11 Fevral 2025 09:35
2692
Oxucu məktubları
A- A+
Binamızın dam örtüyü yeniləndi

Binamızın dam örtüyü yeniləndi


Şəmkirdə sosial infrastrukturun yenilənməsi ilə bağlı görülən işlər  rayonumuzun kənd və qəsəbələrini də əhatə edir. Rayonun ən böyük yaşayış ərazilərindən olan Kür qəsəbəsində də bu istiqamətdə tədbirlər həyata keçirilir. 

Hazırda tərtib olunmuş təmir-tikinti planına uyğun qəsəbədə bir sıra işlərə start verilmişdir. Öncə uzun illərdən bəri təmir olunmayan və nəticədə qəzalı vəziyyətə düşən çoxmərtəbəli binalardan başlanılmışdır. Yeri gəlmişkən, qeyd edim ki, həmin binalarda yaşayan sakinlərin təmirlə əlaqədar dəfələrlə etdikləri müraciətlər nəticəsiz qalmışdı. İndi isə onların üzü gülür və bu, səbəbsiz deyil. S.Vurğun küçəsi, 3A və Şəhriyar küçəsi, 5 ünvanlarında yerləşən, hər biri 9 mərtəbəli və 18 mənzilli olan yaşayış binalarının dam örtükləri yenilənib. Təmir zamanı binaların damlarında taxta konstruksiyalar və yağış sularının axıdılması üçün metal borular quraşdırılmış, dam örtüklərinə yanğından mühafizə üçün odadavamlı məhlul çəkilmişdir.

Hörmətli redaksiya! Xahiş edirəm ki, müraciətimizə müsbət yanaşan aidiyyəti orqanlara minnətdarlığımızı çatdırasınız.


İkram İBRAHİMOV,

Qulu SADIQOV,

Şəmkir rayonunun Kür qəsəbəsinin sakinləri

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!