30 Yanvar 2025 08:00
240
CƏMİYYƏT
A- A+
Səsvermə seçki qanunvericiliyinə uyğun keçirildi

Səsvermə seçki qanunvericiliyinə uyğun keçirildi


Yanvarın 29-u ölkəmizin tarixinə bələdiyyə seçkiləri günü kimi düşdü. Fəallıq nümayiş etdirən vətəndaşlar seçki məntəqələrinə gələrək proqram və platformalarını yüksək dəyərləndirdikləri namizədə səs verdilər, onlara etimad göstərdilər. 

Onu da qeyd edək ki, seçicilərin azad, sərbəst və şəffaf şəkildə səs vermələri üçün ən müasir texniki avadanlıqlarla təmin olunmuş məntəqələrdə hər cür şərait yaradılmışdı. Bu şəraiti seçicilər böyük razılıqla qarşılamışdılar. 

7 saylı Səbail Rayon Seçki Dairəsinin 37 saylı məntəqəsində olarkən biz bunun şahidi olduq. Məntəqədə seçki prosesinin keçirilməsi müşahidəçilər tərəfindən də diqqətlə izlənilirdi. Əsas məqsəd o idi ki, bələdiyyə seçkiləri demokratik və şəffaf keçirilsin, hər hansı bir pozuntuya yol verilməsin. 

Seçicilərlə yanaşı, seçki prosesini izləyən müşahidəçilərlə də görüşüb söhbət etdik, onların fikir və düşüncələrini öyrəndik. İlk həmsöhbətimiz olan Yeni Azərbaycan Partiyasının müşahidəçisi Məhsəti Əsgərova dedi ki, seçkilərin gedişini çox diqqətlə izləyirik. Seçkilərdə seçici fəallığı elə ilk dəqiqələrdən hiss olunmağa başladı. Məntəqədə seçicilərin səs vermələri üçün lazımi şərait yaradılıb. Seçki prosesi çox yüksək səviyyədə təşkil olunub. İndiyə qədər heç bir şikayət  qeydə alınmayıb. Proses seçki qanunvericiliyinə uyğun davam edir.

Öz təşəbbüsü ilə müşahidəçi olan Bəniyə Qarayeva dedi ki, seçki prosesi səhər saat səkkizdən başlayıb. Seçicilər məntəqəyə gələrək sərbəst şəkildə müəyyənləşdirdikləri namizədlərə səs verirlər. Onların səs vermələri üçün məntəqədə hərtərəfli şərait var. Ötən müddət ərzində heç bir nöqsan müşahidə etməmişik. Məntəqədə işləyən komissiya üzvləri seçicilərlə maarifləndirmə söhbətləri aparır, səsvermənin qaydalarını onlara ətraflı izah edirlər. Hər kəs öz işini, öz vəzifəsini məsuliyyətlə yerinə yetirir.

 - Mən də öz təşəbbüsümlə seçkilərdə müşahidəçi kimi iştirak edirəm, - deyə Şəlalə Seyidova söhbətimizə qoşuldu: 

- Vətəndaşların seçkilərdə fəal iştirak etməsi bizi çox sevindirir. Məntəqəyə daxil olan insanların üzü gülür, gözlərindən sevinc duyulur. Hər addımda hiss olunur ki, xalqımız bələdiyyə seçkilərinə böyük önəm verir, onu yüksək dəyərləndirir. Ona görə də səhər lap ertədən ən yaxşı namizədə səs vermək üçün məntəqəyə gəlirlər. Düşünürəm ki, seçkiyə verilən yüksək  dəyər bu günümüzə, sabahımıza və gələcəyimizə olan münasibətdir. Bu, qazanılacaq uğurlardan və zəfərlərdən xəbər verir.

Yeni Azərbaycan Partiyasından müşahidəçi olan Şövkət Həsənli dedi ki,  yaşlı bir kişi səs verməyə gəlmişdi. Bunu görəndə çox sevindim. Bu insanların yaşı çox olsa da vətəndaşlıq məsuliyyətlərini unutmurlar. Bilirlər ki, seçkilərdə hər səsin yeri var. Gənclərimiz də belə yaşlı insanlara baxıb nümunə götürür, yüksək ovqatla məntəqələrə gəlib səsvermə prosesində fəal iştirak edirlər. Seçki prosesində heç bir qanun pozuntusu müşahidə olunmayıb. Bütün bunlar seçkiyə yüksəksəviyyəli hazırlığın nəticəsidir. 

Daha sonra müşahidəçilərdən Mehriban İsmayılova, Kəmalə Əlizadə, Aynur Rəhimli, Suqra Qurbanova və başqaları ilə görüşüb söhbət etdik. Onlar seçki prosesinin çox yüksək səviyyədə, fəal şəkildə keçirildiyini, heç bir qanun pozuntusunun qeydə alınmadığını bildirdilər.

 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Diplomatik xidmət haqqında 

02:14
19 Fevral

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

02:13
19 Fevral

Qazaxıstan Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumun obyektinə hücumla bağlı məsələyə aydınlıq gətirib  

22:59
18 Fevral

Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir

22:58
18 Fevral

Bolqarıstan mətbuatında azərbaycanlıların doğma torpaqlarına qayıdışı geniş işıqlandırılıb

22:57
18 Fevral

Rusiya-ABŞ danışıqları başa çatıb

20:29
18 Fevral

İstanbulda TÜRKPA-nın Xarici Əlaqələr Komissiyalarının ortaq bəyanatı yayımlanıb

20:29
18 Fevral

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb

20:08
18 Fevral

May ayında “Caspian Agro” və Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri keçiriləcək

20:01
18 Fevral

Azərbaycanda iqtisadi şaxələndirməyə və yaşıl artıma dəstək məsələləri müzakirə olunub  

19:52
18 Fevral

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Heydər Əliyev Mərkəzində olub  

19:29
18 Fevral

Xəzər İsayev: Prezident İlham Əliyev ölkəmizdə Olimpiya hərəkatına rəhbərlik etdikdən sonra idmanda böyük uğurlar qazanılıb  

19:27
18 Fevral

Prezident İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub YENİLƏNİB

19:26
18 Fevral

ABŞ Dövlət Departamenti Rusiya ilə görüşün nəticələri barədə açıqlama yayıb

19:25
18 Fevral

Gürcüstan və Azərbaycan dəmir yolu ilə sərnişin daşınmasını müzakirə edib

19:23
18 Fevral

Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

19:20
18 Fevral

Baş nazir Əli Əsədov İran Prezidenti Məsud Pezeşkianla görüşüb

19:17
18 Fevral

AMB və Səudiyyə Mərkəzi Bankı əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edib  

19:16
18 Fevral

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib  

19:12
18 Fevral

Prezident İlham Əliyev Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub YENİLƏNİB

18:50
18 Fevral

Volodimir Zelenski: Ukrayna ərazi bütövlüyü ilə bağlı güzəştə getməyəcək

18:49
18 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
2425262728  

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!