28 Yanvar 2025 19:15
380
İQTİSADİYYAT
A- A+
İnternet sahəsi üzrə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair prioritetlər müzakirə olunub  

İnternet sahəsi üzrə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair prioritetlər müzakirə olunub  

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən “İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun növbəti iclası keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Komissiya Katibliyinin rəhbəri, işçi qrupun rəhbəri və üzvləri, eləcə də özəl sektor nümayəndələri iştirak ediblər.

İclasda Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Kommunal xidmətlər (internet)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il Yol Xəritəsi üzrə görülmüş işlərin müzakirəsi aparılıb və 2025-ci il üçün qarşıda duran vəzifələr müəyyən edilib.

İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Şahin Babayev açılış çıxışı edərək biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görüldüyünü qeyd edib.

Eyni zamanda bildirib ki, Yol Xəritəsinin həyata keçirilməsində maraqlı tərəf olaraq biznes və ictimaiyyət nümayəndələrinin məlumatlandırılması, onların islahatların hazırlanması və həyata keçirilməsi prosesində aktiv iştirakı böyük rol oynayıb. Eyni zamanda rəylərin təqdim olunması üçün əlverişli imkanların yaradılması bu sahədə həyata keçirilmiş kompleks tədbirlərin səmərəliliyinin artırılmasına xidmət edib.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev “Business ready“ hesabatının internet infrastrukturu ilə bağlı göstəricilərin yaxşılaşdırılmasında işçi qrupun fəaliyyətinin mühüm rol oynadığını qeyd edib. V.Şıxəliyev bençmarklar əsasında internet infrastrukturunun diaqnostikasının aparıldığını və 2025-ci il üzrə təkmilləşdirilməli sahələrin müəyyən edildiyini diqqətə çatdırıb.

Bildirib ki, bugünkü iclasda əsas məqsədimiz 2025-ci il üzrə qarşıda duran vəzifələri müəyyənləşdirərək növbəti ilin Yol Xəritəsini təkmilləşdirməkdir ki, bu tədbirlərin icrası yekunda həm biznes mühitinə, həm də “Business Ready” hesabatının “Kommunal xidmətlər (internet)” indikatoruna müsbət təsir etsin.

Məlumat üçün bildirək ki, komissiyanın “İnternetə qoşulma və internet infrastrukturu” işçi qrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Kaşaqan" neftinin də Avropaya yolu tezliklə BTC-dən keçəcək

09:15
30 Yanvar

AİŞ-in missiyası həm də dayanıqlı infrastruktur yaratmaqdır

09:10
30 Yanvar

Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynayır

09:05
30 Yanvar

Son 20 ildə Azərbaycanın nəqliyyat infrastrukturu kökündən dəyişib

09:00
30 Yanvar

Veb-kameralar şəffaflığı təmin edir

08:55
30 Yanvar

"Bələdiyyə qapısı mənim üçün bir ümid yeridir"

08:50
30 Yanvar

Yerli müşahidəçilər seçki prosesini müsbət qiymətləndirdilər

08:45
30 Yanvar

Müşahidəçilər səsvermənin gedişindən razılıq etdilər

08:40
30 Yanvar

"Gənc nəslin səsvermədə fəallığı məni çox sevindirir"

08:35
30 Yanvar

Seçicilər məntəqələrə yüksək ovqatla gəlirdilər

08:30
30 Yanvar

Seçkilər yerli özünüidarəetmə orqanına marağın artdığını təsdiqlədi

08:25
30 Yanvar

Demokratik və şəffaf seçki ənənəsinin növbəti təzahürü

08:20
30 Yanvar

Qaradağda seçicilər azad şəkildə iradələrini ifadə edirdilər

08:15
30 Yanvar

Bələdiyyə seçkiləri: 26 illik tarix

08:10
30 Yanvar

Seçicilərin fəallığı gələcək bələdiyyə üzvlərinin məsuliyyətini artırır

08:05
30 Yanvar

Səsvermə seçki qanunvericiliyinə uyğun keçirildi

08:00
30 Yanvar

Bütün dairələrdə seçkilər normal keçib

02:19
30 Yanvar

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:17
30 Yanvar

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 82-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:17
30 Yanvar

"III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:14
30 Yanvar

bp Xəzər dənizinin Azərbaycan sektorunda Şahdəniz perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin operatoru kimi elan edir ki, saziş üzrə iş proqramı çərçivəsində Şahdəniz Kompressiya (ŞDK) layihəsi üçün Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihəsi podratçı tərəflər adından hazırlanıb və dərc edilib

02:05
30 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!