30 Yanvar 2025 09:05
448
Mədəniyyət
A- A+
Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynayır

Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynayır


Ölkəmizdə əsrlərin sınağından çıxmış, formalaşmış multikulturalizm və tolerantlıq ənənələri mövcuddur. Yüz illər öncə olduğu kimi, bu gün də respublikamızda dili və dini ayrı olan bütün xalqlar bir ailə kimi dostluq, mehribanlıq və sülh şəraitində yaşayırlar.

Azərbaycanda milli adət-ənənələrin qorunub saxlanılması, yaşadılması üçün bütün lazımi şərait yaradılıb. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, bu gün respublikamızda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər.

Dünyada öz nüfuzunu gündən-günə gücləndirən, əksər sahələrdə uğurlar qazanan ölkəmiz həm də multikultural mühitin təmin olunması, tolerantlıq ənənələrinin qorunması ilə tanınır. Multikulturalizm və tolerantlıq Azərbaycanın dövlət siyasətidir. Prezident İlham Əliyev çıxışlarında ölkəmizin multikultural dəyərlərini həmişə yüksək qiymətləndirir. 

Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanda tarixən olduğu kimi bu gün də müxtəlif dinlərin və konfessiyaların, o cümlədən yəhudi icmasının nümayəndələrinin dostluq, əmin-amanlıq və harmoniya şəraitində yaşadıqlarını yanvarın 27-də İsrail İqtisadi Forumunun həmtəsisçisi və İdarə Heyətinin üzvü Conatan Misneri qəbul edərkən də diqqətə çatdırdı. Prezident vurğuladı ki, bu, xalqımızın həyat tərzi olmaqla yanaşı, eyni zamanda Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin tərkib hissəsidir.

Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın öz təcrübəsindən çıxış edərək dünya səviyyəsində də dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynadığını, bundan sonra da öz töhfəsini verməkdə davam edəcəyini bildirdi.

Azərbaycanda tarixən yəhudi icmasının nümayəndələrinin dinc şəraitdə yaşamaları üçün yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirən qonaqlar ölkəmizlə bağlı xoş təəssüratlarını da ifadə etdilər.

2020-ci ildə, Vətən müharibəsində Azərbaycan Qarabağ və Şərqi Zəngəzur ərazilərini Ermənistanın işğalından azad etdi. Bu savaşda Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri işğalçılara qarşı döyüşmək üçün könüllü olaraq cəbhəyə yollandılar. Hər zaman olduğu kimi, birlik və qətiyyət nümayiş etdirdilər. Ermənistan silahlı qüvvələrinə qarşı döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi, rəşadət göstərdilər, sinələrini düşmən güllələrinə sipər etdilər. Qarabağı və Şərqi Zəngəzuru yağılardan xilas etdilər.

Vətən müharibəsindən sonra Qarabağa və Şərqi Zəngəzura yolu düşənlər gördüklərindən dəhşətə gəlirdilər. Çünki erməni vandalları dünyanın ən gözəl məkanlarından olan bu ərazilərin təbiətinə divan tutmuşdular. Nadir ağaclarla, kollarla zəngin meşələrini qırmışdılar. Azərbaycanın ölkə və dünya əhəmiyyətli abidələrini erməni vəhşiləri məhv etmiş, tarixi və müasir tikililəri uçurub dağıtmışdılar. Ermənistanın xarabalığa çevirdiyi Qarabağı və Şərqi Zəngəzuru dirçəltmək üçün yenidən qurmaq lazım idi. Bu isə uzun vaxt tələb edir. Ancaq hazırda həmin bölgələrimizdə uğurla reallaşdırılan tikinti-abadlıq, quruculuq işləri təsdiq edir ki, Azərbaycan bu çətin, müşkül işlərin də öhdəsindən gəlir. 

Azərbaycan dövləti Qarabağda və Şərqi Zəngəzurda Böyük qayıdış  proqramı həyata keçirir. Otuz il yağıların tapdağı altında qalmış ərazilərimiz tədricən bərpa olunur. İşğalçıların uçurduqları, külə çevirdikləri yurd yerlərimizdə yeni evlər tikilir, infrastrukturlar qurulur. Azərbaycanlılar öz doğma yurdlarına, evlərinə qayıdırlar. 

İndi Qarabağa və Şərqi Zəngəzura səfər edənlər xarabalıqlar içərisində ucaldılan yeni kəndləri, qəsəbələri, rayonları, şəhərləri görəndə heyrətlərini və məmnunluqlarını dilə gətirirlər.

Sözügedən görüşdə də qonaqlar Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına səfər etdiklərini vurğuladılar. Həmin ərazilərimizdə qısa müddətdə həyata keçirilən bərpa-quruculuq işlərinin onlara böyük təəssüratlar bağışladığını bildirdilər.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Diplomatik xidmət haqqında 

02:14
19 Fevral

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

02:13
19 Fevral

Qazaxıstan Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumun obyektinə hücumla bağlı məsələyə aydınlıq gətirib  

22:59
18 Fevral

Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir

22:58
18 Fevral

Bolqarıstan mətbuatında azərbaycanlıların doğma torpaqlarına qayıdışı geniş işıqlandırılıb

22:57
18 Fevral

Rusiya-ABŞ danışıqları başa çatıb

20:29
18 Fevral

İstanbulda TÜRKPA-nın Xarici Əlaqələr Komissiyalarının ortaq bəyanatı yayımlanıb

20:29
18 Fevral

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb

20:08
18 Fevral

May ayında “Caspian Agro” və Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri keçiriləcək

20:01
18 Fevral

Azərbaycanda iqtisadi şaxələndirməyə və yaşıl artıma dəstək məsələləri müzakirə olunub  

19:52
18 Fevral

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Heydər Əliyev Mərkəzində olub  

19:29
18 Fevral

Xəzər İsayev: Prezident İlham Əliyev ölkəmizdə Olimpiya hərəkatına rəhbərlik etdikdən sonra idmanda böyük uğurlar qazanılıb  

19:27
18 Fevral

Prezident İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub YENİLƏNİB

19:26
18 Fevral

ABŞ Dövlət Departamenti Rusiya ilə görüşün nəticələri barədə açıqlama yayıb

19:25
18 Fevral

Gürcüstan və Azərbaycan dəmir yolu ilə sərnişin daşınmasını müzakirə edib

19:23
18 Fevral

Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

19:20
18 Fevral

Baş nazir Əli Əsədov İran Prezidenti Məsud Pezeşkianla görüşüb

19:17
18 Fevral

AMB və Səudiyyə Mərkəzi Bankı əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edib  

19:16
18 Fevral

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib  

19:12
18 Fevral

Prezident İlham Əliyev Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub YENİLƏNİB

18:50
18 Fevral

Volodimir Zelenski: Ukrayna ərazi bütövlüyü ilə bağlı güzəştə getməyəcək

18:49
18 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!