30 Yanvar 2025 09:15
281
İQTİSADİYYAT
A- A+
"Kaşaqan" neftinin də Avropaya yolu tezliklə BTC-dən keçəcək

"Kaşaqan" neftinin də Avropaya yolu tezliklə BTC-dən keçəcək


Qazaxıstanın "Kaşaqan" yatağının neftini daşıyan "Taraz" tankeri Aktau limanından Bakıya doğru yol gəlir. "KazMunayQaz" (KMQ) şirkətinin məlumatına görə, bundan sonra neft Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə Aralıq dənizinə qədər nəql ediləcək.

 Əvvəla xatırladaq ki, "KazMunayQaz" Qazaxıstanın dövlət neft-qaz şirkətidir. 2002-ci ildə "Kazaxoyl" və Neft-Qaz Nəqliyyatı şirkətlərinin birləşdirilməsi ilə təsis edilib. 2022-ci ildə isə "KazMunayQaz" və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) arasında Qazaxıstan neftinin tranzitinə dair saziş imzalanıb. 2024-cü ilin martında KMQ və SOCAR arasında neftin Azərbaycan Respublikası ərazisindən tranzit həcminin mərhələli şəkildə artırılması ilə bağlı razılıq əldə edilib. Sənəd il ərzində tranzit həcminin 2,2 milyon tona qədər artırılmasını nəzərdə tutur.

Onu da qeyd edək ki, dost və qardaş Qazaxıstan BTC-nin çəkilişi ideyası yaranandan bəri bu layihəni həmişə dəstəkləyib.  1999-cu il noyabrın 18-də İstanbulda, ATƏT-in Zirvə toplantısında mühüm bir sənəd imzalandı. Bu, xam neftin BTC vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyənin əraziləri ilə nəql edilməsinə dair saziş idi. Kəmərin tikintisi üçün həlledici rol oynayan həmin vacib sənədi Azərbaycanın, Gürcüstanın, Türkiyənin, ABŞ-nin dövlət başçıları ilə birgə Qazaxıstanın ovaxtkı prezidenti də imzaladı. 2005-ci il mayın 25-də Səngəçal terminalından BTC-yə ilk neft vuruldu. Bu həm də kəmərin Azərbaycan hissəsinin işə düşməsi demək idi. Bu münasibətlə Bakıda və Səngəçalda təntənəli mərasimlər keçirildi. Həmin vaxt da Qazaxıstan bizimlə idi.

Hələ 2018-ci il mayın 29-da Səngəçal terminalında "Cənub qaz dəhlizi"nin rəsmi açılış mərasimindəki nitqində Prezident İlham Əliyev demişdir: "2002-ci ildə biz artıq "Azəri-Çıraq" yatağından böyük neft gözləyərkən məhz burada, Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoyduq. Bu kəmər 2006-cı ildə istifadəyə verildi və bu gün Azərbaycan xalqına, bütün dost ölkələrə xidmət edir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda digər ölkələrin nefti də nəql edilir. Xəzərin şərq sahilində digər ölkələr tərəfindən hasil edilən neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Azərbaycan bu gün eyni zamanda tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir".

BTC-nin operatoru olan BP şirkətinin məlumatına görə, hazırda bu boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" neft və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.

İndi BTC-yə Qazaxıstanın "Kaşaqan" yatağının nefti də vurulacaq. Bununla BTC polad kəmər kimi Azərbaycanla Qazaxıstanı bir-birinə daha da sıx bağlayacaq.

Əlavə edək ki, "Kaşaqan" yatağı Xəzərin Qazaxıstan sektorunda, Atırau şəhərindən 80 kilometrlik məsafədə yerləşir. Burada şelfin dərinliyi 3-7 metr arasında dəyişir. Yataq 2000-ci il iyunun 30-da "Vostok-1" quyusundan alınan nəticəyə əsasən açılıb. Bu, son onilliklər dünyada kəşf edilmiş ən zəngin karbohidrogen yataqlarından biridir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Diplomatik xidmət haqqında 

02:14
19 Fevral

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

02:13
19 Fevral

Qazaxıstan Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumun obyektinə hücumla bağlı məsələyə aydınlıq gətirib  

22:59
18 Fevral

Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir

22:58
18 Fevral

Bolqarıstan mətbuatında azərbaycanlıların doğma torpaqlarına qayıdışı geniş işıqlandırılıb

22:57
18 Fevral

Rusiya-ABŞ danışıqları başa çatıb

20:29
18 Fevral

İstanbulda TÜRKPA-nın Xarici Əlaqələr Komissiyalarının ortaq bəyanatı yayımlanıb

20:29
18 Fevral

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb

20:08
18 Fevral

May ayında “Caspian Agro” və Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri keçiriləcək

20:01
18 Fevral

Azərbaycanda iqtisadi şaxələndirməyə və yaşıl artıma dəstək məsələləri müzakirə olunub  

19:52
18 Fevral

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Heydər Əliyev Mərkəzində olub  

19:29
18 Fevral

Xəzər İsayev: Prezident İlham Əliyev ölkəmizdə Olimpiya hərəkatına rəhbərlik etdikdən sonra idmanda böyük uğurlar qazanılıb  

19:27
18 Fevral

Prezident İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub YENİLƏNİB

19:26
18 Fevral

ABŞ Dövlət Departamenti Rusiya ilə görüşün nəticələri barədə açıqlama yayıb

19:25
18 Fevral

Gürcüstan və Azərbaycan dəmir yolu ilə sərnişin daşınmasını müzakirə edib

19:23
18 Fevral

Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

19:20
18 Fevral

Baş nazir Əli Əsədov İran Prezidenti Məsud Pezeşkianla görüşüb

19:17
18 Fevral

AMB və Səudiyyə Mərkəzi Bankı əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edib  

19:16
18 Fevral

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib  

19:12
18 Fevral

Prezident İlham Əliyev Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub YENİLƏNİB

18:50
18 Fevral

Volodimir Zelenski: Ukrayna ərazi bütövlüyü ilə bağlı güzəştə getməyəcək

18:49
18 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
2425262728  

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!