14 Fevral 2025 09:05
264
SİYASƏT
A- A+
İlham Əliyevin növbəti missiyası - Böyük qayıdış

İlham Əliyevin növbəti missiyası - Böyük qayıdış


21 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək Ulu Öndər Heydər Əliyevin  siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə  ilk dəfə səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqlədi. Yeni əsrin yeni lideri İlham Əliyev bu 21 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə  və qlobal səviyyədə  böyük gücə çevirdi. 

Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. Bəlkə də Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Ötən illər həm də onu göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir.  

Prezident İlham Əliyev  ötən il fevralın 7-də növbədənkənar prezident seçkisində xalqın 92,12 faizinin səsini  qazanaraq 7 il müddətinə yenidən dövlət  başçısı kürsüsündə oturdu. Seçkinin adı Zəfər seçkisi idi.  Vətən müharibəsindən zəfərlə çıxan Azərbaycan dövlətinin rəhbəri, Ali Baş Komandan İlham Əliyev bu seçkidən alnıaçıq, başıuca çıxdı. Güclü liderin bu qələbəsi işğaldan azad edilmiş ərazilərdə aparılan  bərpa-quruculuq işlərinə yeni bir  stimul verdi. Bu, İlham Əliyevin  Qarabağa və Şərqi Zəngəzura səfərləri  zamanı bərpa-quruculuq işləri ilə tanışlığı, həmçinin yaşayış məntəqələrinin, vacib infrastruktur obyektlərinin açılışlarında, təməlqoyma mərasimlərində iştirak etməsi ilə ehtiva olunur. 

Biz bu yazıda liderin son bir ildə şəxsi rəhbərliyi və birbaşa tapşırığı ilə məhz Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrdən bəhs edəcəyik. Seçkiyə qədər də işğaldan azad olunmuş  ərazilərin minalardan təmizlənməsi, şəhərlərin, kəndlərin yenidən salınması, keçmiş müvəqqəti köçkünlərin "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən məskunlaşdırılması, həmin bölgələrdə sosial-iqtisadi infrastrukturun yaradılması Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən idi. Ona görə bu istiqamətdə işlər 2024-cü ildə də yüksək sürətlə və keyfiyyətlə həyata keçirilməyə başladı. Və bütün bunlar dövlət başçısının diqqəti və qayğısı ilə müşayiət olunub. Müharibədən sonrakı 4 ildə Qarabağa və Şərqi Zəngəzura səfərlərini sadalamaq çox vaxt aparar.  Təkcə onu deyə bilərik ki, Azərbaycan xalqı dövlət başçısının azad olunmuş ərazilərdəki bərpa və inşaat işlərinə həssaslıqla yanaşdığına, doğma yurda köç etmiş insanlarla səmimi ünsiyyətinə şahiddir. Prezidentin regiona səfəri sanki bir ənənəyə çevrilib.

Bir il əvvəlki seçkidən sonra da Prezident İlham Əliyev ənənəsinə sadiq qalaraq ilk səfərini fevralın 26-da Xocalı şəhərinə etdi. Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, sonra Xocalı Soyqırımı Memorialının təməlini qoyaraq, sakinlərlə birlikdə şəhərdə aparılan tikinti işlərinin gedişi ilə tanış oldu. Sakinlərlə dövlət başçısının səmimi görüşü, aralarındakı dialoq yaddaşlara həkk olunub. O gündən bu günədək Xocalıda xeyli tikinti-quruculuq işləri reallaşdırılıb, bu yaşayış məskəni yeni siması ilə sakinlərinə qucaq açıb. Xocalıya ilk köçü ötən ilin son ayında - dekabrın 13-də 27 ailə olmaqla 152 nəfər edib. Onlar rayonun Ballıca kəndinin sakinləri idi. Dekabrın 27-də növbəti köç karvanı yenə də Ballıca kəndinə  istiqamət götürdü.  Kəndə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub. Beləliklə, 48 ailəni birləşdirən  271 nəfər Xocalı sakini 32 ildən sonra öz vətənlərinə qayıtmalarının sevincini yaşayıb, evlərində məskunlaşıb. İşğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi, Ballıca kəndində də həyat yenidən canlanıb. Böyük qayıdışla bağlı kənddə bütün infrastruktur yenidən qurulub. Kənd elektrik enerjisi, içməli su, təbii qaz və sürətli internetlə təmin olunub. 

Qarabağ və Şərqi Zəngəzurda ötən il həyata keçirilən digər layihələrdən də söz  açaraq Prezident İlham Əliyevin regiona nə qədər həssaslıqla yanaşdığını qeyd etmiş oluruq. 2024-cü il martın 12-də  dövlət başçısı Azərbaycana səfər edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birlikdə Füzuli rayonunda inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak edib. Görülən digər işlərlə, o cümlədən Füzuli şəhərinin baş planı ilə tanış olarkən  dövlət başçılarına 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılmasının nəzərdə tutulduğu barədə məlumat verilib. Azərbaycan və Qazaxıstan prezidentlərinə Füzuli şəhərində inşa olunacaq Mərkəzi Rayon Xəstəxanası barədə məlumat verilib. Bildirilib ki, 180 çarpayılıq yeni xəstəxananın inşasında Qazaxıstanın "BI Group" şirkəti də iştirak edəcək. Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması işinə Özbəkistan və Qazaxıstanla bərabər, Qırğızıstan da fəal şəkildə qoşulub. Ötən il aprelin 25-də Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlini qoyublar. Bu məktəb Qırğızıstan Prezidentinin təşəbbüsü ilə inşa olunur.

Prezidentin ötənilki səfərləri çərçivəsində ən maraqlı və yadda qalanı mayın 10-da Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş olub. Görüşdə ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən, 20 ailə olmaqla 88 nəfərin köçürüldüyü bildirilib. Şuşaya ilk köç edən ailələrlə görüşən dövlət başçısı mənzillərin açarlarını sakinlərə təqdim edərək deyib: "Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq - ən müasir, ən rahat, ən gözəl. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, əminəm, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək". 

Xatırladaq ki, həmin gün dövlət başçısı Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilmiş birinci tunelin, Şuşada "Şirin su" hamamının, Mamayı məscidinin açılışlarında iştirak edib, şəhərdə inşa olunacaq üçüncü yaşayış kompleksinin və Turşsu qəsəbəsinin təməllərini qoyub. Bu səfər çərçivəsində  dövlət başçısı Laçın rayonunun  Sus  kəndinə də gedərək görülən işlərlə tanış olub, yurda dönmüş sakinlərlə  görüşüb. Ölkə rəhbərinə kənddə 60-a yaxın fərdi evin tikilməsi, 132 şagird yerlik orta məktəbin, 50 yerlik uşaq bağçasının hazır olması barədə də məlumat verilib.

Bir həftə sonra mayın 18-də  yenidən Şərqi Zəngəzura səfər edən Prezident İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin, Zəngilan rayonunun Mincivan qəsəbəsinin, bundan 10 gün sonra isə Ağdam rayonunun Tağıbəyli, Güllücə, Nəmirli və Şotlanlı kəndlərinin təməllərini qoyub. Sonra Prezident İlham Əliyev Xocalıda 180 mənzildən ibarət 15 binada yaradılan şəraitlə tanış olub, şəhərə köçən sakinlərlə görüşüb, evlərin açarlarını onlara təqdim edib.

Prezidentin  ötən bir ildə azad edilmiş ərazilərdə görülən quruculuq işləri ilə bağlı 3 faktı  xatırlatmağı məqsədəuyğun hesab edirik. Sentyabrın 2-də Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin və inzibati binanın, həmçinin İstisu qəsəbəsinin, sentyabrın 19-20-də isə Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməllərini qoyub. Ölkə rəhbəri sentyabrın 20-də - Dövlət Suverenliyi Günündə Xankəndi şəhərində Qarabağ Universitetinin və bu ali məktəbin tələbə yataqxanasının təmirdən sonra açılış mərasimində iştirak edib.

Sonrakı ayda lider Cəbrayıla səfər edib. Oktyabrın 3-də baş tutan səfər zamanı  Prezident Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub, Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak edib. Səfər çərçivəsində Zəngilan rayonunda da olan Prezident İlham Əliyev Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoyub. 4 Oktyabr  - Cəbrayıl Şəhəri Günündə Prezidenti İlham Əliyev rayon mərkəzində inşa olunmuş yaşayış kompleksinin açılışında iştirak edib, yeni evlərə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib.

Əvvəlki illərdə olduğu kimi, 2024-cü ildə də Prezidentin işğaldan azad edilmiş ərazilərə etdiyi səfərlər təkcə bərpa-quruculuq işləri ilə ehtiva olunmayıb. O, Azərbaycanın öz tarixinə, köklərinə bağlı olan ölkə olduğunu göstərməklə yanaşı,  həm də müasir dövlət olduğunu, müasir inkişafdan geri qalmadığını, bütün digər dinlərə, mədəniyyətlərə hörmətlə yanaşdığını da nümayiş etdirib, Böyük qayıdışın davam etdiyini dünyaya göstərib. Həmçinin ermənilərin törətdiyi vandallığı ardıcıl olaraq xarici dövlətlərin diqqətinə çatdırıb. Azərbaycan lideri  bütün istiqamətlər üzrə fikirlərini hər zaman olduğu kimi, bu səfərlər zamanı da  dilə gətirib və mesajlarını verib. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Novruz- Milli, tarixi və mədəni ənənəmiz 

19:06
16 Mart

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib  

18:10
16 Mart

Şimali Makedoniya DİN: Yanğında 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb

16:20
16 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

15:21
16 Mart

Şimali Makedoniyada gecə klubunda baş verən yanğında azı 50 nəfər ölüb

14:16
16 Mart

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 

13:41
16 Mart

Zelenski: Ukrayna müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımır

12:29
16 Mart

Azərbaycan boksçuları Macarıstanda 1 qızıl, 2 gümüş medal qazanıblar

12:14
16 Mart

“Diplomatic World Sweden” saytı “Yaşıl enerji dəhlizi” layihəsi haqqında yazıb  

12:08
16 Mart

ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb  

11:07
16 Mart

Media: ABŞ Sənadakı husilərin siyasi şurasının qərargahını hədəfə alıb

10:15
16 Mart

Bilmək istəyirəm

09:30
16 Mart

Heydər Əliyev seyrəngahı Novruza hazırlaşır 

09:25
16 Mart

Zəfər estafeti

09:20
16 Mart

Tranzit imkanları Azərbaycanı tezliklə dünya ticarətinə yön verən ölkəyə çevirəcək

09:15
16 Mart

"Cənub qaz dəhlizi"nin birləşdirici halqası

09:10
16 Mart

Saatlıda pambığın becərilməsində yeni texnologiyaların tətbiqindən danışılıb

09:05
16 Mart

Yerlərdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində ağacəkmə aksiyaları keçirilir

09:00
16 Mart

Dövlətin daha bir sosial layihəsi - "Himayədar ailə" qayğı modeli

08:55
16 Mart

Qərbi Azərbaycana qayıdış mövzusu Gəncədə də gündəmdən düşmür

08:50
16 Mart

Kəndlinin yeni ili bahardan başlayır

08:45
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!