19 saylı Nərimanov I Seçki Dairəsinin 16 saylı məntəqəsi önündə seçicilər çox rahatlıqla növbəliliyə riayət edirdilər. Məntəqənin giriş qapısında şəxsiyyət vəsiqələrini təqdim edib içəri daxil olaraq, öz təşəbbüsü ilə iştirak edən, eləcə də siyasi partiya bloklarından olan müşahidəçilərin nəzarəti ilə elektron lampada barmaq izlərini verirdilər.
Məntəqədə 1478 seçicinin səsvermədə şəffaflıqla iştirak etməsi üçün lazımi şərait yaradılıb. Burada bələdiyyə üzvü olmaq istəyən 19 yerə qarşı 31 namizəd mübarizə aparırdı.
Müşahidəçilərdən Gülşən İsgəndərova və Xuraman Əliyeva bildirdilər ki, səsvermə normal keçir, elə bir ciddi qanun pozuntusu müşahidə edilməyib.
Xoş ovqatla məntəqədən çıxan seçicilərdən Teyyub Əliyev, Nərminə Əliyeva, onların qapıbir qonşuları Hümbət və Nərminə Mustafazadələrlə həmsöhbət olduq. Yaşı 60-ı ötmüş bu seçicilər məntəqədə səsvermə üçün yaradılan şəraitdən razılıqlarını bildirdilər.
Rayonun 19 saylı Nərimanov I Seçki Dairəsinin 15 saylı məntəqəsində də seçici fəallığı müşahidə olunurdu. Əksəriyyəti məntəqənin yaxınlığında yaşayan sakinlər idi. Onlar da bir-bir, iki-bir qeydiyyatdan keçib, seçki kabinələrinə daxil olub istədikləri namizədə səs verirdilər. Burada bələdiyyə üzvlüyü uğrunda 19 yerə qarşı 31 nəfər mübarizəyə qoşulmuşdu.
Məntəqədə öz təşəbbüsü ilə müşahidəçi qismində iştirak edən Lalə Əzimova, eləcə də "Ana vətən" Partiyasının nümayəndəsi Məzahir Cəfərov bildirdilər ki, səsvermə prosesində heç bir neqativ hal nəzərə çarpmayıb. Məntəqənin yaxınlığında - Ağa Nemətulla küçəsi 35, mənzil 24-də yaşayan, sinəsi orden və medallarla dolu Böyük Vətən müharibəsi veteranı 84 yaşlı Şahbaba Məmmədov isə məmnunluqla dedi:
- İndiyədək neçə-neçə seçkidə iştirak etmişəm. Bugünkü seçki də çox şəffaf və rahat təşkil olunub. Gənc nəslin səsvermədə həvəslə iştirak etməsi məni çox sevindirdi. Ümidvaram ki, onlar ən layiqli namizədə səs verirlər.
Hər kəs istədiyi namizədə səs verdi
Xətai rayonunun digər məntəqələrində olduğu kimi, rayonun 1-33 saylı dairəsinin 4 saylı seçki məntəqəsində də insanlar səsvermədə həvəslə iştirak edirdilər. Seçicilər şəxsiyyət vəsiqələrini təqdim edərək qeydiyyatdan və elektron lampada barmaq izlərini təsdiqlətməklə bülletenləri əldə edib seçki kabinələrinə daxil olub istədikləri namizədə səs verirdilər. Digər məntəqələrdə olduğu kimi, burada da veb-kamera fəaliyyət göstərirdi.
Xatırladaq ki, 2008-ci ildən etibarən ölkəmizdəki səsvermələrdə tətbiq olunan veb-kamera səsvermədə şəffaflığın təmin edilməsinə şərait yaradır. Səsvermədə iştirak edənləri və səsvermə prosesini müşahidəçilər, media nümayəndələri, habelə peşəkar seçki mütəxəssisləri rahatlıqla müşahidə edirlər.
Məntəqənin həyətində seçicilərdən Həsən və Sevda Məmmədovlarla, Sevər Rüstəmova, oğulları Vüqar, Anar və gəlini Təranə ilə, eləcə də Müseyib Əliyevlə həmsöhbət olduq. Müseyib Əliyev səsverməyə bacısı Şəmslə gəlmişdi. Müseyib Əliyev dedi:
- Bacım gəncdir, ilk dəfədir seçkilərdə iştirak edir. Tək gəlməyə çəkinirdi, tərəddüd edirdi. Qərara aldıq ki, mənimlə gəlsin. Çox sevinir ki, o, vətəndaş olaraq səsvermə hüququna malikdir.
Onlarla bərabər bizə də məntəqəyə daxil olmaq imkanı yaranır. Məntəqənin görməli yerində əyləşən bir neçə müşahidəçi prosesin qüsursuz davamına nəzarət edirdi. Onlardan "Böyük qurtuluş" Partiyasının nümayəndəsi Rövşən Həsənov və müstəqil müşahidəçi qismində könüllü iştirakçı Natiqə Hüseynova ilə həmsöhbət olduq. Hər iki müşahidəçi seçkinin normal və qanun pozuntusu olmadan keçdiyini bildirdi. Natiqə Hüseynova onu da qeyd etdi ki, bir az əvvəl ətrafda yaxşı tanınan bir nəfər şəxsiyyət vəsiqəsi olmadan şəsverməyə qatılmaq istəyirdi. Ona çox sakit və ətraflı şəkildə izah edildi ki, bu, mümkün deyil. Həmin şəxs evinə gedib, çox keçmədən şəxsiyyət vəsiqəsi ilə gəlib özünü təqdim etdi, tələblərə uyğun səs verdi. Bundan özü də, biz də çox məmnun qaldıq.
Rəhman SALMANLI,
"Azərbaycan"
Diplomatik xidmət haqqında
"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Qazaxıstan Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumun obyektinə hücumla bağlı məsələyə aydınlıq gətirib
Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir
Bolqarıstan mətbuatında azərbaycanlıların doğma torpaqlarına qayıdışı geniş işıqlandırılıb
Rusiya-ABŞ danışıqları başa çatıb
İstanbulda TÜRKPA-nın Xarici Əlaqələr Komissiyalarının ortaq bəyanatı yayımlanıb
Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb
May ayında “Caspian Agro” və Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri keçiriləcək
Azərbaycanda iqtisadi şaxələndirməyə və yaşıl artıma dəstək məsələləri müzakirə olunub
Belarus Milli Assambleyası Respublika Şurasının sədri Heydər Əliyev Mərkəzində olub
Xəzər İsayev: Prezident İlham Əliyev ölkəmizdə Olimpiya hərəkatına rəhbərlik etdikdən sonra idmanda böyük uğurlar qazanılıb
Prezident İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub YENİLƏNİB
ABŞ Dövlət Departamenti Rusiya ilə görüşün nəticələri barədə açıqlama yayıb
Gürcüstan və Azərbaycan dəmir yolu ilə sərnişin daşınmasını müzakirə edib
Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib
Baş nazir Əli Əsədov İran Prezidenti Məsud Pezeşkianla görüşüb
AMB və Səudiyyə Mərkəzi Bankı əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edib
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
Prezident İlham Əliyev Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub YENİLƏNİB
Volodimir Zelenski: Ukrayna ərazi bütövlüyü ilə bağlı güzəştə getməyəcək
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB12 Fevral 2025
Yeni dövrün əsas hədəfləri12 Fevral 2025
Sabitliyin Azərbaycan nümunəsi11 Fevral 2025
"Biz gələcəyimizi dayanıqlı iqtisadiyyatda görürük"09 Fevral 2025
Müstəqilliyin uğur formulu: qətiyyətli lider və qüdrətli dövlət08 Fevral 2025
FƏRQLİ LİDER, SÖZÜNÜN SAHİBİ07 Fevral 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!