31 Oktyabr 2024 22:54
1543
Mədəniyyət
A- A+
Bakıda türkiyəli rəssamların “Müasir incəsənətdə Göbəklitəpə” adlı sərgisi açılıb  

Bakıda türkiyəli rəssamların “Müasir incəsənətdə Göbəklitəpə” adlı sərgisi açılıb  

Oktyabrın 31-də Azərbaycan Milli Xalça Muzeyində Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Müasir incəsənətdə Göbəklitəpə” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, Yunus Əmrə İnstitutu və Türkiyə Xarici İşlər Nazirliyinin dəstəyi ilə keçirilən sərgidə 30 türkiyəli rəssamın bəşəriyyətin mühüm arxeoloji kəşflərindən olan Göbəklitəpəyə həsr etdikləri əsərlər yer alıb.

Sərginin kuratoru Siret Uyanık, layihənin məsləhət şurasının üzvləri professorlar Aydın Ayan, Alaybəy Karoğlu və Teymur Rzayevdir.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova deyib ki, bu, unikal, maarifləndirici sərgidir. Türkiyədə yaşayan cağdaş rəssamların əsərlərində yer alan Göbəklitəpə təsvirləri hər kəsin xoşuna gələcək.

Onun sözlərinə görə, sərginin ölkəmizdə keçiriləcək COP29 ərəfəsində açılması böyük əhəmiyyət daşıyır.

Tədbirdə Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıc, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və sərginin kuratoru Siret Uyanık çıxış edərək ölkələrimiz arasındakı böyük mədəniyyət əlaqələrinə belə sərgilərin verdiyi töhfədən danışıblar.

Diqqətə çatdırılıb ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan 12 min il əvvələ aid Göbəklitəpə bəşəriyyətin ən qədim yaşayış məskənlərindən biri və yer üzündəki ilk ibadət yeri, məbəd sayılır. Bir çox bəşəri suallara yeni cavablar təqdim edən bu füsunkar arxeoloji ərazi nəhəng daş strukturları ilə tanınır.

Məlumat verilib ki, Göbəklitəpə arxeoloji sahəsi, Şanlıurfa şəhərinin mərkəzindən 18 kilometr şimal-şərqdə, Örencik kəndi yaxınlığında yerləşir. Ərazi 1963-cü ildə İstanbul və Çikaqo Universitetlərinin birgə aparılan tədqiqatları zamanı aşkar olunub və "V52 Neolit Yaşayış məntəqəsi" olaraq təyin edilib.

Qeyd edilib ki, bu ərazi 1963-cü ildə kəşf edilsə də, ilk dəfə qazıntılara 1995-ci ildə Alman Arxeologiya İnstitutunun professoru Klaus Şmitin rəhbərliyi ilə başlanılıb və təxminən 10 min il yerin altında qalan “gizli xəzinə” üzə çıxarılıb.

Yaşayış sahəsi kimi istifadə edilməyən və yalnız dini məqsədlər üçün xidmət göstərən bu yerdə çoxsaylı məbədlər var. Bu baxımdan dünyanın ən qədim deyil, həm də ən böyük ibadət mərkəzi hesab olunur. Bütün bu bölgənin Neolit dövrünün inanc və ziyarət mərkəzi olduğunu deməyə əsas verən və bu günə qədər onlardan 6-sı aşkar edilsə də, ümumi sayının 20-yə çatdığı geomaqnit ölçmələri ilə müəyyən edilən monumental tikililərin formaları biri-birinə oxşardır. Neolit dövründə hündürlüyü 6 metrə qədər olan "T" şəkilli sütunlara həkk olunan, daşlar üzərində təsvir olunmuş ən qədim və bəziləri üçölçülü olan heyvan təsvirləri əcdadlarımızın bədii istedadını üzə çıxarır.

Vurğulayıb ki, 20 il boyunca burada qazıntılar aparan professor Klaus Şmidt, "T" şəkilli və bəzilərində əl və barmaqların da göründüyü bu sütunların insan fiqurlarını təmsil etdiyini qəti şəkildə ifadə edir. Aparılan qazıntılar zamanı əldə edilən tapıntıların bəzilərini Şanlıurfa Muzeyində görmək mümkündür.

Göbəklitəpə bir çox yeni məlumat ortaya çıxarsa da, tapıntılarla bağlı hələ də cavabı məlum olmayan suallar elm adamlarını narahat edir. Bu məbədləri kimin tikdiyi, çəkisi 60 tona qədər olan sütunların buraya necə daşınaraq ucaldıldığı, niyə tonlarla torpaq və daşla örtülərək basdırıldığı, məbədlərin məqsədinin tam olaraq nə olduğu, cavabını gözləyən və yəqin ki, illərlə araşdırma tələb edəcək sirlərdir.

Yalnız dəqiq olan odur ki, bütün bu araşdırmalar bəşər tarixinə töhfə verməkdə davam edəcək və indiyə qədər yazılanları tamamilə dəyişdirəcək...

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgi noyabrın 6-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!