstərir.
Bu fonda dünya ictimaiyyətinin fikrini başqa istiqamətə yönəltmək üçün İrəvan Azərbaycanın şərtlərini guya qəbul etdiyini deyərək pərdələnir. Lakin Ermənistanın bu üzü hər kəsə yaxşı bəllidir. Bu baxımdan nələrisə öhdəliyə götürmək, müxtəlif kürsülərdən yalan fikirlər səsləndirmək Azərbaycanı qane etmir. Çünki bütün bunların əməldə təsdiqi lazımdır. Ermənistan ilk olaraq konstitusiyasına dəyişiklik etməli, Minsk qrupunun ləğvi ilə bağlı Azərbaycanla razılığa gəlməli, kommunikasiyaların açılmasına şərait yaratmalıdır.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Fuad Abdullayev qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycanın xarici işlər naziri Ermənistanın son iki şərti qəbul etməsi və sülh layihəsinin son mətni üzərində razılaşmanın əldə edilməsi barədə məlumat verib. Lakin qeyd etmək lazımdır ki, buna paralel olaraq XİN rəhbəri, Azərbaycanın digər vacib tələblərinin yerinə yetirilməsinin əhəmiyyətinə də toxunub. Xüsusilə Ermənistan konstitusiyasının dəyişdirilməsinin gözlənildiyini qeyd edib. Belə ki, Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanımayan və ərazi iddialarını davam etdirən konstitusiya ilə fəaliyyət göstərir. "Bu səbəbdən Ermənistanın konstitusiyasını dəyişdirməsi məsələsi çox vacibdir, çünki yalnız bundan sonra Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı olan iddialarına son verməsi mümkündür. Bununla yanaşı, Azərbaycanın digər şərtlərinin də yerinə yetirilməsi zəruri hesab edilir. Mətn üzrə işin yekunlaşdırılması hələ ki sülh müqaviləsinin imzalanması anlamına gəlməməlidir. Hazırda yalnız 15 maddəlik bir sənəd üzərində razılaşma var və bu, müqavilənin dərhal imzalanacağı anlamına gəlmir", - deyə o əlava edib.
Siyasi şərhçi qeyd edib ki, hazırda bununla bağlı rəsmi İrəvandan da bəzi açıqlamalar verilir. Həmin açıqlamara diqqət yetirsək müqavilə artıq bağlanmış kimi görünür. Lakin reallıq ondan ibarətdir ki, razılaşma hələ tamamlanmayıb.
Ekspert bu açıqlamaların sadəcə olaraq Ermənistanın xarici siyasətinin müəyyən təzyiq strategiyasının bir hissəsi olduğunu və onlar tərəfindən səslənən bu cür bəyanatların, əslində, Azərbaycanın beynəlxalq müstəvidə təzyiq altına alınmasına yönəlmiş bir manipulyasiya olduğunu istisna etmir: "Bu açıqlamalar mövcud reallıqla da müəyyən ziddiyyətlər təşkil edir. Belə ki, Azərbaycana ərazi iddialarını ehtiva edən konstitusiyanın dəyişdirilməsinə bir çox maneənin olmasına baxmayaraq, rəsmi İrəvanın bu qəbildən olan bəyanatları böyük sual doğurur. İlk növbədə onu qeyd edim ki, Ermənistanın ədliyyə naziri S.Qalyan yeni konstitusiya mətninin 2026-cı ildə hazır olacağını bildirib. Eyni zamanda mart ayında Gallop Beynəlxalq Assosiasiyası tərəfindən Ermənistan ictimaiyyəti arasında keçirilmiş sorğuların nəticələri də onu deməyə əsas verir ki, ölkə əhalisinin böyük hissəsi konstitusiya dəyişikliyinin əleyhinədir və buna hazır deyil. Belə ki, sorğuda iştirak edən respondentlərin 59 faizi konstitusiyanın dəyişdirilməsinin əleyhinə, yalnız 7,5 faizi yeni konstitusiyanın qəbul edilməsindən yana olduğunu bildiriblər. Belə faktların olduğu bir şəraitdə Ermənistan tərəfinin öz cəmiyyətini sülhə hazırlamaq əvəzinə bu cür bəyanatlar verməsi onların sülhə hazırlıqdan daha çox başqa məqsədlərə xidmət etməsinə dəlalət edir. Bu səylər Ermənistanın reallıqdan uzaq sülh obrazı yaratmağa yönəlib. Üstəlik, fəaliyyət göstərməyən ATƏT-in Minsk qrupunun tam ləğv edilməsi məsələsi də rəsmi olaraq öz həllini tapmalıdır. Bu məsələdə də hələ ki Ermənistan tərəfindən əməli addımlar atılmır".
F.Abdullayev vurğulayıb ki, Ermənistan rəsmilərinin açıqlamalarının manipulyasiya olmasına dəlalət edən digər faktlar da var. Məsələn, İrəvan bir tərəfdən guya sülhü istədiyini nümayiş etdirir, digər tərəfdən isə diplomatik müstəvidə saman altından su yeridir və Azərbaycana qarşı həmlələrini davam etdirir. Bunun ən böyük nəticəsi kimi Belçika və İsveçrə parlamentində qəbul olunmuş sənədləri göstərmək mümkündür. Buna paralel olaraq Ermənistan silahlanır və bu da təbii olaraq ciddi narahatlıq doğurur. Çünki Ermənistan işğalçı dövlət olub və 30 il Azərbaycan ərazilərini işğal altında saxlayıb. Əslində proseslər onu deməyə əsas verir ki, onlar sülhə deyil, daha çox müharibəyə hazırlaşır. Ümumiyyətlə, Ermənistanın sürətlə silahlanması sülhə doğru atılacaq addımların ciddiliyini sual altına alır. Eyni zamanda Azərbaycanın mövqeyinin nə qədər haqlı və ciddi olduğunu bir daha ortaya qoyur.
Onun sölərinə görə, Azərbaycanın mövqeyi Ermənistanın müharibə hazırlıqlarını və beynəlxalq müstəvidəki təzyiq cəhdlərini nəzərə alaraq çox aydındır: "Nəticə etibarilə Ermənistanın özünü sülh mövqeyində olduğu kimi qələmə verməsi, əslində, müharibəyə hazırlığı pərdələmək siyasətinə daha uyğun gəlir, nəinki onun sülhsevər mövqeyinə. Fikrimcə, sülh prosesinin tam yekunlaşması üçün Ermənistan hakimiyyətnin Azərbaycanla münasibətlərdə, xüsusilə, sülh sazişinin imzalanması prosesində atacağı real addımlar və səmimi olması çox vacibdir. Bu addımlar arasında ən önəmlisi Ermənistanın Bakıdakı məhkəmə ilə əməkdaşlıq etməsi və Azərbaycana qarşı insanlıq əleyhinə cinayətlərə görə məsuliyyət daşıyan şəxsləri təhvil verməsidir. Eyni zamanda Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərdə məsuliyyəti qəbul etməsi və buna görə təzminat ödəməsi də sülhə doğru çox vacib şərtdir".
Siyasi təhlilçi dövlətimizin başçısının XII Qlobal Bakı Forumunda verdiyi bəyanatları xatırladaraq qeyd edib ki, bütün bunlar Ermənistanın Azərbaycanın şərtlərini tam şəkildə yerinə yetirənə qədər sülh sazişinin imzalanmasının hələlik real görünmədiyini deməyə əsas verir. Azərbaycanın beynəlxalq hüquq və ədalətə əsaslanan mövqeyi Ermənistanın sülhə doğru atacağı addımların nə qədər səmimi və ciddi olduğunu göstərmək üçün həlledici rol oynayacaq.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
Novruz- Milli, tarixi və mədəni ənənəmiz
Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib
Şimali Makedoniya DİN: Yanğında 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Şimali Makedoniyada gecə klubunda baş verən yanğında azı 50 nəfər ölüb
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Zelenski: Ukrayna müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımır
Azərbaycan boksçuları Macarıstanda 1 qızıl, 2 gümüş medal qazanıblar
“Diplomatic World Sweden” saytı “Yaşıl enerji dəhlizi” layihəsi haqqında yazıb
ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb
Media: ABŞ Sənadakı husilərin siyasi şurasının qərargahını hədəfə alıb
Bilmək istəyirəm
Heydər Əliyev seyrəngahı Novruza hazırlaşır
Zəfər estafeti
Tranzit imkanları Azərbaycanı tezliklə dünya ticarətinə yön verən ölkəyə çevirəcək
"Cənub qaz dəhlizi"nin birləşdirici halqası
Saatlıda pambığın becərilməsində yeni texnologiyaların tətbiqindən danışılıb
Yerlərdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində ağacəkmə aksiyaları keçirilir
Dövlətin daha bir sosial layihəsi - "Himayədar ailə" qayğı modeli
Qərbi Azərbaycana qayıdış mövzusu Gəncədə də gündəmdən düşmür
Kəndlinin yeni ili bahardan başlayır
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!