Yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri zamanı 11 saylı Binəqədi-Qaradağ Seçki Dairəsinin 26, 30, 31 və 32 saylı məntəqələrinə baş çəkdik. Sözügedən məntəqələrdə yaradılan şəraitlə tanış olduq, səsvermə prosesini izlədik, müşahidəçi və seçicilərlə həmsöhbət olduq.
"Bütün seçkilərdə fəal iştirak edirəm. Bir vətəndaş olaraq özümə borc bildim ki, bələdiyyə seçkilərində də gəlib səs verim. Qaradağ rayonunun gələcək inkişafı üçün layiqli işlər görəcəyinə əmin olduğum namizədə səs verdim". Bu sözləri, 11 saylı Binəqədi-Qaradağ Seçki Dairəsinin 30 saylı məntəqəsinə gələrək səs verən 32 yaşlı Tünzalə Cəlilova söylədi.
Səhər saatları olmasına baxmayaraq, səs vermək üçün bu məntəqəyə üz tutanların çox olduğunu müşahidə etdik. Eyni zamanda seçicilərin əksəriyyətinin gənclər olması da diqqətimizdən yayınmadı.
11 saylı Binəqədi-Qaradağ Seçki Dairəsinin 30 saylı məntəqə seçki komissiyasının sədri İntizar İsmayılova məlumat verdi ki, bu məntəqə üzrə seçicilərin ümumi sayı 1477 nəfərdir. Seçki məntəqəsindən kənarda səsvermə ilə bağlı müraciət olmadığını bildirən İntizar İsmayılova qeyd etdi ki, məntəqə hər bir şəraitlə təmin olunub və seçicilər səsvermədə sərbəst şəkildə iştirak edirlər.
Suverenliyimizin bərpasından sonra keçirilən üçüncü seçki
"Fəxr hissi ilə deyim ki, bələdiyyə seçkiləri suverenliyimizin bərpasından sonra ölkəmizdə keçirilən üçüncü seçkidir. Məlum olduğu kimi, ötən ilin fevralında prezident seçkiləri, sentyabrında isə Milli Məclisə seçkilər həyata keçirilib. Xalqımız hər iki seçkidə bütöv Azərbaycanın vətəndaşları kimi böyük ruh yüksəkliyi ilə iştirak edərək azad iradələrini ifadə ediblər".
11 saylı Binəqədi-Qaradağ Seçki Dairəsinin 31 saylı məntəqə seçki komissiyasının sədri Vüsal Süleymanlı vurğuladı ki, xalqımız bələdiyyə seçkilərində fəallıq nümayiş etdirərək layiq bildikləri namizədlərə səs verirlər".
V.Süleymanlı məlumat verdi ki, bu dairə üzrə ümumilikdə 15 yer uğrunda 36 namizəd mübarizə aparır: "Səs verən seçicilərin dəqiq sayı günün sonunda bilinəcək, amma indiyəqədərki müşahidələrimə əsasən deyə bilərəm ki, məntəqəmizdə seçici fəallığı normaldır. Hətta onu da deyim ki, 18 yaşında ilk dəfə səs verən xanım seçicimiz də artıq səs verib. Məntəqədə seçkilərin şəffaflığının təmin olunması üçün hər bir şərait yaradılıb".
31 saylı seçki məntəqəsində könüllü müşahidəçi olan Səfa Əhmədovanın sözlərinə görə, ilk dəfədir ki, seçkilərdə iştirak edir: "Seçicilərin fəallıq nümayiş etdirdiyini görürəm. İndiyə qədər məntəqədə hər hansı qanun pozuntusuna rast gəlməmişəm".
11 saylı Binəqədi-Qaradağ Seçki Dairəsinin 32 saylı məntəqə seçki komissiyasının sədri Zeynəb Vəliyeva bildirdi ki, ümumilikdə məntəqə üzrə 1402 seçici var: "Seçki prosesi qaydasında keçir. Seçkinin ilk saatlarından seçicilərin aktivliyini müşahidə edirik. 82 yaşlı qocaman seçicimiz də artıq gəlib səsvermədə iştirak edib. Səsvermə üçün məntəqədə hər bir şərait yaradılıb".
Seçici Firavan Hüseynova söylədi ki, layiq bildiyi gənc namizədə səs verib: "Çünki onun bələdiyyə işçisi kimi uğurlu fəaliyyət göstərəcəyinə inanıram".
Həmsöhbət olduğumuz seçici Nəriman Qəhrəmanov da doğru seçim etdiyini dedi.
Seçicilər layiq bildikləri namizədlərə səs verdilər
Binəqədi-Qaradağ Seçki Dairəsinin 26 saylı məntəqə seçki komissiyasının sədri Maqsud Heydərov bildirdi ki, məntəqə üzrə ümumilikdə 1394 seçici var: "Məntəqədə sərbəst səsvermə üçün hər cür şərait yaradılıb. İnsanlar məntəqəyə gələrək azad şəkildə öz iradələrini ifadə edirdilər. Seçici aktivliyi hiss olunurdu. Günün birinci yarısı olmasına baxmayaraq, artıq iki yüzə yaxın insan səs vermişdi. Ümumiyyətlə, vətəndaşlar böyük həvəs və məsuliyyətlə seçkidə iştirak edirdilər. Səhər saatlarında yaşı 90-ı keçmiş kişi seçicimiz əlində əsa səs verməyə gəlmişdi. O söyləyirdi ki, seçkiyə gəlib səs verməklə vətəndaşlıq borcunu yerinə yetirir".
Seçici Rövşən Cəfərovla həmsöhbət olduqda dedi ki, əhalimizin seçkilərdə böyük həvəs və məsuliyyətlə iştirak etdiyini görmək onu sevindirir. O özü də layiq bildiyi gənc namizədə səs verib.
11 saylı Binəqədi-Qaradağ Seçki Dairəsinin yuxarıda sadalanan məntəqələrində müşahidə etdiyimiz seçki prosesi bizdə belə fikir formalaşdırdı ki, bələdiyyə seçkilərində vətəndaşlarımız azad şəkildə seçki hüququndan istifadə edərək istədikləri namizədə səs verdilər.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"
Diplomatik xidmət haqqında
"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Qazaxıstan Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumun obyektinə hücumla bağlı məsələyə aydınlıq gətirib
Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir
Bolqarıstan mətbuatında azərbaycanlıların doğma torpaqlarına qayıdışı geniş işıqlandırılıb
Rusiya-ABŞ danışıqları başa çatıb
İstanbulda TÜRKPA-nın Xarici Əlaqələr Komissiyalarının ortaq bəyanatı yayımlanıb
Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb
May ayında “Caspian Agro” və Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri keçiriləcək
Azərbaycanda iqtisadi şaxələndirməyə və yaşıl artıma dəstək məsələləri müzakirə olunub
Belarus Milli Assambleyası Respublika Şurasının sədri Heydər Əliyev Mərkəzində olub
Xəzər İsayev: Prezident İlham Əliyev ölkəmizdə Olimpiya hərəkatına rəhbərlik etdikdən sonra idmanda böyük uğurlar qazanılıb
Prezident İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub YENİLƏNİB
ABŞ Dövlət Departamenti Rusiya ilə görüşün nəticələri barədə açıqlama yayıb
Gürcüstan və Azərbaycan dəmir yolu ilə sərnişin daşınmasını müzakirə edib
Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib
Baş nazir Əli Əsədov İran Prezidenti Məsud Pezeşkianla görüşüb
AMB və Səudiyyə Mərkəzi Bankı əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edib
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
Prezident İlham Əliyev Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub YENİLƏNİB
Volodimir Zelenski: Ukrayna ərazi bütövlüyü ilə bağlı güzəştə getməyəcək
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB12 Fevral 2025
Yeni dövrün əsas hədəfləri12 Fevral 2025
Sabitliyin Azərbaycan nümunəsi11 Fevral 2025
"Biz gələcəyimizi dayanıqlı iqtisadiyyatda görürük"09 Fevral 2025
Müstəqilliyin uğur formulu: qətiyyətli lider və qüdrətli dövlət08 Fevral 2025
FƏRQLİ LİDER, SÖZÜNÜN SAHİBİ07 Fevral 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!