30 Yanvar 2025 08:30
326
CƏMİYYƏT
A- A+
Seçicilər məntəqələrə yüksək ovqatla gəlirdilər

Seçicilər məntəqələrə yüksək ovqatla gəlirdilər


Səbail rayonunda onlar vətəndaşlıq borclarını həvəslə yerinə yetirirdilər


Yanvarın 29-da seçicilər fəal şəkildə məntəqələrə gələrək ən yaxşı namizədə səs verdilər. Onların azad və sərbəst səs verməsi üçün məntəqələrdə hər cür şərait yaradılmışdı. 

7 saylı Səbail Rayon Seçki Dairəsinin 37 saylı məntəqəsində olarkən biz bunu yaxından müşahidə etdik. Məntəqə seçki komissiyasının sədri Aytən Quluyeva dedi ki, səsvermə səhər saat 8-dən başlayıb. Qısa müddət ərzində xeyli seçici məntəqəyə üz tutaraq layiq bildikləri namizədlərə səs veriblər. Seçicilərin səs vermələri üçün məntəqədə əlverişli şərait yaradılıb. Məntəqə zəruri texniki avadanlıqlarla təmin edilib. Seçki prosesində elə ilk dəqiqələrdən fəallıq hiss olunur. Seçicilər öz vətəndaşlıq borclarını böyük həvəslə, yüksək ovqatla yerinə yetirirlər. Məntəqədə səsvermə hüququ olan seçicilərin sayı 1473 nəfər təşkil edir. Onlardan 9 nəfərinin yaşı səksəndən yuxarıdır. 3 nəfər seçicimiz isə bu gün ilk dəfə səs verdilər. İlk dəfə səsvermədə iştirak edən seçicilərə hədiyyələr də təqdim olundu. Qoy bu əlamətdar gün onların yaddaşında dərin iz salsın. Bələdiyyə seçkilərində 12 yer uğrunda 24 namizəd mübarizə aparır: "Seçkilərin şəffaf və demokratik şəkildə keçirilməsi üçün hər cür şərait yaradılıb. İlk addımda məntəqəyə daxil olan seçicilərin fanarla barmaqlarının izi yoxlanılır. Yoxlama zamanı həmin seçicilərin başqa məntəqədə səs verib-vermədikləri dəqiqləşdirilir. Belə bir fakt aşkarlananda həmin seçiciyə bülleten verilmir. Yeri gəlmişkən bildirim ki, indiyə qədər belə bir fakt aşkarlanmayıb. Seçki prosesi nizamı ilə davam edir. Seçicilər qeydiyyatdan keçdikdən sonra seçki komissiyasının üzvləri tərəfindən onlara  bülletenlər verilir. Səs vermək üçün məntəqədə 6 seçki kabinəsi yaradılıb. Seçki bülleteni alan seçicilər kabinələrə daxil olaraq sərbəst şəkildə istədikləri namizədə səs verirlər. Sonra bülleteni məntəqənin mərkəzindəki şəffaf qutuya atırlar".

Məntəqə seçki komissiyasının sədri Aytən Quluyeva komissiya üzvlərinin məsuliyyətliliyindən də söz açdı. Bildirdi ki, katiblər Aygün İbadova, Aygün Qəhrəmanova, üzvlər İnarə Əhmədova, Nahid Həmidov və Aynur Şirinova işlərinin öhdəsindən layiqincə gəlirlər. Seçki məntəqəsinə üz tutan seçiciləri təbəssümlə, xoş ovqatla qarşılayır, dəyərli məsləhət və tövsiyələr verirlər. Bütün bunlar onu göstərir ki, komissiya üzvləri işlərinə böyük məsuliyyət və diqqətlə yanaşırlar.

Seçicilərlə görüşüb söhbət etdik. Həmsöhbəti olduğumuz seçicilər məntəqədə onların səs vermələri üçün yaradılmış şəraitdən razılıqlarını bildirirlər.  

Seçici Şəfiqə İmanova dedi ki, mən bütün seçkilərdə, həm prezident, həm parlament, həm də bələdiyyə seçkilərində fəal iştirak etmişəm. Bu gün də bələdiyyə seçkilərində iştirak edirəm. Bunu özümün vətəndaşlıq borcu hesab edirəm. Gərək hamı bu seçkilərdə fəal iştirak edib ən yaxşı, ən bacarıqlı namizədə səs versin. Seçki məntəqəsində yaradılmış şəraitdən çox razıyıq. Burada seçicilərin səs vermələri üçün bütün rahatlıq yaradılıb. Bir qalır bizim seçici kimi seçimimizi etməyimiz. Mən seçici kimi bunu yüksək ovqatla, böyük həvəslə etdim. Proqramını, platformasını bəyəndiyim namizədə səs verdim. 

- Məntəqəyə daxil olan kimi burada seçicilər üçün yaradılmış şəraiti görəndə ürəyimiz açılır, - deyə Hamil Rəhmanov söhbətimizə qoşuldu. - Bələdiyyə seçkiləri hər birimiz üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də məntəqədə böyük canlanma müşahidə olunur. Seçicilər səsvermədə fəal iştirak edərək çox şəffaf və demokratik şəkildə istədikləri namizədə səs verirlər. Seçki demokratik şəraitdə keçirildiyinə görə inanırıq ki, ən layiqli namizədlər seçiləcək.

Seçici İsmayıl İsmayılov səsvermə kabinəsində namizədinə səs verdikdən sonra şəffaf qutuya yaxınlaşdı. Seçki ilə bağlı fikrini və ürək sözlərini belə ifadə etdi: "Seçki məntəqəsindəki fəallığı görəndə sevindim. Deməli, xalqımız bələdiyyə seçkilərinə böyük önəm verir. İnsanlar seçki məntəqələrinə gələrək səslərini ən yaxşı namizədlərə verirlər. İnanıram ki, bugünkü seçki demokratikliyi və şəffaflığı ilə tarixə düşəcək. 

Məntəqəyə gələn seçicilərin ardı-arası kəsilmir. Seçicilər seçkilərdə çox fəal və yüksək ovqatla iştirak edib ən yaxşı namizədə səs verirdilər.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Diplomatik xidmət haqqında 

02:14
19 Fevral

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

02:13
19 Fevral

Qazaxıstan Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumun obyektinə hücumla bağlı məsələyə aydınlıq gətirib  

22:59
18 Fevral

Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir

22:58
18 Fevral

Bolqarıstan mətbuatında azərbaycanlıların doğma torpaqlarına qayıdışı geniş işıqlandırılıb

22:57
18 Fevral

Rusiya-ABŞ danışıqları başa çatıb

20:29
18 Fevral

İstanbulda TÜRKPA-nın Xarici Əlaqələr Komissiyalarının ortaq bəyanatı yayımlanıb

20:29
18 Fevral

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb

20:08
18 Fevral

May ayında “Caspian Agro” və Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri keçiriləcək

20:01
18 Fevral

Azərbaycanda iqtisadi şaxələndirməyə və yaşıl artıma dəstək məsələləri müzakirə olunub  

19:52
18 Fevral

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Heydər Əliyev Mərkəzində olub  

19:29
18 Fevral

Xəzər İsayev: Prezident İlham Əliyev ölkəmizdə Olimpiya hərəkatına rəhbərlik etdikdən sonra idmanda böyük uğurlar qazanılıb  

19:27
18 Fevral

Prezident İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub YENİLƏNİB

19:26
18 Fevral

ABŞ Dövlət Departamenti Rusiya ilə görüşün nəticələri barədə açıqlama yayıb

19:25
18 Fevral

Gürcüstan və Azərbaycan dəmir yolu ilə sərnişin daşınmasını müzakirə edib

19:23
18 Fevral

Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

19:20
18 Fevral

Baş nazir Əli Əsədov İran Prezidenti Məsud Pezeşkianla görüşüb

19:17
18 Fevral

AMB və Səudiyyə Mərkəzi Bankı əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edib  

19:16
18 Fevral

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib  

19:12
18 Fevral

Prezident İlham Əliyev Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub YENİLƏNİB

18:50
18 Fevral

Volodimir Zelenski: Ukrayna ərazi bütövlüyü ilə bağlı güzəştə getməyəcək

18:49
18 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
2425262728  

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!