13 Fevral 2025 08:00
2232
SİYASƏT
A- A+
Zəfər silsiləsi

Zəfər silsiləsi


2025-ci ili "Konstitusiya və Suverenlik İli" kimi təntənə ilə qeyd edəcəyik 


Azərbaycan xalqı tarixindəki ən qürurlu, şanlı günlərini yaşayır. Suverenliyimiz, ərazi bütövlüyümüz tam təmin edilib, Qarabağ və Şərqi Zəngəzur azadlığına qovuşub, yüz minlərlə vətəndaşımız məcburi köçkün adından qurtulub. İndi işğaldan azad edilmiş ərzilərimizdə nəhəng tikinti və quruculuq işləri aparılır, insanlarımız qayıdış köçləri ilə sevinclə öz yurdlarına dönürlər. 

30 il ərzində talanan, yandırılan, canlı həyata dair hər nə varsa məhv edilən Qarabağ və Şərqi Zəngəzurdan indi yeni doğulan körpələrin səsinin gəlməsi kimi möcüzələrə şahidlik edirik. 

İllərdir təqvimlərimizdə qara haşiyəyə alınmış faciəvi günlərimiz al-qırmızı bayram günlərinə çevrilib. Biz Şuşanın, Xankəndinin, Xocalının, Laçının... azadlıq günlərini coşqu ilə keçirməyə başlamışıq. Zəfər Günümüz, Suverenlik Günümüz təsis olunub... 

Bir sözlə, son üç onillik ərzində addım-addım gəldiyimiz çətin və keşməkeşlərdən adlayan milli yolumuzu qətiyyətlə zirvələrə daşıyaraq üçrəngli, ay-ulduzlu bayrağımızı bütöv Azərbaycanda əbədi dalğalandırmışıq. 

Bu ili isə Prezident İlham Əliyevin sərəncamı ilə başdan-başa "Konstitusiya və Suverenlik İli" kimi təntənə ilə qeyd edəcəyik. 


Ulu Öndər müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir


Prezident İlham Əliyev Azərbaycanda 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 

Tədbirlər Planında 20 sentyabr-12 noyabr tarixləri ərzində Azərbaycan Dövlət Suverenliyi Gününün və Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyinin geniş qeyd olunması, bununla əlaqədar yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi əksini tapıb. İl ərzində "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda silsilə tədbirlərin, Milli Məclisin "Suverenlik və Konstitusiya İli"nə həsr olunmuş xüsusi iclasının keçirilməsi nəzərdə tutulub. 

Həmçinin il ərzində "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş forumların, konfransların, simpoziumların, "dəyirmi masa"ların, seminarların, müsabiqələrin, müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, vətənpərvərlik mahnılarının (marşların) yazılması, beynəlxalq turizm sərgilərində Azərbaycan milli stendində "Konstitusiya və Suverenlik İli" haqqında məlumatların təqdim edilməsi, Azərbaycanın diplomatik nümayəndəlikləri tərəfindən "Suverenlik və Konstitusiya İli"nə həsr olunmuş, həmçinin Azərbaycan diaspor təşkilatları, koordinasiya şuraları, Azərbaycan evləri və həftəsonu məktəbləri tərəfindən "Suverenlik və Konstitusiya İli"nə həsr olunmuş tədbirlərin, Azərbaycanın şəhər və rayonlarında "Suverenlik və Konstitusiya İli"nə həsr olunmuş ağacəkmə aksiyalarının keçirilməsi nəzərdə tutulub.


Yubiley medalı təsis ediləcək 


Tədbirlər Planında "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi" yubiley medalının təsis edilməsi, eyni zamanda sentyabr ayında "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş poçt markalarının buraxılması  da yer alıb. 

Yerli və xarici mütəxəssislərin iştirakı ilə Azərbaycan dövlət suverenliyinin təmin olunmasına həsr edilmiş elmi-praktik konfransların təşkili, elmi-tədqiqat işlərinin aparılması, əsərlərin, hüquqi şərhlərin, monoqrafiyaların, məqalələrin nəşri, idman yarışlarının və beynəlxalq turnirlərin, "Zəfər yürüşü" tədbirlərinin təşkili, 20 sentyabr-12 noyabr tarixləri ərzində "Konstitusiya və Suverenlik İli" ilə bağlı ölkə ərazisində müvafiq poster və bannerlərin yerləşdirilməsi, rəqəmli bilbordlarda və monitorlarda videoçarxların nümayiş etdirilməsi, mediada sənədli filmlərin, verilişlərin, videoçarxların və digər materialların verilməsi, rəsmi qəzetlərin xüsusi buraxılışının hazırlanması, jurnalistlərin və bloqçuların işğaldan azad edilmiş ərazilərə səfərlərinin təşkili də Tədbirlər Planında əksini tapıb.

"Konstitusiya və Suverenlik İli" ilə əlaqədar Azərbaycanda adsız zirvələrə, Bakı şəhərində və digər böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə, metro stansiyalarına yeni adların verilməsi, xeyriyyə aksiyalarının keçirilməsi, Azərbaycan dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və müharibə veteranlarının sosial məsələlərinin həlli istiqamətində tədbirlərin davam etdirilməsi, yeniyetmələr və gənclər üçün olimpiadaların, müsabiqələrin, marafonların, debatların və təlimlərin keçirilməsi, "Zəfərin izi ilə" layihəsi çərçivəsində məktəblilərin, tələbələrin və könüllülərin işğaldan azad edilmiş ərazilərə səfərlərinin təşkili, təhsil müəssisələrində ilk dərs gününün "Konstitusiya və Suverenlik İli"nə həsr edilməsi, xüsusi dərslərin və mühazirələrin təşkili, "Konstitusiya və Suverenlik İli" ilə bağlı qrant müsabiqələrinin, "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş hərbi təlimlərin keçirilməsi nəzərdə tutulub.  


Ərazi bütövlüyümüzün təminatçısı


2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində şanlı zəfərimizin 5-ci ildönümünü nəzərə alaraq bu ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilməsinin böyük rəmzi mənası var. Azərbaycanın milli birliyimizin, həmrəyliyimizin nəticəsi olan qələbələrə yetməsi, suverenliyini təmin etməsi, Konstitusiyasının bütün ərazilərində qüvvəyə minməsi tarixdə qazandığı ən parlaq zəfərdir. 

Ötən prezidentlik dövrü ərzində Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ərazi bütövlüyümüzün təminatçısı kimi Azərbaycan dövlətinin və xalqının pozulmuş konstitusion hüquqlarını tam bərpa edərək bizə bütöv Azərbaycan bəxş edib. 

Necə ki bunu, hələ 2003-cü il oktyabrın 31-də andiçmə mərasimindəki nitqində Xilaskar Lider İlham Əliyev qətiyyətlə söyləmişdi: "Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir". 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib  

22:01
14 Mart

Azərbaycan güləşçisi Avropa ikincisi olub

21:49
14 Mart

Misli Premyer Liqası: “Sabah”dan darmadağın, “Qarabağ”dan inamlı qələbə

21:19
14 Mart

Mədəniyyət naziri Hacıqabul rayonunda vətəndaşların müraciətini dinləyib  

20:47
14 Mart

BMT Baş katibi İsrail və Hizbullahı müharibəni dayandırmağa çağırıb  

20:18
14 Mart

BƏƏ-nin İraqdakı Baş Konsulluğu bir həftə ərzində ikinci dəfə vurulub  

19:39
14 Mart

Tramp: Tezliklə Hörmüz boğazını açıq, təhlükəsiz və azad edəcəyik

19:01
14 Mart

Bugünkü iməcilikdə Bakının 537 küçəsi yuyulub

18:52
14 Mart

“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb 

18:50
14 Mart

Vircil Popesku: Rumıniya Azərbaycan kimi etibarlı tərəfdaşla əməkdaşlığı gücləndirməlidir  

18:25
14 Mart

Peşəkar Çövkən Liqasında yeni mövsümə başlanılıb

18:24
14 Mart

WUF13-ün tematik prioritetləri, regional əhəmiyyəti və iştirak imkanları barədə məlumat təqdim olunub  

18:21
14 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

18:11
14 Mart

Azərbaycan Su İdmanı Növləri Federasiyasına yeni sədr seçilib

16:39
14 Mart

“YouTube”un bu funksiyası geri qayıdıb

16:20
14 Mart

Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək  

16:18
14 Mart

Mərkəzi Komandanlıq: ABŞ İranın Xark adasında 90-dan çox hərbi hədəfə uğurla zərbə endirib  

16:03
14 Mart

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana təxliyə olunub

15:41
14 Mart

Komandanlıq: Bəhreyn indiyədək İrana məxsus 124 raketi və 203 PUA-nı zərərsizləşdirib  

15:31
14 Mart

Pakistanın İrandakı səfirliyinin əməkdaşı Astara sərhədindən təxliyə olunub VİDEO  

15:12
14 Mart

Azərbaycan sülhə, təhlükəsizliyə və əməkdaşlığa mühüm töhfələr verir

15:04
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!