16 Noyabr 2026 18:40
86
SİYASƏT
A- A+
Ceyhun Bayramov britaniyalı həmkarı ilə regional təhlükəsizliyi və ikitərəfli əməkdaşlığı müzakirə edib  

Ceyhun Bayramov britaniyalı həmkarı ilə regional təhlükəsizliyi və ikitərəfli əməkdaşlığı müzakirə edib  


Noyabrın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Krallığın xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi Ed Milibənd arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov Ed Milibəndi dövlət katibi vəzifəsinə təyin olunması münasibətilə bir daha təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Telefon danışığı zamanı Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, habelə yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsinin əhəmiyyəti müzakirə olunub.

Bu çərçivədə, liderlər səviyyəsində sonuncu Avropa Siyasi Birliyi (EPC) Zirvə toplantısı zamanı keçirilmiş görüşün, eləcə də “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin qəbul edilməsinin ikitərəfli münasibətlərin inkişafında əhəmiyyəti vurğulanıb. Sənədin əhatə etdiyi istiqamətlər üzrə əməkdaşlığın konkret məzmunla zənginləşdirilməsi və praktiki nəticələrin əldə olunması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə edib, Cənubi Qafqazda mövcud vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Azərbaycanın regionda davamlı sülhün və sabitliyin təmin olunmasına, kommunikasiyaların açılmasına və iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş səyləri barədə qarşı tərəfə məlumat verib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər də müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi doqquz ayda 306 milyon dolları ötüb

18:41
16 Noyabr

Ceyhun Bayramov britaniyalı həmkarı ilə regional təhlükəsizliyi və ikitərəfli əməkdaşlığı müzakirə edib  

18:40
16 Noyabr

Gələcəyin peşələri və insan kapitalı: Bakıda Milli Məşğulluq Forumu təşkil olunub  

18:39
16 Noyabr

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib  

18:37
16 Noyabr

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirib

18:36
16 Noyabr

COP29-un prezidenti: Meşələrin qorunması gələcəyimizin təminat altına alınması deməkdir  

18:35
16 Noyabr

Qara dənizdə batan gəmidə aralarında 4 azərbaycanlının da olduğu heyət üzvləri xilas edilib

18:34
16 Noyabr

İnsan bədənində toxuma çapı  

17:23
16 Noyabr

Rusiya və Çin arasında hərbi-texniki əməkdaşlıq dərinləşir  

17:15
16 Noyabr

Sinir hüceyrələrini məhv olmaqdan qoruyan təbii maddə tapılıb

17:07
16 Noyabr

Alimlər gəzərkən yorğunluğu azaldan xüsusi corablar hazırlayıblar

17:05
16 Noyabr

Ötən həftənin iqtisadi icmalı  

17:03
16 Noyabr

COP31-də Ermənistanın törətdiyi ekosiddən bəhs edən “Bir ovuc dünya” sənədli filmi nümayiş olunub  

17:01
16 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:00
16 Noyabr

Muxtar Babayev: İqlim maliyyəsi ölkələr üçün əlverişli və əlçatan olmalıdır

16:43
16 Noyabr

Azərbaycan ilə Gürcüstan sərhəddə yük və sərnişin qatarlarının keçid müddətinin azaldılmasını müzakirə edib  

16:03
16 Noyabr

Kanada avtomobil sektoru üçün Avropa və Asiya variantlarını araşdırır

15:58
16 Noyabr

Şəhidliyin və qəhrəmanlığın yazıya hopan salnaməsi  

15:51
16 Noyabr

İspaniyada 4 min il əvvələ aid monumental daş məzarlar aşkarlanıb  

15:21
16 Noyabr

Nazir Emin Əmrullayev Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib  

15:20
16 Noyabr

Yaxın iki günün hava proqnozu açıqlanıb

15:13
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!