14 Fevral 2025 08:55
1239
SİYASƏT
A- A+
Məqsədyönlü siyasətin uğurları və yeni strateji hədəflər

Məqsədyönlü siyasətin uğurları və yeni strateji hədəflər


Xalqa arxalanan, vətəndaşlarının dəstəyindən güc alan Lider böyük qüdrət sahibidir. Məhz xalqının maraqlarını daim ifadə edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün məsələlərlə bağlı konkret mövqeyi var. Bu mövqe ilk növbədə Azərbaycan dövlətinin milli maraqlarıdır. Ölkəmizdə, regionda, ümumən dünyada sülh və inkişafın təmin olunması üçün formalaşan, şərait yarandıqca yubanmadan həyata keçirilən strateji baxışlar sistemidir. Qarşıya qoyulmuş böyük hədəflərdir.

Prezident İlham Əliyev tərəfindən görülən işlərin, əməli addımların müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi bugünkü milli inkişafın fundamental əsaslarını təşkil edir. Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin qorunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc müstəvisində sürətli şəkildə irəliləməsi müasir Azərbaycanın gerçəklikləridir.

Ötən il fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə keçirilmiş andiçmə mərasimi dövlətçilik tariximizə ölkə qanunvericiliyindən irəli gələn seçkisonrası rəsmi prosedurdan daha çox Azərbaycanın yeni strateji dövrünün başlanğıcı kimi yazıldı. Ölkə rəhbərinin andiçmə mərasimindəki nitqi də Azərbaycanın gələcək inkişaf istiqamətlərini əhatə edən geniş və əhatəli bir konsepsiya kimi bu dövrün əsas hədəf istiqamətlərini təyin etdi. Bu nitq gələcək onilliklərdə respublikamızın inkişaf yolunu müəyyənləşdirən proqram xarakterli mühüm  yol xəritəsidir. 


Yeni dövrün əsas prioriteti: güclü ordu quruculuğu

  

Azərbaycan Prezidentinin bu tarixi nitqi 2020-ci ildə 44 günlük Vətən müharibəsindəki qələbəmizlə, ardınca 2023-cü ildə qısamüddətli antiterror əməliyyatı nəticəsində Qarabağda separatizm yuvasının dağıdılması ilə ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunmasından, müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində seçkinin keçirilməsindən sonraya təsadüf edirdi. Əsrlərin problemini yoluna qoymuş, müstəqillik tariximizin ən mühüm vəzifələrini uğurla yerinə yetirmiş xalqımızın yeni strateji dövrdə də uğur qazanması, milli vəhdətimizin gücü ilə böyük nəticələrə nail olması üçün dövlət başçısı andiçmə mərasimindəki çıxışında gələcək istiqamətləri, hədəfləri, yerinə yetirməli olduğumuz vəzifələri aydın göstərdi. 

Bu dövrün əsas vəzifələrindən biri ordu quruculuğunun müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilməsi, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. Tarixi Zəfərimizdən sonra da bu istiqamətdə ardıcıl addımlar atılır. Azərbaycan Ordusu hər keçən gün əvvəlkindən daha güclü, qüdrətli olur. Silahlı Qüvvələrimizin inkişafı ilə bağlı müvafiq işlər görülür, ən müasir silah-sursatlar, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Ölkəmizin müdafiə potensialı getdikcə yüksəlir. Ali Baş Komandan İlham Əliyev andiçmə mərasimindəki çıxışı zamanı bu xüsusda dedi: "Biz elə ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz". Bu, kimlərəsə qarşı təhdid deyil, Azərbaycana qarşı xam xəyallara düşmək istəyənlərə yerlərinin, hədlərinin göstərilməsidir. Ölkəmiz Ermənistan və onun havadarlarından fərqli olaraq, hər zaman beynəlxalq hüquq normalarına uyğun davranır. Onun hər hansı bir ölkənin suveren ərazilərində gözü yoxdur, bununla yanaşı,  dövlətimiz suverenliyimizi təhdid edən istənilən təxribatın da qarşısını almaq iqtidarındadır.

Ordu quruculuğu ilə yanaşı, Azərbaycan güclü hərbi sənaye kompleksinin yaradılması istiqamətində işləri də uğurla davam etdirir. Siyasi, iqtisadi sahədə tam müstəqil olduğu kimi, bu sahədə də xarici asılılığı getdikcə minimallaşdırır. Yerləşdiyimiz coğrafiyanın xarakterik xüsusiyyətləri, ərazilərimizə hərbi təcavüz edib uzun illər işğal altında saxlamış Ermənistan kimi qonşumuzun olması, həmçinin artıq demək olar ki, üçüncü dünya müharibəsinin astanasına gəlib çatmış müasir dünyamızın reallıqları Azərbaycandan yeni strateji dövrdə də güclü olmağı tələb edir və ölkəmiz bu çağırışa uyğun olaraq hərtərəfli tədbirlərlə öz hərbi potensialını yüksəldir. Eyni zamanda dövlət sərhədlərinin etibarlı şəkildə qorunmasını təmin edir. Güclü, etibarlı mühafizə ölkə daxilindəki riskləri aradan qaldırmağa müvəffəq olmuş Azərbaycanı xarici risklərdən qoruyur. Dövlətimizin hüdudlarından kənarda formalaşan risklərin sərhədlərimizi aşaraq Azərbaycana daxil olmasının qarşısı alınır.  

Prezident İlham Əliyev bu məqamlara andiçmə mərasimindəki çıxışında xüsusi yer ayıraraq qeyd edilənləri yeni strateji dövrün də əsas prioritetləri kimi müəyyənləşdirdi. 


Azərbaycan gəncliyinin lideri


Məlumdur ki, bir çox risk ideoloji xarakterlidir və qloballaşma dövründə onlar heç bir sərhəd tanımır. Bu risklərin əsas təsir dairəsi dünyagörüşü, həyata və dünyaya baxışı yenicə formalaşan gənc nəsildir. Azərbaycan Prezidenti cəmiyyətimizin, o cümlədən gələcəyimiz olan gənclərin ideoloji risklərdən də qorunmasını, onların vətənpərvərlik, milli-mənəvi dəyərlər, ənənələr ruhunda tərbiyə olunmasını zəruri sayır. "Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir", - deyir dövlət başçısı.

Bu nəslin ənənələrimizə, milli-mənəvi dəyərlərimizə sadiqliyində, düşüncələrinin, təfəkkürlərinin saflığında ailə tərbiyəsi də həlledici rol oynayır. Sağlam köklərə malik Azərbaycan ailəsinin möhkəmliyi qorunmalı, milli dəyərlər üzərində qurulmuş belə ailələrdə verilən tərbiyə uşaqlara, gənclərə düzgün yol göstərməlidir. Digər tərəfdən, təhsil ocaqlarımızda torpağa, yurda bağlı vətənpərvər gənclərimizin yetişdirilməsinə ciddi diqqət yetirilməlidir. Tariximiz, milli ləyaqətimiz, əsrlər boyu üzləşdiyimiz sınaqlar, keçdiyimiz yol yeni nəslin təmsilçilərinə düzgün öyrədilməli, şəxsiyyətlərimiz onlara tanıdılmalıdır. Bu təbəqədə milli varlığımzın əsasını təşkil edən dəyərlərimizə sevgi, hörmət aşılanmalıdır. Yad dəyərlərin, ziyanlı təsirlərin cəmiyyətimizdə ayaq açmasına yol verilməməli, belə hallar həyatımızdan silinməlidir. 

Müasr dövrümüzdə Prezident İlham Əliyev həm də gəncliyin lideridir. Bu amil xüsusi vurğulanmalıdır.  Daim təkmilləşdirilən gənclər siyasəti yeni nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardandır. Prezident İlham Əliyevin bu təbəqənin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadrlar kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisidir. Bu dəstək və diqqət sayəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi daha da artıb.

Prezident İlham Əliyev Azərbaycan gəncliyinə inanır, yüksək vəzifələrdə onlara etimad göstərir, öz potensiallarını reallaşdırmaq üçün münbit şərait yaradır və ölkəmizin inkişafına mühüm töhfələr verir. Bu gənclər Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə formalaşmış vətənpərvər, müasir düşüncəli, Vətəninin istiqlalının dəyərini bilən və bu dəyər uğrunda hər cür fədakarlığa hazır olan yeni nəslin təmsilçiləridir. 

Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində bu nəslin gücü ilə torpaqlarımızı düşməndən təmizlədi. Azərbaycanın ərazi bütövlüyünü təmin etdi.  İtirilmiş torpaqlarımızı işğalçılardan geri almağa nail oldu, ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdi. Dünya güclərinin öz məkrli oyunlarını oynamaqdan ötrü 2 əsrdir regionda başımızın bəlasına çevirdikləri erməni layihəsini iflasa uğratdı. 

 Azərbaycan Prezidenti andiçmə mərasimindəki çıxışında bu məsələlərə xüsusi diqqət yetirdi. 


Milli həmrəyliyin gücü


Azərbaycan Prezidenti ölkəmizdə milli vəhdəti daha da gücləndirib. Cəmiyyətimizə yeni siyasi mədəniyyət gətirib. Siyasi baxışlar arasındakı ziddiyyətlərin  faydalı dialoq, sağlam diskussiya məcrasına yönəlməsi üçün münbit şərait formalaşdırıb. Qaragüruh düşüncəni aradan qaldırıb. Vətəndaşlıq məsuliyyətini daha da gücləndirib. Milli həmrəyliyin inkişafına xidmət edən demokratik təcrübə yaradıb. Son illərdə ölkəmizdəki siyasi partiyalar tərəfindən imzalanmış birgə bəyanatlar, müraciətlər uğurlu siyasi dialoqun, xalq-dövlət birliyinin təzahürüdür. Siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması həmrəylik mühitinin inkişafı ilə yanaşı, dayanıqlı demokratik ənənələrin formalaşmasına xidmət edən mütərəqqi təcrübədir. Belə bir həmrəylik ölkəmizdə mövcud siyasi potensialın yalnız dövlətin inkişafına və milli maraqlara xidmət etdiyini göstərir. Cəmiyyətimizdə sağlam əməkdaşlıq mühitini, siyasi dialoqu təşviq edən Azərbaycan Prezidenti  qeyd edir ki,  ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz: "Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir".

Tarixi zəfərimiz Azərbaycan xalqının milli ideyalar işığında necə yumruq kimi birləşdiyini, milli vəhdətimizin sarsılmazlığını göstərdi. Uzun illər ərzində bütün vətəndaşlarımızı bir araya gətirən ümummilli məsələ torpaqlarımızın işğaldan azad edilməsi, dövlət suverenliyimizin bərpası idi. Prezident İlham Əliyev illər ərzində böyük səbirlə, təmkinlə iştirak etdiyi sülh danışıqlarının artıq heç bir mənasının olmadığına, ərazi bütövlüyümüzün bərpasından ötrü hərbdən başqa bir yolun qalmadığına tam əminlikdən sonra ordumuzun gücü ilə problemi həll etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalqımız yumruq kimi birləşərək torpaqlarımızın azadlığına, ərazi bütövlüyümüzə, dövlət suverenliyimizə nail oldu. "Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz, doğrudan da, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik", - dövlət başçısı İlham Əliyev andiçmə mərasimindəki çıxışında vurğuladı.

Milli birliyimiz daim qorunaraq əbədi xarakter daşımalıdır. Bunu bir tərəfdən yeni strateji dövrdə Azərbaycanın qarşıya qoyduğu mühüm ümummilli hədəflər, digər tərəfdən isə müasir dünyada ölkəmizin nüfuzunun, təsir gücünün getdikcə artması, oynadığı vacib rol tələb edir.  Xalqımız hər zaman böyük hədəflərə doğru birlikdə irəliləməli, inkişaf yolumuza maneə yaratmaq üçün həyata keçirilən təxribatları, təzyiq və təhdidləri, o cümlədən ideoloji fitnələri milli vəhdətinin gücü ilə dəf etməlidir. 

Bu vəhdətin sarsılmaz sütunları dilindən, dinindən, milli, siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətədaşlarına Konstitusiya ilə verilmiş təməl hüquqlar, Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası, xalqımızın əsrlərdən bəri mövcud olan tolerantlıq, multikulturalizm ənənələri, fərqli mədəniyyətlərə hörmət ruhudur. Azərbaycan dövləti bu mühiti qoruyur, möhkəmləndirir, birliyimizi pozmağa çalışan istənilən cəhdin qarşısını alır. Bu, gələcəkdə də belə olacaqdır.


Rifah dövləti


Azərbaycan Prezidentinin fəaliyyəti müasir şəraitdə rasional idarəçiliyə mükəmməl bir örnəkdir. Dövlət başçısı Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli gətirib. Məntiqli mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən, siyasi realizmə söykənən fəaliyyət nümunəsi formalaşdırıb. Öz fəaliyyəti və davranışları ilə siyasi sistemimizə, həm də milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim edib. Dövlət başçısının humanizm ideyalarına və milli dəyərlərə söykənən siyasəti müasir Azərbaycan dövlətini gücləndirir,  onların ən yüksək səviyyədə qorunmasına xidmət edir. 

Yeni strateji dövrün ən mühüm vəzifələrindən biri də Qarabağın, Şərqi Zəngəzurun bərpasıdır. Azərbaycan dövləti heç bir ölkənin, xarici qurumun dəstəyinə ümid olmadan, öz vəsaiti hesabına böyük bir ərazidə tikinti-quruculuq işlərini uğurla həyata keçirir. Bütün sosial infrastruktur yenidən inşa edilir. Keçmiş məcburi köçkünlər üçün ən müasir şəhərsalma qaydalarına uyğun olan yaşayış yerləri qurulur, tarixi şəhərlərimizin siması bərpa edilir. Ermənilərin uzun illər ərzində vandalcasına tar-mar etdikləri yaşayış məskənlərimiz yenidən həyata qaytarılır. Böyük qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarımıza qayıdışı mərhələli şəkildə həyata keçirilir. 

Bütün bunları ardıcıl və dayanıqlı şəkildə davam etdirmək üçün Azərbaycan yeni strateji dövrdə də iqtisadiyyatını gücləndirir. İqtisadi nailiyyətlərə paralel olaraq, əhalinin sosial müdafiəsi tədbirləri uğurla davam etdirilir. Azərbaycan rifah dövləti missiyasını yerinə yetirir. Şəhid ailələri, müharibə əlilləri daim dövlətin diqqətindədirlər. Dövlət başçısı hər il onminlərlə yeni iş yerinin yaradılmasını qarşıya əsas vəzifə kimi qoyur və burada xarici sərmayədən də istifadə edilməsini zəruri sayır. 

Azərbaycan Prezidentinin andiçmə mərasimində elan etdiyi yeni strateji dövrün ən mühüm istiqamətlərindən biri də texnoloji inkişaf məsələləridir. Sirr deyil ki, bu gün istər sənayenin inkişafında, istərsə də hərbi sahədə texnoloji inkişaf həlledici əhəmiyyət daşıyır. Dünya süni intellekt reallığı ilə qarşı-qarşıyadır. Azərbaycanın müasir dünyanın yeni inkişaf trendlərindən geri qalmaması üçün texnoloji inkişafın, o cümlədən rəqəmsallaşmanın, kibertəhlükəsizliyin, süni intellektin Azərbaycanda da gündəlik həyatın mühüm tərkib hissəsinə çevrilməsi son dərəcə vacibdir. Bu inkişaf mərhələsində müasir dövrün tələblərinə uyğun rəqəmsal transformasiya və innovativ layihələrin həyata keçirilməsi ölkəmizin rəqabət qabiliyyətini artıracaq.

Bu gün Azərbaycan müstəqil, balanslaşdırılmış xarici siyasət kursunu uğurla davam etdirir. Ölkəmizin reallaşdırdığı xarici siyasətin əsas prinsipləri ikitərəfli formatda əməkdaşlığa, bərabərhüquqlu münasibətlərə, bir-birinə hörmət ruhuna, bir-birinin daxili işlərinə qətiyyən qarışmamaq şərtinə əsaslanır. "Bu, bizim prinsiplərimizdir və bu prinsipləri biz diktə etmişik, bunları qəbul etdirə bilmişik", - deyə Azərbaycan Prezidenti bildirir.

Beynəlxalq aləmdə ölkəmizin mövqeləri gündən-günə möhkəmlənir, strateji tərəfdaşlıqlarımız çoxalır, Azərbaycan nəqliyyat-logistika imkanlarından maksimum faydalanaraq beynəlxalq ticarət yollarında önəmli iştirakçıya çevrilir. Azərbaycan enerji diversifikasiyasını da uğurla həyata keçirir, bərpaolunan enerji ilə bağlı bütün dünyada genişlənən inkişaf proseslərinin ön sıralarında irəliləyir. Eyni zamanda ənənəvi yanacaq növləri - neft-qaz sahəsində işlər davam etdirilir. Azərbaycan etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təminatçısı missiyasını yerinə yetirir, yaxın gələcəkdə ixrac coğrafiyasının daha da artırılmasına doğru addımlar atır.

Vətən müharibəsi tarixi dəyişdi, həyatımızda yeni başlanğıcların əsasını qoydu, eyni zamanda düşüncələrdə də böyük dəyişikliklərə yol açdı. Bu gün tarix səhnəsində ötən əsrlərin ən böyük Zəfərini qazanmış, dövlətimizin, ordumuzun, milli vəhdətimizin verdiyi ruhla sarsılmaz əzmə sahib Azərbaycan xalqı, onun qətiyyətli Lideri və güclü Azərbaycan dövləti var. 

Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin liderliyi ilə tarixinin ən qüdrətli mərhələsinə gəlib çatmış Azərbaycan yeni strateji dövrdə də aydın, məqsədyönlü, real milli hədəflərə malikdir və bu hədəflərə doğru əzmlə irəliləməkdədir. Bu yolun hər addımı vətəndaş olaraq bizlərdən də yüksək məsuliyyət, dövlətçilik dəyərlərimizə bağlılıq, həyata keçirilən siyasətə layiqli töhfələr tələb edir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xalq artisti Ənvər Həsənov vəfat edib

22:31
16 Mart

Ölkə ərazisində havanın temperaturu 31 dərəcəyə yüksələcək

22:01
16 Mart

Nazirlik: Ermənistan silahlı qüvvələri növbəti dəfə mövqelərimizi atəşə tutub  

21:43
16 Mart

Misli Premyer Liqasında XXVII tura yekun vurulub

21:09
16 Mart

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub 

20:53
16 Mart

Ərdoğan ilə Tramp Suriya, Ukrayna və terrorizmlə mübarizə məsələlərini müzakirə ediblər

20:47
16 Mart

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federal Məclisi Federasiya Şurasının sədri ilə görüşüb

20:38
16 Mart

Novruz- Milli, tarixi və mədəni ənənəmiz 

19:06
16 Mart

İstanbulda fəaliyyətə başlayan “Bütün Azərbaycanlı Həkimlər Dərnəyi”nin ilk toplantısı keçirilib  

18:59
16 Mart

Şimali Makedoniyadakı faciədə ölənlərin sayı 59-a çatıb

18:49
16 Mart

DGK: Külli miqdarda narkotik vasitə aşkarlanıb

18:34
16 Mart

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib  

18:10
16 Mart

Şimali Makedoniya DİN: Yanğında 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb

16:20
16 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

15:21
16 Mart

Şimali Makedoniyada gecə klubunda baş verən yanğında azı 50 nəfər ölüb

14:16
16 Mart

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 

13:41
16 Mart

Zelenski: Ukrayna müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımır

12:29
16 Mart

Azərbaycan boksçuları Macarıstanda 1 qızıl, 2 gümüş medal qazanıblar

12:14
16 Mart

“Diplomatic World Sweden” saytı “Yaşıl enerji dəhlizi” layihəsi haqqında yazıb  

12:08
16 Mart

ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb  

11:07
16 Mart

Media: ABŞ Sənadakı husilərin siyasi şurasının qərargahını hədəfə alıb

10:15
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!