28 Yanvar 2025 22:28
372
İQTİSADİYYAT
A- A+
Moldovalı ekspert: Azərbaycan texnologiyanın inkişafı üzrə regional mərkəzə çevrilə bilər - MÜSAHİBƏ 

Moldovalı ekspert: Azərbaycan texnologiyanın inkişafı üzrə regional mərkəzə çevrilə bilər - MÜSAHİBƏ 

Moldovalı enerji eksperti, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) layihə üzrə eksperti və BMT İnkişaf Proqramının Moldova üzrə Aşağı Emissiya Potensialının Qurulması (Low Emission Capacity Building - LECB) layihəsinin meneceri Sergey Unquryanu AZƏRTAC-ın suallarını cavablandırır.

- Cənab Unquryanu, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu necə xarakterizə edərdiniz?

- Son vaxtlar “Şimal axını” və Ukrayna ərazisindən qaz nəqlin dayandırılması ilə əlaqədar olaraq, Avropa bazarına alternativ qaz tədarükü üçün aktiv axtarışlar aparılır. Bu vəziyyətdə Azərbaycan vacib oyunçulardan birinə çevrilir və böyük maraq doğurur. Bakı mühüm karbohidrogen ehtiyatlarına, xüsusilə də neft-qaz ehtiyatlarına malikdir və bu, onu Avropa İttifaqı üçün əhəmiyyətli enerji təchizatçısı edir. Avropa Suriya, Qətər və ABŞ kimi ölkələrdən alternativ təchizat imkanlarını da nəzərdən keçirir.

- Azərbaycan ənənəvi olaraq karbohidrogenlərə fokuslanıb. Ölkədə bərpaolunan enerji mənbələrinin inkişafı istiqamətində atılan addımları necə qiymətləndirirsiniz?

- Azərbaycan həqiqətən də uzun müddətdir ki, regionun aparıcı neft və qaz hasilatçılarından biri olmaqla, karbohidrogenlərə fokuslanıb. Bununla belə, son illərdə ölkə iqtisadiyyatını şaxələndirmək və daha dayanıqlı enerji həllərinə doğru irəliləmək strategiyasının mühüm tərkib hissəsi olan bərpaolunan enerji mənbələrinin inkişafı istiqamətində fəal addımlar atır. Azərbaycan artıq bərpaolunan enerji mənbələrinin, xüsusən də günəş və külək enerjisindən yararlanmaq üçün fəaliyyətə başlayıb. 2021-ci ildə günəş və külək elektrik stansiyalarının tikintisi üçün beynəlxalq şirkətlərlə bir sıra sazişlər imzalanıb ki, bu da ölkənin enerji balansında bərpaolunan mənbələrin payını əhəmiyyətli dərəcədə artırmalıdır. Qeyd etmək vacibdir ki, Azərbaycanın coğrafi xüsusiyyətləri (məsələn, çoxlu sayda günəşli günlərin olması və külək enerjisi üçün yaxşı şəraitə malik Xəzər dənizi sahili) bərpaolunan enerji mənbələrinin inkişafı üçün yaxşı şərait yaradır.

- Azərbaycanda yaşıl enerji sahəsində regionun digər ölkələri üçün nümunə ola biləcək əhəmiyyətli layihələr varmı?

- Azərbaycanda genişmiqyaslı layihələr nisbətən yaxınlarda həyata keçirilməyə başladı. Son bir neçə ildə Azərbaycanda günəş və külək elektrik stansiyalarının tikintisi üçün “ACWA Power” (Səudiyyə Ərəbistanı) və “Masdar” (BƏƏ) kimi aparıcı beynəlxalq sənaye oyunçuları ilə müqavilələr imzalanıb. Başqa ölkələrə nümunə ola biləcək bir sıra layihələr var. Belə layihələrdən biri də Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyası olan Qaradağ Günəş Elektrik Stansiyasıdır. Stansiyanın ümumi dəyəri 262 milyon dollar olan xarici sərmayə ilə tikilib. Bu, Azərbaycanda xarici sərmayə ilə tikilmiş ilk sənaye miqyaslı günəş elektrik stansiyasıdır. Digər misal olaraq, Azərbaycanın enerji sistemi üçün xüsusi əhəmiyyət kəsb edəcək 240 meqavat gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyası layihəsini göstərmək olar. Həmçinin 2024-cü ildə ölkədə çoxsaylı görüşlər keçirilib, müxtəlif sazişlər və memorandumlar imzalanıb ki, bu da xarici investorların Azərbaycanın bərpaolunan enerji mənbələrinə yüksək marağını əks etdirir. Bundan əlavə, Azərbaycan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə birlikdə regionda bərpaolunan enerji mənbələrinin tətbiqini sürətləndirmək və yaşıl sənayeləşməni dəstəkləmək məqsədi daşıyan Mərkəzi Asiyada Bərpa Olunan Enerji Mənbələri üzrə Sürətli Tərəfdaşlıq (APRECA) proqramını təsis edib.

- Bərpaolunan enerji mənbələrinin inkişafı Azərbaycan iqtisadiyyatına və beynəlxalq aləmdəki mövqeyinə necə təsir edə bilər?

- Bərpaolunan enerji mənbələrinin inkişafı ümumilikdə iqtisadi inkişafa müsbət təsir göstərir. Bərpaolunan enerji mənbələrinin ölkənin enerji balansına daxil edilməsi iqtisadiyyatın şaxələndirilməsinə, karbohidrogen ehtiyatlarından asılılığın azaldılmasına və yeni gəlir mənbələrinin yaradılmasına kömək edə bilər. Günəş, külək və hidroenergetikanın inkişafı yeni sənaye sahələrinə investisiyaların stimullaşdırılmasına, iş yerlərinin və yeni biznes imkanlarının yaradılmasına kömək edəcək. Enerji balansında bərpaolunan enerji mənbələrinin payını artırmaqla ölkə idxal olunan karbohidrogenlərdən asılılığını azalda biləcək ki, bu da xarici xərclərin azalmasına və enerji təhlükəsizliyinin artmasına səbəb olacaq.

Bundan əlavə, bərpaolunan enerji mənbələrindən istifadə karbon qazı emissiyalarını azaltmağa kömək edir. Bu, Azərbaycana ətraf mühitə dəyən zərərin kompensasiyası xərclərini və beynəlxalq iqlim sazişləri üzrə maliyyə öhdəliklərini azaltmağa imkan verə bilər.

- Azərbaycanda innovativ texnologiyalar və yaşıl iqtisadiyyatla bağlı yeni sənaye və klasterlərin yaradılması perspektivlərini necə qiymətləndirirsiniz?

- Yeni sənaye sahələrinin və klasterlərin yaradılması üçün yaxşı perspektivlər var. Azərbaycan texnologiyanın inkişafı üçün regional mərkəzə çevrilə bilər; bunun üçün hər cür şərait və mütəxəssislər var. Ölkə həm də Çin və Avropa arasında qabaqcıl texnologiyaların tətbiq oluna biləcəyi körpü ola bilər. Gələcəkdə bərpaolunan enerji mənbələrinin inkişafı enerjinin saxlanması və hidrogen istehsalı texnologiyaları ilə ayaqlaşacaq. Azərbaycan iqtisadiyyatın modernləşdirilməsinə, daha dayanıqlı və innovativ texnologiyalara doğru irəliləməyə yönəlmiş strategiyaları fəal şəkildə hazırlayır və həyata keçirir.

Yaşıl enerji və rəqəmsallaşma strategiyaları kimi innovativ texnologiyaların və yaşıl iqtisadiyyatın inkişafı üzrə milli proqramların qəbulu yeni klasterlərin yaradılmasını stimullaşdıra və beynəlxalq investisiyaları cəlb edə bilər. Son illərdə ölkədə informasiya texnologiyaları, süni intellekt və “fintech” sahələrində startapların artımı müşahidə olunur. Beynəlxalq, yerli investorların dəstəyi, həmçinin təhsil və innovasiya infrastrukturuna çıxış ilə Azərbaycan yüksək texnologiyalı startaplar üçün mühüm mərkəzə çevrilə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Kaşaqan" neftinin də Avropaya yolu tezliklə BTC-dən keçəcək

09:15
30 Yanvar

AİŞ-in missiyası həm də dayanıqlı infrastruktur yaratmaqdır

09:10
30 Yanvar

Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynayır

09:05
30 Yanvar

Son 20 ildə Azərbaycanın nəqliyyat infrastrukturu kökündən dəyişib

09:00
30 Yanvar

Veb-kameralar şəffaflığı təmin edir

08:55
30 Yanvar

"Bələdiyyə qapısı mənim üçün bir ümid yeridir"

08:50
30 Yanvar

Yerli müşahidəçilər seçki prosesini müsbət qiymətləndirdilər

08:45
30 Yanvar

Müşahidəçilər səsvermənin gedişindən razılıq etdilər

08:40
30 Yanvar

"Gənc nəslin səsvermədə fəallığı məni çox sevindirir"

08:35
30 Yanvar

Seçicilər məntəqələrə yüksək ovqatla gəlirdilər

08:30
30 Yanvar

Seçkilər yerli özünüidarəetmə orqanına marağın artdığını təsdiqlədi

08:25
30 Yanvar

Demokratik və şəffaf seçki ənənəsinin növbəti təzahürü

08:20
30 Yanvar

Qaradağda seçicilər azad şəkildə iradələrini ifadə edirdilər

08:15
30 Yanvar

Bələdiyyə seçkiləri: 26 illik tarix

08:10
30 Yanvar

Seçicilərin fəallığı gələcək bələdiyyə üzvlərinin məsuliyyətini artırır

08:05
30 Yanvar

Səsvermə seçki qanunvericiliyinə uyğun keçirildi

08:00
30 Yanvar

Bütün dairələrdə seçkilər normal keçib

02:19
30 Yanvar

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:17
30 Yanvar

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 82-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:17
30 Yanvar

"III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:14
30 Yanvar

bp Xəzər dənizinin Azərbaycan sektorunda Şahdəniz perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin operatoru kimi elan edir ki, saziş üzrə iş proqramı çərçivəsində Şahdəniz Kompressiya (ŞDK) layihəsi üçün Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihəsi podratçı tərəflər adından hazırlanıb və dərc edilib

02:05
30 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!