12 İyun 2026 08:10
151
İQTİSADİYYAT
A- A+
Kənd təsərrüfatının inkişafında yeni mərhələ: dövlət siyasəti, ictimai iştirakçılıq və yeni prioritetlər

Kənd təsərrüfatının inkişafında yeni mərhələ: dövlət siyasəti, ictimai iştirakçılıq və yeni prioritetlər


Azərbaycanın iqtisadi inkişaf strategiyasında kənd təsərrüfatı hər zaman xüsusi yer tutub.

Son illər həyata keçirilən məqsədyönlü islahatlar, dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi və fermerlərin fəaliyyətinin stimullaşdırılması aqrar sektorun inkişafında yeni imkanlar yaradıb. Bu gün ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxaldan asılılığın azaldılması və ixracyönümlü istehsalın genişləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir.

Prezident İlham Əliyevin 2026-cı il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər də bu sahənin ölkənin gələcək inkişafı baxımından strateji əhəmiyyətini bir daha ortaya qoydu. Dövlət başçısı vurğuladı ki, kənd təsərrüfatı yalnız iqtisadiyyatın mühüm sahəsi deyil, həm də ölkənin ərzaq və milli təhlükəsizliyinin əsas dayaqlarından biridir. Azərbaycan Prezidenti məhsuldarlığın artırılması, innovasiyaların tətbiqi və ixrac potensialının genişləndirilməsi ilə bağlı mühüm tapşırıqlar verdi. Bu tapşırıqlar aqrar sektorun inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Məhz bu baxımdan iyunun 11-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində keçirilən "Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər" mövzusunda ictimai müzakirə xüsusi əhəmiyyət daşıyır. Aqrar sahə profilli qeyri-hökumət təşkilatlarının iştirak etdiyi tədbirdə dövlət başçısının müəyyən etdiyi prioritetlər fonunda vətəndaş cəmiyyətinin bu prosesdə rolu geniş müzakirə olundu. Agentliyin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev çıxışında bildirdi ki, Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı müəyyən etdiyi vəzifələr aqrar sahədə yeni inkişaf mərhələsi yaradır. 

Rizvan Nəbiyev xüsusilə vurğulayıb ki, aqrar sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları bu prosesdə daha fəal iştirak etməli, öz ideya və təklifləri ilə aparılan islahatlara töhfə verməlidirlər. Diqqətçəkən məqamlardan biri də aqrar mövzuların QHT Agentliyinin növbəti qrant müsabiqələrinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilməsidir. Bu qərar vətəndaş cəmiyyətinin aqrar siyasətin həyata keçirilməsində rolunun daha da gücləndirilməsinə xidmət edəcək.

Tədbirdə çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Bağış Əhmədov aqrar sektorun inkişaf perspektivləri barədə ətraflı məlumat verib. O bildirib ki, kənd təsərrüfatı ümumi daxili məhsulda 5,9 faiz paya malik olsa da, kənd yerlərində məşğulluğun təmin olunması və ərzaq təhlükəsizliyinin qorunmasında əvəzsiz rol oynayır. Səsləndirilən proqnozlara görə, 2030-cu ilədək kənd təsərrüfatında yaradılan əlavə dəyərin 2025-ci illə müqayisədə ən azı 10,4 faiz artacağı gözlənilir. Bu artımın əsas mənbəyi isə ixrac potensialının genişlənməsi olacaq. Gözləntilərə əsasən, kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixracı qeyd olunan dövrdə təxminən 34 faiz artacaq.

Müzakirələr zamanı aqrar sahədə elmin və innovasiyaların roluna da xüsusi diqqət ayrılıb. İtaliya-Azərbaycan Universitetinin Kənd təsərrüfatı və qida elmləri fakültəsinin müəllimi, professor Sahil Quliyev iqlim dəyişiklikləri şəraitində aqrar istehsalın dayanıqlığının təmin olunması üçün müasir texnologiyaların, rəqəmsal həllərin və elmi yeniliklərin tətbiqinin vacibliyini qeyd edib. O, aqrar təhsil müəssisələri, elmi-tədqiqat institutları və fermerlər arasında əməkdaşlığın genişləndirilməsinin gələcək inkişaf üçün mühüm əhəmiyyət daşıdığını vurğuladı.

Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri Mürvət Həsənli isə aqrar sahədə fəaliyyət göstərən çoxsaylı assosiasiyaların və vətəndaş cəmiyyəti institutlarının bir platformada təmsil olunmasının əhəmiyyətindən danışdı. O bildirdi ki, fermerlərin problemlərinin operativ şəkildə öyrənilməsi, onların təkliflərinin aidiyyəti qurumlara çatdırılması və qərarların qəbulunda ictimai iştirakçılığın təmin edilməsi aqrar siyasətin effektivliyini artıran mühüm amillərdəndir. Müzakirələrdə iştirak edən QHT nümayəndələri də kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə təkliflərini səsləndirdilər. "Azərbaycan Trüfel İstehsalçılarının İnkişafına Dəstək" İctimai Birliyinin sədri Lalə Həmidova ölkədə yüksək gəlir gətirən trüfel istehsalının inkişafı üçün geniş imkanların formalaşdığını diqqətə çatdırdı.

Tədbirdə səsləndirilən mühüm fikirlərdən biri də aqrar sahədə maarifləndirmənin gücləndirilməsi ilə bağlı oldu. Bildirildi ki, xüsusilə radio və digər media platformalarında kənd təsərrüfatı ilə bağlı məlumatların daha geniş yayılmasına, ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının mövqelərinin ictimaiyyətə çatdırılmasına ciddi ehtiyac var. Məhz bu məqsədlə müzakirələrə ölkənin aparıcı radio kanallarının rəhbər şəxsləri də dəvət olunublar.

Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin müəyyən etdiyi yeni inkişaf prioritetləri fonunda Azərbaycan kənd təsərrüfatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Dövlət qurumları, elmi müəssisələr, özəl sektor, fermerlər və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyəti ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmlənməsinə, ixrac imkanlarının genişlənməsinə və kənd yerlərinin davamlı inkişafına mühüm töhfə verəcək. QHT Agentliyində keçirilən ictimai müzakirə də məhz bu strateji məqsədlərə xidmət edən geniş əməkdaşlıq platformasının formalaşdığını nümayiş etdirdi.


Elşən QƏNİYEV,

İlham Babayev (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aktyor əbədiyyəti səhnədə qazanır

09:30
12 İyun

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

09:26
12 İyun

Çətinliklərdən ümidə doğru...

09:25
12 İyun

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

09:24
12 İyun

Dünya çempionatı: “Beşiktaş”ın hücumçusu Cənubi Koreya millisinə qələbə qazandırıb  

09:23
12 İyun

Lənkərandakı Həzi Aslanov parkında yenidənqurma işləri aparılır

09:23
12 İyun

Neftçalada "Şəhərsalma və Memarlıq İli" çərçivəsində tədbirlər davam edir

09:20
12 İyun

Astara: sitrusçuluq və düyüçülükdən tutmuş balıqçılıq və akvakulturayacan

09:15
12 İyun

Masallıda yaş barama tədarükünə başlanılıb

09:10
12 İyun

Rayon Prokurorluğunda "Açıq qapı" günü 

09:05
12 İyun

"Milli Qurtuluşun hüquqi təməlləri və qanunçuluq" mövzusunda konfrans keçirilib

09:00
12 İyun

Şəfəqdə ucalan yurd sevgisi

08:55
12 İyun

Əli bəy Hüseynzadənin Vətənə son gəlişi və tarixi missiyası

08:50
12 İyun

TANAP-ın istifadəyə verilməsindən 8 il ötür

08:45
12 İyun

Neftdənkənar inkişaf - Azərbaycan iqtisadiyyatının yenilənmə modeli

08:40
12 İyun

Dayanıqlı və rəqabətqabiliyyətli inkişafın Azərbaycan nümunəsi

08:35
12 İyun

Qərəzindən əl çəkə bilməyən Fransa

08:30
12 İyun

Neft qiymətləri yenidən artdı 

08:25
12 İyun

Dövlətçiliyin xilasına aparan yol

08:23
12 İyun

Milli qurtuluşdan güclü və qalib Azərbaycana

08:20
12 İyun

Xalq-lider birliyinin təntənəsi

08:15
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!