Bu, bələdiyyə üzvlüyünə namizədə evində səs verən sakinin sözləridir
Bütün seçkilərdə olduğu kimi, Qaraçuxur sakinləri dünən keçirilən bələdiyyə seçkisində də fəallıq nümayiş etdirdilər. 31 saylı Suraxanı II Seçki Dairəsində 32 nəfər bələdiyyə üzvlüyünə namizəd qeydə alınmışdı.
Qeyd edək ki, yerli özünüidarə qurumu olan bələdiyyələrin bütövlükdə ölkənin sosial-iqtisadi inkişafında müəyyən payı var. Ona görə də bələdiyyələr mövcud şəraiti düzgün qiymətləndirərək ərazidə yaşayan əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün öz imkanlarından maksimum istifadə etməlidirlər.
Biz dairənin 5 saylı seçki məntəqəsində olarkən sakinlərin fəal səs vermələrinə şahidlik etdik. Bəri başdan bildirək ki, seçkilərdə heç bir qanun pozuntusu faktı qeydə alınmadı. Çünki məntəqədə seçicilərə öz seçimlərini sərbəst və tam şəkildə bildirmək imkanı yaradılmışdı. Müşahidəçilərə seçki prosesini yaxından izləmək imkanı verilmişdi.
Əslində, məqsədimiz evdə səs verən seçicilərlə görüşmək, onların səsvermə prosesində iştirak etmək idi. Məntəqə sədri Aygün Allahverdiyeva dedi ki, bu ərazidə yalnız bir nəfər var ki, o, məntəqəyə gəlib səsvermədə iştirak edə bilmir. Əlil arabasına məhkum olmuş Əli Kazımovun səs verməsi üçün hər zaman şərait yaradılır.
Məntəqənin iki nəfər nümayəndəsi ilə birlikdə Əli Kazımovun evinə yollandıq. O, istədiyi namizədin adını daşınan seçki qutusuna salıb dedi ki, bir Azərbaycan vətəndaşı olaraq bələdiyyə seçkisində iştirak etməyi özünə borc bilir: "Ona görə də hələ bir həftə əvvəl məntəqəyə ərizə ilə müraciət etdim. Sağ olsunlar, müraciətimə etinasız yanaşmadılar. Son illər ölkədə keçirilən seçkilərdə bu cür iştirak edirəm. Bu da məni təbii ki, qəlbən ağrıdır. Amma bədbin də deyiləm. Yeri gəlmişkən, deyim ki, bizim Qaraçuxur bələdiyyəsi vətəndaşların tələb, təklif və arzularının, şikayətlərinin operativ həllinə çalışır. Şəxsən mən hansısa bir problemimin həll olunması üçün etdiyim müraciətlərin cavabsız qaldığını görməmişəm. İndi də, əvvəllər də səs verib seçdiyim bələdiyyə üzvlərinin təmizlik, abadlıq-quruculuq işlərinin yerinə yetirilməsində canla-başla iştirak etmələri məni sevindirib. Bilirsinizmi, şəhid ailələrinin, müharibə veteranlarının, qocaların, imkansızların ümidlə açdıqları bələdiyyə qapısından gülərüzlə ayrılmaları necə xoş hissdir?! Ona görə də, nə olur-olsun, bələdiyyə seçkisində iştirak etməliydim".
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"
Diplomatik xidmət haqqında
"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Qazaxıstan Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumun obyektinə hücumla bağlı məsələyə aydınlıq gətirib
Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir
Bolqarıstan mətbuatında azərbaycanlıların doğma torpaqlarına qayıdışı geniş işıqlandırılıb
Rusiya-ABŞ danışıqları başa çatıb
İstanbulda TÜRKPA-nın Xarici Əlaqələr Komissiyalarının ortaq bəyanatı yayımlanıb
Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb
May ayında “Caspian Agro” və Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri keçiriləcək
Azərbaycanda iqtisadi şaxələndirməyə və yaşıl artıma dəstək məsələləri müzakirə olunub
Belarus Milli Assambleyası Respublika Şurasının sədri Heydər Əliyev Mərkəzində olub
Xəzər İsayev: Prezident İlham Əliyev ölkəmizdə Olimpiya hərəkatına rəhbərlik etdikdən sonra idmanda böyük uğurlar qazanılıb
Prezident İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub YENİLƏNİB
ABŞ Dövlət Departamenti Rusiya ilə görüşün nəticələri barədə açıqlama yayıb
Gürcüstan və Azərbaycan dəmir yolu ilə sərnişin daşınmasını müzakirə edib
Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib
Baş nazir Əli Əsədov İran Prezidenti Məsud Pezeşkianla görüşüb
AMB və Səudiyyə Mərkəzi Bankı əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edib
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
Prezident İlham Əliyev Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub YENİLƏNİB
Volodimir Zelenski: Ukrayna ərazi bütövlüyü ilə bağlı güzəştə getməyəcək
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB12 Fevral 2025
Yeni dövrün əsas hədəfləri12 Fevral 2025
Sabitliyin Azərbaycan nümunəsi11 Fevral 2025
"Biz gələcəyimizi dayanıqlı iqtisadiyyatda görürük"09 Fevral 2025
Müstəqilliyin uğur formulu: qətiyyətli lider və qüdrətli dövlət08 Fevral 2025
FƏRQLİ LİDER, SÖZÜNÜN SAHİBİ07 Fevral 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!