16 Mart 2025 09:05
380
İQTİSADİYYAT
A- A+
Saatlıda pambığın becərilməsində yeni texnologiyaların tətbiqindən danışılıb

Saatlıda pambığın becərilməsində yeni texnologiyaların tətbiqindən danışılıb


Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun (BMTBETİ) təşkilatçılığı ilə Saatlı rayonunda "Pambıq bitkisinin becərilməsində yeni texnologiyaların tətbiqi" mövzusunda seminar keçirilib.

Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) təşkil edilmiş seminarda BMTBETİ-nin alim və mütəxəssisləri ilə yanaşı, pambıq tədarükü və emalı ilə məşğul olan şirkətlərin nümayəndələri, Saatlı, Sabirabad, İmişli, Biləsuvar, Salyan rayolarından olan fermerlər iştirak ediblər.

Saatlı DAİM-in direktoru Ağa Əsədov rayon ərazisində pambıqçılıqda olan mövcud vəziyyət barədə seminar iştirakçılarını məlumatlandırıb. Fermerlərin üzləşdiyi problemlər və onların aradan qaldırılmasında fermerlərin maarifləndirilməsinin vacibliyini vurğulayıb.

BMTBETİ-nin direktoru, professor İbrahim Cəfərov Azərbaycanda pambıqçılığın böyük potensiala malik olduğunu, bu sahənin  əməktutumluluq və gəlirlilik baxımından kənd təsərrüfatının aparıcı sahələrindən biri olduğunu bildirib. Pambıqçılığın inkişafına dövlət tərəfindən xüsusi diqqət yetirildiyini qeyd edən professor  vurğulayıb ki, fermerlər hər il pambıq becərməyə daha çox maraq göstərirlər. Məhz buna görə də pambıqçılıqda məhsuldarlığın yüksəldilməsi mühüm vəzifə kimi qarşıya qoyulub. Qarşıda duran əsas vəzifələrdən biri də pambıq toxumçuluğu məsələləri üzərində çalışmaq və yerli sortlardan istifadəni genişləndirməkdir.

BMTBETİ-nin mütəxəssisləri Ələddin Tağıyev "Respublikada müxtəlif torpaq iqlim şəraitində yerli və introduksiya olunmuş pambıq sortlarının  müqayisəli qiymətləndirilməsi", İsmayıl Nəbiyev "Pambıq bitkisinin becərmə texnologiyası", Xurşid Aslanova "Pambıq bitkisinin xəstəlik və zərərvericiləri, onlara qarşı mübarizə üsullarının öyrənilməsi", Səbuhi Eldarov "Pambıqçılıqda şoranlıq və quraqlıq stresləri, mübarizə tədbirləri" mövzusunda təqdimatlarla çıxış ediblər. Təqdimatlarda Azərbaycanda becərilən pambıq sortları, səpinqabağı becərmə işləri, çiyidin səpinə hazırlanması, səpinin aparılma qaydaları, pambığın becərmə texnologiyaları, seyrəltmə, ketmənləmə, kultivasiya, xəstəlik və zərərvericilər barədə məlumatlar yer alıb. Mütəxəssislər bildiriblər ki, fermerlər pambıq əkini zamanı toxum seçiminə diqqət etməli, əkin zamanı növbəlilik prinsipinə mütləq əməl olunmalıdır. 

Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, "Prime Cotton" MMC və "Azərpambıq" MMC-nin nümayəndələri iştirakçılara öz təklif və tövsiyələrini veriblər.


Lazım QULİYEV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Novruz- Milli, tarixi və mədəni ənənəmiz 

19:06
16 Mart

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib  

18:10
16 Mart

Şimali Makedoniya DİN: Yanğında 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb

16:20
16 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

15:21
16 Mart

Şimali Makedoniyada gecə klubunda baş verən yanğında azı 50 nəfər ölüb

14:16
16 Mart

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 

13:41
16 Mart

Zelenski: Ukrayna müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımır

12:29
16 Mart

Azərbaycan boksçuları Macarıstanda 1 qızıl, 2 gümüş medal qazanıblar

12:14
16 Mart

“Diplomatic World Sweden” saytı “Yaşıl enerji dəhlizi” layihəsi haqqında yazıb  

12:08
16 Mart

ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb  

11:07
16 Mart

Media: ABŞ Sənadakı husilərin siyasi şurasının qərargahını hədəfə alıb

10:15
16 Mart

Bilmək istəyirəm

09:30
16 Mart

Heydər Əliyev seyrəngahı Novruza hazırlaşır 

09:25
16 Mart

Zəfər estafeti

09:20
16 Mart

Tranzit imkanları Azərbaycanı tezliklə dünya ticarətinə yön verən ölkəyə çevirəcək

09:15
16 Mart

"Cənub qaz dəhlizi"nin birləşdirici halqası

09:10
16 Mart

Saatlıda pambığın becərilməsində yeni texnologiyaların tətbiqindən danışılıb

09:05
16 Mart

Yerlərdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində ağacəkmə aksiyaları keçirilir

09:00
16 Mart

Dövlətin daha bir sosial layihəsi - "Himayədar ailə" qayğı modeli

08:55
16 Mart

Qərbi Azərbaycana qayıdış mövzusu Gəncədə də gündəmdən düşmür

08:50
16 Mart

Kəndlinin yeni ili bahardan başlayır

08:45
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!