Fevralın 17-si Psixologiya Elmi-Tədqiqat İnstitutu üçün əlamətdar olub. Belə ki, institutun Əlavə təhsil və innovasiyalar şöbəsində psixologiya ixtisası üzrə yenidənhazırlanma təhsili almış tələbələrə Elm və Təhsil Nazirliyi tərəfindən rəsmi təsdiq olunmuş diplomların təqdimatı ilə bağlı tədbir keçirilib.
Təqdimatda Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasının müdiri, p.ü.e.d., prof. Ramiz Əliyev, institutun Ümumi və eksperimental psixologiya şöbəsinin müdiri, p.ü.f.d., dos. Məhərrəm Əliyev, Əlavə təhsil və innovasiyalar şöbəsinin müdiri, psixoloq Ülviyyə Nəhmətova və Ümumi şöbənin müdiri Aynur Kərimova, həmçinin institutun digər mütəxəsissləri, məzun olan tələbələr iştirak ediblər.
Tədbiri açan sədr Elnur Rüstəmov bu günün əlamətdar tarix olduğunu vurğulayaraq bu münasibətlə institutun əməkdaşlarını və tələbələri təbrik edib. Göstərdikləri etimada görə Elm və Təhsil Nazirliyinə, mütəxəssislərə və tələbələrə öz təşəkkürünü bildirib.
Sədr əlavə təhsil (yenidənhazırlanma) proqramı üzrə təhsil almış tələbələrdən institutun elmi-tədqiqat işlərində məlumatların toplanılması və təhlil edilməsi prosesində, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzində və digər mərkəzlərdə psixoloq kimi fəaliyyət göstərənlərin olduğunu da diqqətə çatdırıb.
E.Rüstəmov institutun elmi-tədqiqat işlərindən, müəssisənin təşkil etdiyi və əlavə təhsilə aid olan ixtisasartırma kurslarından və simpoziumlarından bəhs edib.
Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasının müdiri, p.ü.e.d., prof. Ramiz Əliyev sədr Elnur Rüstəmovu, mütəxəssisləri və İnstitutun ilk tələbələrini təbrik edib. Prof. Ramiz Əliyev İnstitutun gördüyü işləri, apardığı tədqiqatları müsbət dəyərləndirib. Bu sahədə Psixologiya Elmi-Tədqiqat İnstitutunun aparıcı müəssisə olduğunu vurğulayaraq uğurlar arzulayıb.
Professor R. Əliyev bu tarixi anın yaşanmasında onun da əməyi olduğu üçün çox şad olduğunu bildirib.
Yenidənhazırlanma təhsilinin təşkilində yaxından iştirak etmiş
Ümumi və eksperimental psixologiya şöbəsinin müdiri, p.ü.f.d., dos. Məhərrəm Əliyev isə çıxışında tədrisin keyfiyyətlə keçirildiyini bildirib, qeyd edib ki, tələbələr tədris prosesində aktivlikləri ilə xüsusi seçilirdilər.
Əlavə təhsil və innovasiyalar şöbəsinin müdiri, psixoloq Ülviyyə Nəhmətova iş bu işin həyata keçirilməsinin ona tapşırılmasına görə rəhbərliyə minnətdarlığını bildirib, söyləyib ki, yenidənhazırlanma təhsili almış tələbələr tədris prosesində həm şəxsi inkişaf, həm də peşəkar təcrübə üçün fürsət qazandılar. Buradan öyrəndikləri bilik və təcrübəni öz fəaliyyətlərində tətbiq edərək uğur əldə etmələri çox sevindiricidir. Şöbə müdiri həmçinin tələbələri diplom almaları münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sədr təqdimatda iştiraklarına görə başda prof. Ramiz Əliyev olmaqla bütün mütəxəssislərə təşəkkürünü bildirib.
Sonra əlavə təhsil (yenidənhazırlanma) proqramında təhsil almış tələbələr başda sədr Elnur Rüstəmov olmaqla bütün müəllimlərinə öz təşəkkürlərini ifadə ediblər.
Tədbirin yekununda tələbələrə diplomlar təqdim olunub və xatirə şəkli çəkdirilib.
Fransada iki kəşfiyyat təyyarəsi toqquşub
Rustem Umerov: Ukrayna və ABŞ nümayəndələri Qara dənizin, enerji infrastrukturunun təhlükəsizliyini müzakirə ediblər
Ağ ev: Ukrayna və Rusiya Qara dənizdə təhlükəsiz hərəkəti təmin etmək barədə razılığa gəliblər
Medianın İnkişafı Agentliyi Rusiyanın media nümayəndələrinin həlak olması ilə əlaqədar başsağlığı verib
Azərbaycan XİN: Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi heç bir nəticə verməyəcək
Azərbaycan UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda təmsil olunur
“TEKNOFEST ŞKTC 2025”də iştirak etmək üçün müraciət edənlərin sayı 47 minə çatıb
Narkokuryerdən 13 kiloqram marixuana və həşiş aşkarlanaraq götürülüb
Türkiyə dərsliklərindəki Türk dünyası xəritəsi yenilənir
Fransada bank işçiləri etiraz edirlər
Kaxa Kaladze: USAID və NED Gürcüstanı alt-üst etmək istəyirdilər
Qriqori Karasin: Ər-Riyadda Rusiya ilə ABŞ arasındakı dialoq çətin, lakin faydalı oldu
Fransada şəhər şurası Baş naziri istefaya çağırıb
Aleksandr Lukaşenko Belarus Prezidenti vəzifəsinin icrasına başlayıb
Azərbaycandakı dini konfessiya rəhbərləri Böyük Britaniyanın Baş nazirinə müraciət ünvanlayıblar
Bu gün Belarus Prezidentinin andiçmə mərasimi keçiriləcək
Sabah paytaxtda 15, bəzi bölgələrdə isə 18 dərəcə isti olacaq
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi Moskvada təntənəli iftar mərasimi təşkil edib
Aleksandr Lukaşenko: Belarusla Azərbaycan arasındakı xoşniyyətli münasibətlər ikitərəfli əlaqələrin bundan sonra da genişlənməsinə kömək edəcək
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan
Dünya bazarında Azərbaycan nefti bahalaşıb
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!