30 Yanvar 2025 09:10
270
İQTİSADİYYAT
A- A+
AİŞ-in missiyası həm də dayanıqlı infrastruktur yaratmaqdır

AİŞ-in missiyası həm də dayanıqlı infrastruktur yaratmaqdır


Dövlət şirkəti Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsində fəal iştirak edir


Xatırladaq ki, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ASC Prezident İlham Əliyevin sərəncamı ilə 2006-cı ildə yaradılıb. ASC-nin bütün payları dövlətə məxsusdur və məqsədi Azərbaycanın qeyri-neft sektoruna kapital sərmayələrinin qoyuluşunu təmin etməkdir. 

19 illik fəaliyyəti dövründə AİŞ iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə qoyub, əməkdaşlıq etdiyi xeyli müəssisənin fəaliyyətini sağlamlaşdırıb və onların işini daha səmərəli edib. Bu dövrdə xarici tərəfdaşlarla əməkdaşlıq AİŞ-in strategiyasının ayrılmaz hissəsinə çevrilib. Nəticədə qurumun beynəlxalq arenada etimadı güclənib. 

Şirkətin fəaliyyət göstərdiyi 2020-2024-cü illər isə iqtisadiyyatın əsas sektorunun dayanıqlı inkişafına xidmət edən layihələrin həyata keçirilməsinə yönəlmiş aktiv fəaliyyət dövrü kimi yadda qalıb. Fakt: son 5 ildə vəsait qoyulan layihələrin ümumi dəyəri 1,7 milyard manata çatmışdır. Bu məbləğin 292 milyon manatı bilavasitə AİŞ tərəfindən təsdiqlənmiş investisiyadır. 476 milyon manat məbləğində birbaşa xarici investisiya cəlb edilməsi də ötən 4 ilin uğurudur.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, cəlb edilmiş sərmayələr 23 layihənin həyata keçirilməsinə, o cümlədən 19 yeni istehsal müəssisəsinin tikintisinə yönəldilib. Bu təşəbbüslər ölkənin istehsal imkanlarını gücləndirməklə yanaşı, növbəti bir neçə il ərzində 2300-ə yaxın iş yerinin yaradılmasına imkan verəcək. AİŞ-in qoyduğu hər 1 manata görə beynəlxalq və yerli sərmayədarlardan, həmçinin maliyyə institutlarından 6,5 manat cəlb olunub. Birbaşa xarici investisiyalar çərçivəsində isə bu nisbət AİŞ-in qoyduğu hər 1 manata 1,62 manat təşkil edib. 

AİŞ rəqabətqabiliyyətli və əlavə dəyər yaradan, xüsusən ixrac və idxalın əvəzlənməsinə yönəlmiş layihələrdə də iştirak edir. Hazırda AİŞ-in dəstəyi ilə qida və əczaçılıq sənayesi, eləcə də tikinti materialları və geyim sahəsində strateji məhsulların fəal istehsalı həyata keçirilir. Bu, iqtisadiyyatın, biznesin və əhalinin həyati əhəmiyyət kəsb edən məhsullarla təmin edilməsinin mühüm göstəricisidir.

AİŞ həmçinin ölkə daxilində ən üstün beynəlxalq standartlara cavab verən yüksəkkeyfiyyətli tibbi ləvazimatların və dərman preparatlarının istehsalına imkan yaradan əczaçılıq layihələrinə investisiyaların ayrılmasına xüsusi diqqət yetirir. Bu tərəfdaşlığa nümunə olaraq "Diamed" şirkətlər qrupu ilə əməkdaşlıq çərçivəsində müəssisələrin istifadəyə verilməsi layihələrini  qeyd etmək olar. Müəssisələrdən biri birdəfəlik şprislərin, digəri isə "Natrium xlorid", "Ringer laktat" və "Qlükoza" kimi həyati əhəmiyyət kəsb edən venadaxili infuziya məhlullarının istehsalı üzrə ixtisaslaşıb. İqtisadiyyatın strateji sahələrinin inkişafına yönəlmiş bir neçə layihənin tikintisi də yekun mərhələdədir. Onların sırasında Azərbaycanda geniş çeşiddə dərman preparatları istehsal edən zavodun tikintisi də yer alıb. Türkiyənin ən böyük dərman şirkətlərindən biri olan "GEN İlaç ve Sağlık Ürünleri A.Ş." ilə birlikdə tezliklə ölkəmizdə əhalinin sağlamlığı və rifahı üçün strateji əhəmiyyət kəsb edən ampullar və həblər daxil olmaqla 70 adda dərman preparatı istehsal ediləcək. 

AİŞ regionlarda fəaliyyət göstərən şirkətlərin öz layihələrini həyata keçirmələri üçün gərəkli yardımlar da edir. Bu sırada Balakən, Ağdam, Yevlax, Qəbələ və İmişli rayonlarının adını çəkmək olar. Məsələn, Balakəndə "Balkhoorma" və "Balacans Agro Food" zavodlarında quru meyvələr istehsal edilir. AİŞ-in iqtisadi inkişafa təkan verən layihələri yerli istehsalçıların karına gəlir. İstehsal edilən məhsullar isə regionun, o cümlədən bütünlükdə ölkənin ixrac potensialının artırılmasına kömək edir. Əsas layihələr arasında Ağdam rayonunun Şahbulaq kəndində daş karxanasını, eləcə də Xocalıda bərpa edilmiş sement zavodunu qeyd etmək olar. Bu zavodlarda istehsal edilən sement və tikinti daşı işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa işlərində istifadə edilir. Şirkət həmçinin Ağdam Sənaye Parkında müxtəlif sənaye sahələrində çalışan işçilər üçün maksimum təhlükəsizlik və rahatlığı təmin edən işçi ayaqqabıları istehsal edən "Bafco" fabrikinə də sərmayə qoyub.  

Ən böyük və əhəmiyyətli işlərdən biri kimi Macarıstanın "HELL Energy" şirkəti ilə birlikdə həyata keçirilən Quality Pack Caspian layihəsini göstərmək mümkündür. Quality Pack Caspian Cənubi Qafqazda alüminium içki qutuları istehsal edən ilk müəssisə olacaq. Zavod Ələt Azad İqtisadi Zonasında yerləşəcək və illik istehsal gücü 700 milyon ədəd alüminium qutu təşkil edəcək. Bu layihə yerli bazarın tələbatını tam ödəməklə ixrac potensialının inkişafına da imkan yaradacaq. Qurumun icraçı direktoru Ülvi Mansurov çıxışlarının birində demişdir: "Bizim missiyamız təkcə kapital cəlb etmək deyil, həm də gələcək nəsillərə xidmət edəcək dayanıqlı infrastruktur yaratmaqdır. Layihələrimiz Azərbaycanın perspektiv investisiyalar üçün regional mərkəzə çevrilməyə hazır olduğunu bir daha sübut edir". Şirkətin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinə dəstək çərçivəsində 44,8 milyon manat sərmayə qoyması direktorun sözlərini təsdiqləyir. 

AİŞ-in davamlı inkişafa sadiqliyini əks etdirən daha bir uğur Türkiyə şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurdakı fəaliyyətinə verdiyi dəstəkdir. "Demirören Holding" regionda 5 kiçik su-elektrik stansiyasının bərpası layihəsini həyata keçirir. AİŞ-in "yaşıl enerji" zonası elan edilmiş  Cəbrayıl rayonunda 240 MVt gücündə "Şəfəq" Günəş-Elektrik Stansiyasının tikintisi layihəsində iştirakı etməsi enerji infrastrukturunun inkişafı üçün atılan mühüm addımdır. 

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ekoloji təşəbbüslərdən əlavə, AİŞ ölkənin digər regionlarında da "yaşıl layihə"lərin gerçəkləşməsində fəal iştirak edir.  Bu layihələrdən biri də İtaliyanın "Technip Energies" şirkəti ilə birgə Sumqayıtda plastik tullantıların emalı zavodunun tikintisidir. AİŞ-in "yaşıl layihə"lərə ayırdığı investisiyaların ümumi həcmi 74 milyon manatdır ki, bu da şirkətin ətraf mühitin qorunması məqsədilə qarşıya çıxan problemlərin həllinə olan sadiqliyini əks etdirir. 

AİŞ-in ötən  il Bakıda baş tutan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) uğurla iştirak edərək, bir sıra ekoloji layihələr üzrə sazişlər bağlaması ASC-nin faydalı işlərindən biridir. Bu sazişlər AİŞ-in qlobal ekoloji əməkdaşlıqlarda fəal iştiraka hazır olduğunu  təsdiq edir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Diplomatik xidmət haqqında 

02:14
19 Fevral

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

02:13
19 Fevral

Qazaxıstan Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumun obyektinə hücumla bağlı məsələyə aydınlıq gətirib  

22:59
18 Fevral

Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir

22:58
18 Fevral

Bolqarıstan mətbuatında azərbaycanlıların doğma torpaqlarına qayıdışı geniş işıqlandırılıb

22:57
18 Fevral

Rusiya-ABŞ danışıqları başa çatıb

20:29
18 Fevral

İstanbulda TÜRKPA-nın Xarici Əlaqələr Komissiyalarının ortaq bəyanatı yayımlanıb

20:29
18 Fevral

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb

20:08
18 Fevral

May ayında “Caspian Agro” və Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri keçiriləcək

20:01
18 Fevral

Azərbaycanda iqtisadi şaxələndirməyə və yaşıl artıma dəstək məsələləri müzakirə olunub  

19:52
18 Fevral

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Heydər Əliyev Mərkəzində olub  

19:29
18 Fevral

Xəzər İsayev: Prezident İlham Əliyev ölkəmizdə Olimpiya hərəkatına rəhbərlik etdikdən sonra idmanda böyük uğurlar qazanılıb  

19:27
18 Fevral

Prezident İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub YENİLƏNİB

19:26
18 Fevral

ABŞ Dövlət Departamenti Rusiya ilə görüşün nəticələri barədə açıqlama yayıb

19:25
18 Fevral

Gürcüstan və Azərbaycan dəmir yolu ilə sərnişin daşınmasını müzakirə edib

19:23
18 Fevral

Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

19:20
18 Fevral

Baş nazir Əli Əsədov İran Prezidenti Məsud Pezeşkianla görüşüb

19:17
18 Fevral

AMB və Səudiyyə Mərkəzi Bankı əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edib  

19:16
18 Fevral

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib  

19:12
18 Fevral

Prezident İlham Əliyev Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub YENİLƏNİB

18:50
18 Fevral

Volodimir Zelenski: Ukrayna ərazi bütövlüyü ilə bağlı güzəştə getməyəcək

18:49
18 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
2425262728  

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!