14 Fevral 2025 09:00
1198
SİYASƏT
A- A+
İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış Konsepsiyası da uğurla həyata keçiriləcək

İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış Konsepsiyası da uğurla həyata keçiriləcək


Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin növbəti dəfə Azərbaycan Prezidenti seçilməsindən ötən bir il ərzində ölkəmizdə bütün sahələrdə olduğu kimi, yaradıcısı olduğu Qərbi Azərbaycan İcmasının fəaliyyətində, müəllifi olduğu Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsində uğurlu nəticələr müşahidə olunmaqdadır.

Prezident İlham Əliyevin hələ 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə icmanın qarşısında duran vəzifələrdən danışarkən "Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi hamımız üçün - həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün çox önəmlidir" deməsi reallıqda öz təsdiqini tapmışdır. İlk növbədə görünən odur ki, artıq Qərbi Azərbaycan İcması dünya siyasətində fəal rol oynayır. İcmanın beynəlxalq insan hüquqlarını müdafiə qanunlarının tələblərindən irəli gələn bəyanat və müraciətləri dəfələrlə Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyanın rəsmi sənədləri kimi yayılıb. Məmnunluq doğuran odur ki, bu istiqamətdə icmanın təşəbbüsü ilə indiyədək BMT-nin rəsmi sənədi kimi 10-a yaxın bəyanatı və müraciəti bəyənilib. Bütün bunlarla yanaşı, digər dövlətlərin və tərəqqipərvər beynəlxalq təşkilatların başçıları, habelə tanınmış insan hüquqları müdafiəçiləri ən yüksək kürsülərdən qərbi azərbaycanlıların haqlı tələblərini dəstəkləyirlər. Təbii ki, icmanın bəyanat və müraciətlərinin dünya dövlətlərində yayılması indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi üçün böyük uğurdur. 

Qərbi Azərbaycan İcması 1988-1991-ci illərdə indiki Ermənistandan qovulmuş 50 mindən çox ailənin yarıdan çoxuna dəymiş ziyanı hesablamış, hazırda bu işlər dəqiqliyi ilə davam etdirilir. Yerlərdə ictimaiyyət nümayəndələri ilə keçirilən görüşlərdə Ermənistandan zorla qovulan hər bir ailə üzvü və sənədləri ilə maraqlanır, Qayıdış Konsepsiyasının qayda və tövsiyələri ilə onları tanış edirlər. Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən zorla çıxarılan  qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılır. Artıq 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanması üzərində ciddi iş aparır. Xatırladaq ki, sovet dönəmində erməni daşnakları məqsədli şəkildə mədəniyyətimizin, zəngin irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin guya ermənilərə mənsub olduğunu iddia etməyə çalışıblar. Eyni zamanda ermənilər tərəfindən azərbaycanlıların mənfi obrazının formalaşdırılması cəhdləri də unudulmayıb. 

Xalqımıza qarşı soyqırımı etnik nifrət aşılayan irqçi ideologiya zəminində sistemli şəkildə həyata keçirilib və bu, tarixi Azərbaycan torpaqlarının demək olar ki, bütün hissələrində törədilib. 1905-ci ildən intensivləşməyə və açıq forma almağa başlamış bu soyqırımı siyasəti Azərbaycanın qərb hissəsində xüsusilə amansızlıqla həyata keçirilib. Ermənistan ordusu 1918-1920-ci illərdə İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz, Sürməli, Şərur və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədib və etnik təmizləmə aparıb.

Yüzminlərlə azərbaycanlının öldürüldüyü soyqırımı aktları nəticəsində İrəvan quberniyasında vaxtilə əhalinin 80 faizindən çoxunu təşkil etmiş azərbaycanlılar artıq 1921-ci ildə həmin ərazidə etnik azlıq təşkil etməyə başlamışdır. 1948-1952-ci və 1987-1991-ci illərdə aparılmış etnik təmizləmə nəticəsində isə azərbaycanlılar tamamilə oradan qovulublar. Hazırda Ermənistan adlanan ərazidə bir nəfər də olsun azərbaycanlı qalmayıb və onlara məxsus mədəni irs tamamilə dağıdılıb.

İcmanın inkarolunmaz faktları özündə ehtiva edən müraciətlərinin BMT-nin rəsmi sənədi kimi yayılması ilə 190-dan çox ölkə bu məsələ barədə məlumatlandırılıb. İlham Əliyevin ideyalarına dəstək kimi respublikamızın rayon mərkəzlərində və kəndlərində icmanın özəkləri yaradılıb. Ötən ilin oktyabrında "Özbəkistanda yaşayan Qərbi Azərbaycanlılar" İctimai Birliyi fəaliyyətə başlayıb. Birliyə əslən Qərbi Azərbaycanın Basarkeçər rayonunun Bala Məzrə kəndindən olan İlham Abdullayev rəhbərlik edir. Özbəkistanda yaşayan, əslən Qərbi Azərbaycandan olan Vidadi Qurbanov, İlham Abdullayev, Qalib Müslümov və digərləri Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı yürütmüş olduğu siyasəti tam dəstəkləyirlər, onların dünyanın harasında yaşamasından asılı olmayaraq, öz ata-baba torpaqlarına qayıtmaq amalı ətrafında sıx birləşmələrinin vacibliyini yüksək dəyərləndirirlər. Qonşu və qardaş ölkə olan Türkiyədə bu gün çoxlu sayda qərbi azərbaycanlı yaşayır. Qərbi Azərbaycan İcmasının ideya xəttini və fəaliyyətini dəstəkləyən Türkiyənin İzmir şəhərində Qərbi Azərbaycan İcmasının (QAİ) Türkiyə ofisinin açılışı olub. 

Milli Məclisdə Qərbi Azərbaycana qayıdış məsələləri üzrə qurumun yaradılması təklifi də gerçəkləşib. Parlamentdə belə bir qurumun yaradılması ilk növbədə sözügedən məsələ ilə bağlı ölkədəki konsensusu nümayiş etdirməyə, həmçinin Qərbi Azərbaycan məsələsinin qanunvericilik aspektləri ilə yanaşı, parlament diplomatiyası xətti ilə də səmərəli şəkildə davam etdirilməsinə imkan verir.

Spiker Sahibə Qafarovanın sərəncamına əsasən, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququnun gerçəkləşməsinə dəstək məqsədilə parlamentdə deputat Əziz Ələkbərovun rəhbərliyi ilə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb.

Ötən ildən Qərbi Azərbaycan İcmasının tərkibində Elm komissiyası da fəaliyyət göstərməyə başlayıb. Burada icmanın müxtəlif strukturlarında təmsil olunan Qərbi Azərbaycan üzrə bir qrup tədqiqatçı alim yer alıb. Onların işbirliyi nəticəsində Qərbi Azərbaycan həqiqətlərinin sistemli şəkildə tədqiqi, nəşri və təbliği məsələləri gündəmdədir.

İcmanın tərkibində Elm komissiyasının yaradılması, onun müxtəlif tədqiqat sahələri üzrə bölmələrinin təşkil edilməsi və komissiyanın işinə alimlərin cəlb edilməsi qərara alınıb. Komissiyanın işinə rəhbərlik Qərbi Azərbaycan İcması sədrinin müavini, deputat, professor Hikmət Babaoğluna tapşırılıb. Hətta geniş tərkibdə Toponim komissiyası da yaradılıb.

Bir il bundan öncə, 2024-cü il fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində demişdir: "İndi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir".

Azərbaycan Prezidentinin məmnunluq doğuran çıxışında Qərbi Azərbaycan İcmasının gördüyü işlər də bu "ab-hava"da qürurverici görünür. İcma rəhbərliyi bu sahadə uğurlarını daha da artırmaq üçün 2025-ci ildə qarşıya qoyulan hədəfləri açıqlayıb: çətin qlobal vəziyyətdə istədiyini ala bilmək uğurlu siyasi fəaliyyətin nəticəsidir. Vətən müharibəsindəki qələbəmizin davamı kimi hazırda hədəfimiz yalnız sülh müqaviləsinin imzalanması olsa da, Qərbi Azərbaycandan deportasiya edilən minlərlə vətəndaşımızın da taleyi diqqətdədir.

Qərbi Azərbaycan İcmasının (QAİ) gördüyü işlər sosial həyatda mühüm rol oynayır. Fəaliyyətində dövlət başçısının tapşırıq və tövsiyələrini əsas tutan Qərbi Azərbaycan İcması beynəlxalq arenada geniş iş aparır.

Ötən il icma tərəfindən 120 bəyanat, mətbuat üçün 25 məlumat dərc olunub. İki dəfə UNESCO-ya müraciət ünvanlanıb. Müraciətdə UNESCO-dan Ermənistan ərazisinə faktaraşdırıcı missiya göndərilməsi istənilib. UNESCO məsələni nəzərdə saxlayacağını bildirsə də, Ermənistan tərəfi hələ də buna icazə vermir.

İndiki Ermənistan ərazisində yaşamış azərbaycanlıların deportasiya tarixi 1820-1988-ci illər olmaqla böyük bir dövrü əhatə edir. Etnik təmizləməyə məruz qalan, yurd-yuvasını tərk etməyə məcbur edilən soydaşlarımızın əksəriyyəti hazırda Azərbaycanda yaşayır. Lakin dünyanın müxtəlif ölkələrinə köçənlər də az deyil.

İcmanın əsas məqsədi qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi və onların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə geri qaytarılmasıdır. Lakin bununla bağlı Ermənistan tərəfinə edilən müraciətə hələ də cavab verilməyib. Əksinə, erməni tərəfi diqqəti yayındırmaq, məsuliyyətdən qaçmaq üçün uydurma iddialar irəli sürür.

İstər ölkəmizdə rəsmi dairələrdə, ictimaiyyətlə görüşlərində, istərsə də xarici ölkələrdə mötəbər məclislərdə çıxışlarında icmanın beynəlxalq müstəvidə fəaliyyətinin vacibliyini vurğulayan Prezident İlham Əliyev deyib ki, biz Qarabağ həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdığımız kimi, bu həqiqətləri də çatdırmalıyıq: "Faktiki olaraq biz 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvürü tamamilə dəyişdirə bildik. İnformasiya müharibəsi və İkinci Qarabağ müharibəsi onu göstərdi ki, bu, az əhəmiyyət kəsb etmir. Ona görə burada da icmanın xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir. Xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmalıdır. Yəni biz haqlı olaraq öz hüququmuzu tələb etməliyik. Bu, bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqdur".

Azərbaycan Prezidentinin bu istiqamətdə tapşırıq və tövsiyələrini özlərinin proqram sənədi kimi qəbul edən icma rəhbərliyi və üzvləri əvvəlki illərdə olduğu kimi, son bir ildə də fəaliyyət dairələrini və əlaqələrini daha da genişləndirmişlər.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-da güclü fırtına səbəbindən ölənlərin sayı 35-ə çatıb

09:29
17 Mart

Xalq artisti Ənvər Həsənov vəfat edib

22:31
16 Mart

Ölkə ərazisində havanın temperaturu 31 dərəcəyə yüksələcək

22:01
16 Mart

Nazirlik: Ermənistan silahlı qüvvələri növbəti dəfə mövqelərimizi atəşə tutub  

21:43
16 Mart

Misli Premyer Liqasında XXVII tura yekun vurulub

21:09
16 Mart

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub 

20:53
16 Mart

Ərdoğan ilə Tramp Suriya, Ukrayna və terrorizmlə mübarizə məsələlərini müzakirə ediblər

20:47
16 Mart

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federal Məclisi Federasiya Şurasının sədri ilə görüşüb

20:38
16 Mart

Novruz- Milli, tarixi və mədəni ənənəmiz 

19:06
16 Mart

İstanbulda fəaliyyətə başlayan “Bütün Azərbaycanlı Həkimlər Dərnəyi”nin ilk toplantısı keçirilib  

18:59
16 Mart

Şimali Makedoniyadakı faciədə ölənlərin sayı 59-a çatıb

18:49
16 Mart

DGK: Külli miqdarda narkotik vasitə aşkarlanıb

18:34
16 Mart

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib  

18:10
16 Mart

Şimali Makedoniya DİN: Yanğında 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb

16:20
16 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

15:21
16 Mart

Şimali Makedoniyada gecə klubunda baş verən yanğında azı 50 nəfər ölüb

14:16
16 Mart

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 

13:41
16 Mart

Zelenski: Ukrayna müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımır

12:29
16 Mart

Azərbaycan boksçuları Macarıstanda 1 qızıl, 2 gümüş medal qazanıblar

12:14
16 Mart

“Diplomatic World Sweden” saytı “Yaşıl enerji dəhlizi” layihəsi haqqında yazıb  

12:08
16 Mart

ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb  

11:07
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!