17 Fevral 2025 18:02
420
DÜNYA
A- A+
Kvant dünyasında zaman iki istiqamətdə axa bilər

Kvant dünyasında zaman iki istiqamətdə axa bilər


Zaman keçmişdən gələcəyə doğru hərəkət edən xətti axın kimi qəbul edilir. Lakin Surrey Universitetinin Riyaziyyat və Fizika Məktəbi alimləri müəyyən ediblər ki, kvant dünyasında zaman hər iki istiqamətdə - həm irəli, həm də geri axa bilər. Bu isə fizikanın fundamental qanunlarını dərk etməyə yeni imkanlar açır. Alimlər kvant sistemlərinin zaman içində davranışlarını analiz etmək üçün riyazi modellərdən istifadə ediblər. Tədqiqat zamanı makroskopik dünyada zamanın niyə yalnız bir istiqamətdə axdığı ilə bağlı bir neçə fərziyyə irəli sürülüb:

Birinci fərziyyə kvant sisteminin ətraf mühiti çox mürəkkəb və genişdir, buna görə də mühitin detalları sistemin öz davranışına təsir etmir.

İkinci fərziyyə enerji və informasiya axını ilə bağlıdır. Klassik dünyada sistem enerjisini itirdikdə, o enerji bir daha geri qayıtmır. Bu fərziyyələr tətbiq edildikdə, tədqiqatçılar kvant sistemlərinin təkamülünü təsvir edən tənliklərin zamanın irəli və ya geri hərəkət etməsindən asılı olmayaraq, dəyişməz qaldığını müşahidə ediblər. Bu, zamanın geri dönmə simmetriyasının mövcudluğunu göstərir, yəni fizika qanunları zamanın istiqamətindən asılı deyil.

Tədqiqatın müəlliflərindən biri olan Andrea Rocco bildirib ki, hisslərimiz bizə zamanın yalnız bir istiqamətdə hərəkət etdiyini desə də, nəzəriyyə bunun əks istiqamətdə də mümkün olduğunu göstərir. Bu kəşf zaman və onun təbiətini daha dərindən anlamaq üçün yeni bir əsas yaradır. Bundan əlavə, alimlər zamanla bağlı maraqlı bir aspekt aşkar ediblər. Onların modelləri zamanda fasilələrin mövcudluğunu göstərir. Əksər fiziki tənliklər zamanda davamlı və ardıcıl dəyişiklikləri nəzərdə tutur, lakin bu tədqiqatın nəticələri zamanın müəyyən anlarda qırıla biləcəyini göstərir.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransada iki kəşfiyyat təyyarəsi toqquşub

21:50
25 Mart

Rustem Umerov: Ukrayna və ABŞ nümayəndələri Qara dənizin, enerji infrastrukturunun təhlükəsizliyini müzakirə ediblər  

21:48
25 Mart

Ağ ev: Ukrayna və Rusiya Qara dənizdə təhlükəsiz hərəkəti təmin etmək barədə razılığa gəliblər

20:31
25 Mart

Medianın İnkişafı Agentliyi Rusiyanın media nümayəndələrinin həlak olması ilə əlaqədar başsağlığı verib

19:21
25 Mart

Azərbaycan XİN: Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi heç bir nəticə verməyəcək  

18:48
25 Mart

Azərbaycan UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda təmsil olunur

17:49
25 Mart

“TEKNOFEST ŞKTC 2025”də iştirak etmək üçün müraciət edənlərin sayı 47 minə çatıb  

17:31
25 Mart

Narkokuryerdən 13 kiloqram marixuana və həşiş aşkarlanaraq götürülüb 

16:39
25 Mart

Türkiyə dərsliklərindəki Türk dünyası xəritəsi yenilənir

15:49
25 Mart

Fransada bank işçiləri etiraz edirlər

15:19
25 Mart

Kaxa Kaladze: USAID və NED Gürcüstanı alt-üst etmək istəyirdilər

14:53
25 Mart

Qriqori Karasin: Ər-Riyadda Rusiya ilə ABŞ arasındakı dialoq çətin, lakin faydalı oldu

14:39
25 Mart

Fransada şəhər şurası Baş naziri istefaya çağırıb

14:18
25 Mart

Aleksandr Lukaşenko Belarus Prezidenti vəzifəsinin icrasına başlayıb

13:59
25 Mart

Azərbaycandakı dini konfessiya rəhbərləri Böyük Britaniyanın Baş nazirinə müraciət ünvanlayıblar  

13:21
25 Mart

Bu gün Belarus Prezidentinin andiçmə mərasimi keçiriləcək

13:01
25 Mart

Sabah paytaxtda 15, bəzi bölgələrdə isə 18 dərəcə isti olacaq

12:47
25 Mart

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi Moskvada təntənəli iftar mərasimi təşkil edib

12:33
25 Mart

Aleksandr Lukaşenko: Belarusla Azərbaycan arasındakı xoşniyyətli münasibətlər ikitərəfli əlaqələrin bundan sonra da genişlənməsinə kömək edəcək

11:51
25 Mart

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan

11:29
25 Mart

Dünya bazarında Azərbaycan nefti bahalaşıb

11:28
25 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!