İqtisadiyyat naziri Mikayıl Cabbarovun Türkiyəyə səfəri çərçivəsində keçirilən görüşlərdə iqtisadi əməkdaşlığın prioritet istiqamətləri, bir sıra sahələr üzrə tərəfdaşlığın gücləndirilməsi imkanları müzakirə edilib.
Bu barədə AZƏRTAC-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazir Mikayıl Cabbarov Türkiyəyə səfəri çərçivəsində bu ölkənin ticarət naziri Ömər Bolatla görüşüb. Görüşdə hər iki ölkənin dövlət başçılarının səyləri və qardaşlıq münasibətləri sayəsində iqtisadi əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyi vurğulanıb. Türkiyənin Azərbaycanın ikinci əsas ticarət və ixrac tərəfdaşı olduğu, Preferensial Ticarət Sazişi çərçivəsində güzəşt tətbiq edilən məhsulların sayının artırılmasının ticarət əlaqələrinin artımını təşviq etdiyi diqqətə çatdırılıb. Türkiyə şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki sənaye parklarında yaradılan əlverişli biznes mühitindən yararlanmağa dəvət olunub.
Tərəflər Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığının gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, KOB və biznes vahidləri arasında əlaqələrin fəal dəstəklənməsi və investisiyaların təşviqi üzrə ortaq hədəflərə çatmaq üçün mövcud imkanları müzakirə ediblər.
Mikayıl Cabbarov, həmçinin Türkiyəyə səfəri çərçivəsində bu ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla da görüşüb. Görüşdə Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın genişləndiyi və ölkələrimizin xüsusilə enerji sahəsində bir çox mühüm layihələr həyata keçirdiyi vurğulanıb. Enerji sahəsində işbirliyinin təkcə iki ölkənin iqtisadiyyatına deyil, regiona, xüsusilə də Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyi qeyd edilib. Ölkəmizdə yaşıl enerji sahəsində həyata keçirilən layihələr diqqətə çatdırılıb. Bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, yaşıl investisiyaların artırılması və işbirliyi potensialının reallaşdırılması barədə müzakirələr aparılıb.
Ukrayna Prezidenti sabah Türkiyəyə rəsmi səfər edəcək
Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərinin ərəb dilində nəşrinin təqdimatı keçirilib
Asiya İnkişaf Bankı ilə dövlət-özəl tərəfdaşlığı layihələrinə dair təkliflər müzakirə olunub
Ötən il Azərbaycanda 50 minə yaxın cütlük nikaha daxil olub
Ötən il Azərbaycanda 100 mindən çox körpə doğulub
Azərbaycan mobil internetin sürətinə görə bir pillə irəliləyib
İranın vitse-prezidenti: Xəzər regionu Asiya və Avropa dövlətləri üçün mühüm əhəmiyyət daşıyır
Baş nazir Əli Əsədov İrana işgüzar səfər edib
Bu ilin yanvar ayında yük və sərnişindaşımaların həcmi artıb
Azərbaycanda əhalinin sayı açıqlanıb
Ötən ay Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 5 milyard dolları ötüb
Kvant dünyasında zaman iki istiqamətdə axa bilər
Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib
Kiyev və Əbu-Dabi ukraynalı əsirlərin geri qaytarılmasını müzakirə ediblər
AMEA-da sinqapurlu alimlərlə görüş olub
A.M.Qasımovun Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi vəzifəsindən azad edilməsi haqqında
İnternet informasiya resurslarında qumar oyunları təşkil edənlər məsuliyyətə cəlb olunub
Azərbaycanla Tacikistan arasında fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
Horadiz-Ağbənd dəmiryol xəttində ikinci tunelin qazma işləri yekunlaşıb
Vergi xidmətinin 25 illiyi qeyd edilib
Naxçıvanda sahibkarlıq subyektləri çoxalır, yeni iş yerləri artır
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB12 Fevral 2025
Yeni dövrün əsas hədəfləri12 Fevral 2025
Sabitliyin Azərbaycan nümunəsi11 Fevral 2025
"Biz gələcəyimizi dayanıqlı iqtisadiyyatda görürük"09 Fevral 2025
Müstəqilliyin uğur formulu: qətiyyətli lider və qüdrətli dövlət08 Fevral 2025
FƏRQLİ LİDER, SÖZÜNÜN SAHİBİ07 Fevral 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!