30 Yanvar 2025 08:05
241
CƏMİYYƏT
A- A+
Seçicilərin fəallığı gələcək bələdiyyə üzvlərinin məsuliyyətini artırır

Seçicilərin fəallığı gələcək bələdiyyə üzvlərinin məsuliyyətini artırır


Sabunçu rayonunun da seçiciləri öz hüquqlarından istifadə edərək etimad göstərdikləri namizədlərə səs verdilər. 

Sabunçu rayonu 27 saylı II Seçki Dairəsinin  29, 34 və 38 saylı seçki məntəqələrinə yollandıq. Rayondakı 67 saylı tam orta məktəbdə yerləşən 34 saylı seçki məntəqəsində əvvəlcə müşahidəçilərin fikirlərini öyrəndik. Müşahidəçi Səadət Əliyusifova seçkinin şəffaf, demokratik və azad keçdiyini diqqətə çatdırdı. Digər müşahidəçilər Mehriban Nuriyeva və Natiqə Məmmədova da seçkinin gedişindən razılıqlarını ifadə etdilər. 

Məntəqənin sədri İradə Bayramova seçkiyə hazırlıqların, təbliğat işlərinin lazımi qaydada aparıldığını dedi. Öyrəndik ki burada qeydiyyata alınan seçicilərin sayı 1470 nəfərdir: "Gördüyünüz kimi, seçicilər gəlirlər. Məktəbin həyətində qoyduğumuz lövhədən adlarını, ünvanlarını tapırlar. Bütün seçki qaydalarına riayət edərək istədikləri namizədlərə səs verirlər. Qaydaya uyğun olaraq, səsverməyə səhər saat 8-də başlamışıq. İndiyə qədərki seçici fəallığı qaneedicidir". 

Səsvermədə iştirak edən seçicilərin də fikir və rəylərini öyrəndik. İradə Həsənova dedi: "Seçkilərdə fəal iştirak etmək hər bir seçicinin vətəndaşlıq borçudur. Gəlmişik öz vətəndaşlıq borcumuzu yerinə yetirək. Öz seçdiyim namizədlərə səs verdim". Söhbət etdiyimiz digər seçicilər - Kristina Hacıyeva, Şölə Mustafayeva, Natiq Hüseynov, Cənnət Hacıyev, Çimnaz Maqsudova, Aygün Hüseynova və başqaları da öz vətəndaşlıq mövqelərini bildirmək, ölkəmizin uğurları naminə səs vermək üçün gəldiklərini dedilər. 

"Bələdiyyə seçkilərinə hazırlıq qənaətbəxşdir. Təbliğat yaxşı aparılıb. Seçicilər öz hüquq və vəzifələrini bilirlər". Bunu baş çəkdiyimiz 29 saylı seçki məntəqəsinin sədri Elnarə Əmirova bizimlə söhbətində dedi: "Məntəqəmizdə 1360 seçici var. Seçicilər fəallıq göstərirlər. Biz də çalışırıq ki, üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gələk ki, məntəqəyə gələn seçicilər heç bir problemlə qarşılaşmasınlar".

Seçkidə öz təşəbbüsü ilə iştirak edən müşahidəçi Ülviyyə Əhmədova seçkinin davam etdiyi müddətdə heç bir pozuntunun qeydə alınmadığını söylədi. Digər müşahidəçi - Yeni Azərbaycan Partiyasının nümayəndəsi Xalidə Rzayeva da dedi ki, seçki başlandığı vaxtdan seçici fəallığı müşahidə olunur: "Seçicilərimiz məntəqəyə gəlir, öz hüquqlarından istifadə edirlər".

Məntəqədə fikirlərini öyrəndiyimiz seçicilər də səsvermənin gedişindən razı qaldıqlarını söylədilər. Leyli Quliyeva, Oktay Qasımov, Samid Abasov və başqaları çox rahat şəkildə səs verdiklərini, lazımi şəraitin yaradıldığını vurğuladılar. Onların hər biri seçdikləri namizədlərə səs verdiklərini qeyd etdilər. 

Dairənin 38-ci seçki məntəqəsində də seçkiyə ciddi hazırlıq görüldüyü ilk baxışdan diqqəti cəlb etdi. Məntəqənin sədri Samiyə Abdulkərimova seçici hüququna malik olan hər kəsin sərbəst şəkildə səs verdiyini bildirdi: "Məntəqəmizdə 1352 seçici var. Seçkinin tam obyektiv, şəffaf, demokratik şəraitdə keçdiyi göz önündədir. Seçicilərin səsvermədə fəal iştirak etmələri də bizi sevindirir". Seçicilər Səhrad Mirzəyev, Gülbuta Qasımova, Kəmalə Hacıyeva və başqaları qeyd etdilər ki, seçki prosesi çox yaxşı səviyyədə təşkil olunub. 

Müşahidəçi Aytən Yaqubova isə səsvermənin qanunvericiliyin tələblərinə uyğun keçirildiyini, səsvermə prosesində heç bir neqativ halla qarşılaşmadıqlarını dedilər. Digər müşahidəçi - Yeni Azərbaycan Partiyasının nümayəndəsi Səma Quliyeva seçki prosesinin şəffaf və ədalətli keçdiyini, heç bir neqativ halın qeydə alınmadığını bildirdi.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Diplomatik xidmət haqqında 

02:14
19 Fevral

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

02:13
19 Fevral

Qazaxıstan Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumun obyektinə hücumla bağlı məsələyə aydınlıq gətirib  

22:59
18 Fevral

Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir

22:58
18 Fevral

Bolqarıstan mətbuatında azərbaycanlıların doğma torpaqlarına qayıdışı geniş işıqlandırılıb

22:57
18 Fevral

Rusiya-ABŞ danışıqları başa çatıb

20:29
18 Fevral

İstanbulda TÜRKPA-nın Xarici Əlaqələr Komissiyalarının ortaq bəyanatı yayımlanıb

20:29
18 Fevral

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb

20:08
18 Fevral

May ayında “Caspian Agro” və Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri keçiriləcək

20:01
18 Fevral

Azərbaycanda iqtisadi şaxələndirməyə və yaşıl artıma dəstək məsələləri müzakirə olunub  

19:52
18 Fevral

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Heydər Əliyev Mərkəzində olub  

19:29
18 Fevral

Xəzər İsayev: Prezident İlham Əliyev ölkəmizdə Olimpiya hərəkatına rəhbərlik etdikdən sonra idmanda böyük uğurlar qazanılıb  

19:27
18 Fevral

Prezident İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub YENİLƏNİB

19:26
18 Fevral

ABŞ Dövlət Departamenti Rusiya ilə görüşün nəticələri barədə açıqlama yayıb

19:25
18 Fevral

Gürcüstan və Azərbaycan dəmir yolu ilə sərnişin daşınmasını müzakirə edib

19:23
18 Fevral

Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

19:20
18 Fevral

Baş nazir Əli Əsədov İran Prezidenti Məsud Pezeşkianla görüşüb

19:17
18 Fevral

AMB və Səudiyyə Mərkəzi Bankı əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edib  

19:16
18 Fevral

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib  

19:12
18 Fevral

Prezident İlham Əliyev Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub YENİLƏNİB

18:50
18 Fevral

Volodimir Zelenski: Ukrayna ərazi bütövlüyü ilə bağlı güzəştə getməyəcək

18:49
18 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!