30 Yanvar 2025 08:20
245
CƏMİYYƏT
A- A+
Demokratik və şəffaf seçki ənənəsinin növbəti təzahürü

Demokratik və şəffaf seçki ənənəsinin növbəti təzahürü


Nizami rayonunda da seçici fəallığı müşahidə olundu


Ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycanda dünən bələdiyyə seçkiləri keçirildi. 1999-cu ildən bəri keçirilən sayca 6-cı ümumrespublika seçkisində 16 min 92 namizəd mübarizə apardı. 

Seçicilərin azad və sərbəst səs verməsi üçün hər cür zəruri avadanlıqlarla təmin edilmiş məntəqələrə 6 milyon 52 min 721 seçki bülleteni paylanılmışdı. Bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 961 min 987, seçkiləri izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı isə 70 min 625 nəfər idi.

Səsvermənin şəffaflığını təmin etmək üçün bütün digər vasitələrlə yanaşı, 1000 seçki məntəqəsində veb-kameralar da quraşdırılmışdı.

Biz də seçki prosesini 25 saylı Nizami II Seçki Dairəsinin məntəqələrində izlədik. 25 saylı seçki dairəsi üzrə 29 namizəd mübarizə aparırdı. Seçicilərin məntəqələrə yaxınlaşaraq öz konstitusion hüquqlarından istifadə etdiyini müşahidə etdik. Ümumilikdə seçki məntəqələri üzrə seçici fəallığını orta hesab etmək olardı. Dairə Seçki Komissiyasının sədri Heydər Vəliyevdən seçki prosesi ilə bağlı məlumatları öyrəndik. O qeyd etdi ki, bələdiyyə seçkilərində şəffaflığın və aşkarlığın təmin olunması üçün 25 saylı Nizami II Seçki Dairəsi üzrə 34 seçki məntəqəsində vətəndaşların iradələrini sərbəst ifadə etməsi üçün hər bir şərait yaradılıb. Həmin məntəqələr üzrə 48474 seçici var: "Nizami II Seçki Dairəsi üzrə 34 məntəqədən 10-da veb-kameralar quraşdırılıb. Bu kameralar vasitəsilə seçki prosesini müşahidə etmək mümkündür".

DSK sədri bildirdi ki, bundan başqa, seçki dairəsinin 34 məntəqəsində 423 yerli müşahidəçi seçki prosesini izləyir. Müəyyən olunmuş saatlarda məntəqələrdən seçici sayı və aktivliyi barədə məlumatlar daxil olur. "Səhər saatlarında əsasən, 5467 seçici məntəqələrə yaxınlaşaraq öz seçim hüququndan sərbəst şəkildə istifadə edib, istədiyi namizədə səs verib. Hələ ki seçici fəallığı 11,28 faizdir. Seçici aktivliyinin orta səviyyədə olduğunu demək olar", - deyə o əlavə edib.

H.Vəliyev onu da vurğuladı ki, məntəqəyə yaxınlaşa bilməyən, ərizə ilə müraciət edən xəstə, yaşlı şəxslərə bülletenlər daşınan qutularda mənzillərinə çatdırılır və onlar istədiyi namizədə rahatlıqla səs verə bilirlər.

Seçki prosesini izlədiyimiz 25 saylı Nizami II Seçki Dairəsinin 17 saylı məntəqə seçki komissiyasının sədri Sevinc Bayramova qeyd etdi ki, saat 10:00-a olan məlumata əsasən, 96 nəfər səs verib: "Bu saata görə, aktivlik yaxşıdır. Seçki prosesini 13 yerli müşahidəçi izləyir. Məntəqə üzrə seçici siyahısında ümumilikdə 1472 nəfər qeydiyyatdadır. Seçki prosesi şəffaf şəkildə, heç bir problem olmadan keçir. Seçicilər məntəqəyə yaxınlaşaraq seçki hüquqlarından sərbəst şəkildə istifadə edərək istədikləri namizədə səs verirlər".

Seçki dairəsinin 18 saylı seçki məntəqəsinin sədri Vahid Bayramov da bildirdi ki, seçici fəallığı müşahidə olunur. Məntəqədə 9 yerli müşahidəçi prosesi izləyir. İndiyə kimi hər hansı qanun pozuntusu qeydə alınmayıb, bununla bağlı müraciət daxil olmayıb.

Məntəqə üzrə 1496 seçicinin qeydiyyatda olduğunu deyən komissiya sədri qeyd etdi ki, saat 10:00-a qədər 64 nəfər səs verib: "Məntəqədə şəffaflığın təmin olunması üçün hər bir şərait yaradılıb. Eyni zamanda yerli müşahidəçilər də prosesi izləyirlər. Məntəqədə veb-kamera quraşdırılıb ki, bunun da sayəsində seçki prosesini uzaqdan canlı izləmək  mümkündür", - deyə V.Bayramov əlavə etdi.

25 saylı Nizami II Seçki Dairəsinin 19 saylı seçki məntəqəsində də səsvermə prosesini müşahidə etdik. Məntəqə seçki komissiyasının sədri Maral Seyidəliyeva qəzetimizə açıqlamasında bildirdi ki, məntəqə üzrə siyahıda 1352 seçici var: "Səhər saatları olmasına baxmayaraq, seçici fəallığını görürük. Saat 10:00-a olan məlumata əsasən, 88 nəfər səs verib. İndiyədək hər hansı qanun pozuntusu qeydə alınmayıb. Seçicilər məntəqəyə yaxınlaşaraq bülleteni götürüb istədikləri namizədə səs verib gedirlər".

M.Seyidəliyeva qeyd etdi ki, seçki prosesini 12 yerli müşahidəçi izləyir. Onlardan da  qanun pozuntusu ilə bağlı indiyədək hər hansı məlumat daxil olmayıb. "Məntəqədə seçki prosesinin şəffaf və demokratik şəraitdə keçirilməsi üçün hər bir şərait yaradılıb. Proses nizamlı şəkildə davam edir", - deyə məntəqə seçki komissiyasının sədri əlavə etdi.

Nizami rayonunda 25 saylı Seçki Dairəsinə daxil olan məntəqələrdə seçki prosesinin qaydalara uyğun, heç bir problem olmadan davam etdiyini müşahidə etdik. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Diplomatik xidmət haqqında 

02:14
19 Fevral

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

02:13
19 Fevral

Qazaxıstan Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumun obyektinə hücumla bağlı məsələyə aydınlıq gətirib  

22:59
18 Fevral

Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir

22:58
18 Fevral

Bolqarıstan mətbuatında azərbaycanlıların doğma torpaqlarına qayıdışı geniş işıqlandırılıb

22:57
18 Fevral

Rusiya-ABŞ danışıqları başa çatıb

20:29
18 Fevral

İstanbulda TÜRKPA-nın Xarici Əlaqələr Komissiyalarının ortaq bəyanatı yayımlanıb

20:29
18 Fevral

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb

20:08
18 Fevral

May ayında “Caspian Agro” və Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri keçiriləcək

20:01
18 Fevral

Azərbaycanda iqtisadi şaxələndirməyə və yaşıl artıma dəstək məsələləri müzakirə olunub  

19:52
18 Fevral

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Heydər Əliyev Mərkəzində olub  

19:29
18 Fevral

Xəzər İsayev: Prezident İlham Əliyev ölkəmizdə Olimpiya hərəkatına rəhbərlik etdikdən sonra idmanda böyük uğurlar qazanılıb  

19:27
18 Fevral

Prezident İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub YENİLƏNİB

19:26
18 Fevral

ABŞ Dövlət Departamenti Rusiya ilə görüşün nəticələri barədə açıqlama yayıb

19:25
18 Fevral

Gürcüstan və Azərbaycan dəmir yolu ilə sərnişin daşınmasını müzakirə edib

19:23
18 Fevral

Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

19:20
18 Fevral

Baş nazir Əli Əsədov İran Prezidenti Məsud Pezeşkianla görüşüb

19:17
18 Fevral

AMB və Səudiyyə Mərkəzi Bankı əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edib  

19:16
18 Fevral

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib  

19:12
18 Fevral

Prezident İlham Əliyev Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub YENİLƏNİB

18:50
18 Fevral

Volodimir Zelenski: Ukrayna ərazi bütövlüyü ilə bağlı güzəştə getməyəcək

18:49
18 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
2425262728  

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!