Ötən gün Azərbaycanda 118 seçki dairəsi üzrə 5846 seçki məntəqəsində bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə həyata keçirildi.
"Azərbaycan" qəzetinin əməkdaşı olaraq 11 saylı Binəqədi-Qaradağ Seçki Dairəsinin bir neçə seçki məntəqəsində olaraq müşahidəçilərin bələdiyyə seçkiləri ilə bağlı ümumi təəssüratlarını öyrəndik.
11 saylı Binəqədi-Qaradağ Seçki Dairəsinin 32 saylı seçki məntəqəsində müşahidəçi olan Nuranə Səmədova söylədi ki, o, Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edir: "Artıq neçə illərdir ki, ölkəmizdə keçirilən seçkilərdə müşahidəçi kimi iştirak edirəm. Hazırkı bələdiyyə seçkilərində indiyəqədərki müşahidələrimə əsasən deyə bilərəm ki, seçki prosesi qanunvericiliyə uyğun gedir. Heç bir qanun pozuntusuna rast gəlinməyib. Seçici aktivliyi yaxşıdır. Seçicilər məntəqəyə gəlib rəvan şəkildə səs verirlər".
Könüllü müşahidəçi Ziyəddin Həmzəyev söylədi ki, məntəqədə müşahidə etdiyi seçici fəallığı qənaətbəxşdir.
30 yaşlı Nicat Cəlilli də könüllü müşahidəçi olduğunu bildirdi: "Ötən il fevralın 7-də keçirilən prezident seçkilərində, həmçinin sentyabrın 1-də Milli Məclisə keçirilən seçkilərdə də müşahidəçi kimi iştirak etmişəm. Həmin seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də heç bir qanun pozuntusuna rast gəlməmişəm".
N.Cəlilli vurğuladı ki, erkən saatlar olmasına baxmayaraq, məntəqəyə gələn seçicilərin sayı kifayət qədərdir: "Ümid edirəm ki, bu seçkinin nəticələri də xalqımızın ürəyindən olacaq".
Seçkilər demokratik keçirilir
11 saylı Binəqədi-Qaradağ Seçki Dairəsinin 30 saylı seçki məntəqəsində könüllü müşahidəçi olan Sona Qarayeva seçki prosesi ilə bağlı müşahidələrinin müsbət olduğunu dilə gətirdi: "Seçki şəffaf keçir və seçicilər sərbəst şəkildə gəlib öz istədikləri namizədə səs verirlər".
Aysel Bayramova da könüllü müşahidəçi olduğunu bildirdi və bələdiyyə seçkilərinin şəffaf şəkildə keçirildiyini söylədi: "Seçicilərin aktivliyi diqqət çəkir. İndiyə qədər hər hansı qanun pozuntusuna rast gəlməmişik. Seçicilərin fəallıq nümayiş etdirməsi, ümumilikdə seçki prosesinin şəffaf həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki bu, həm də seçkilərin demokratik keçirilməsindən xəbər verir".
11 saylı Binəqədi-Qaradağ Seçki Dairəsinin 32 saylı seçki məntəqəsində könüllü müşhidəçi olan Zahidə Məmmədli ilk dəfədir ki, müşahidəçi kimi seçkilərdə iştirak etdiyini deyir: "Bələdiyyə seçkiləri müşahidəçi kimi ilk təcrübə qazandığım seçki oldu. Təəssüratlarım çox yaxşıdır. Hər şey qanunauyğun formada həyata keçirilir".
Könüllü müşahidəçi olan 33 yaşlı Səfa Əhmədova da ilk dəfədir ki, seçkilərdə müşahidəçi kimi iştirak etdiyini, heç bir qayda pozuntusuna rast gəlmədiyini bildirdi.
Beynəlxalq standartlara uyğun seçkilər
11 saylı Binəqədi-Qaradağ Seçki Dairəsinin 26 saylı seçki məntəqəsinin YAP-dan olan müşahidəçisi Vəzir Qurbanov vurğuladı ki, bələdiyyə seçkiləri çox fəal keçir: "Səhər saat 8-dən, yəni seçkiyə start veriləndən indiyə qədər seçicilərin axını davam edir".
Könüllü müşahidəçi Sahib Şirinov söylədi ki, səsvermə seçki qanunvericiliyinə uyğun qaydada keçir: "Başlanğıc çox yaxşıdır. Əgər belə davam etsə, düşünürəm ki, seçicilərin bu məntəqədə böyük səs faizi ilə iştirakı qeydə alınacaq".
Könüllü müşahidəçi olan Fizzə Qurbanova da dedi ki, seçicilər tərəfindən fəallıq yüksək səviyyədədir. Proses normal qaydada davam edir.
"Seçki başlayandan indiyə qədər apardığım müşahidələrimə əsasən deyə bilərəm ki, bələdiyyə seçkilərində əhali aktiv iştirak edir", - deyə qeyd edən könüllü müşahidəçi Yeganə Əzməmmədovanın sözlərinə görə seçkilərin şəffaflığını pozacaq heç bir neqativ halla qarşılaşmayıb.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"
Diplomatik xidmət haqqında
"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Qazaxıstan Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumun obyektinə hücumla bağlı məsələyə aydınlıq gətirib
Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir
Bolqarıstan mətbuatında azərbaycanlıların doğma torpaqlarına qayıdışı geniş işıqlandırılıb
Rusiya-ABŞ danışıqları başa çatıb
İstanbulda TÜRKPA-nın Xarici Əlaqələr Komissiyalarının ortaq bəyanatı yayımlanıb
Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb
May ayında “Caspian Agro” və Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri keçiriləcək
Azərbaycanda iqtisadi şaxələndirməyə və yaşıl artıma dəstək məsələləri müzakirə olunub
Belarus Milli Assambleyası Respublika Şurasının sədri Heydər Əliyev Mərkəzində olub
Xəzər İsayev: Prezident İlham Əliyev ölkəmizdə Olimpiya hərəkatına rəhbərlik etdikdən sonra idmanda böyük uğurlar qazanılıb
Prezident İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub YENİLƏNİB
ABŞ Dövlət Departamenti Rusiya ilə görüşün nəticələri barədə açıqlama yayıb
Gürcüstan və Azərbaycan dəmir yolu ilə sərnişin daşınmasını müzakirə edib
Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib
Baş nazir Əli Əsədov İran Prezidenti Məsud Pezeşkianla görüşüb
AMB və Səudiyyə Mərkəzi Bankı əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edib
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
Prezident İlham Əliyev Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub YENİLƏNİB
Volodimir Zelenski: Ukrayna ərazi bütövlüyü ilə bağlı güzəştə getməyəcək
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB12 Fevral 2025
Yeni dövrün əsas hədəfləri12 Fevral 2025
Sabitliyin Azərbaycan nümunəsi11 Fevral 2025
"Biz gələcəyimizi dayanıqlı iqtisadiyyatda görürük"09 Fevral 2025
Müstəqilliyin uğur formulu: qətiyyətli lider və qüdrətli dövlət08 Fevral 2025
FƏRQLİ LİDER, SÖZÜNÜN SAHİBİ07 Fevral 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!