23 Oktyabr 2024 08:30
461
SİYASƏT
A- A+
Vaxt gələcək qərbi azərbaycanlılar da tarixi yurdlarına qayıdacaqlar

Vaxt gələcək qərbi azərbaycanlılar da tarixi yurdlarına qayıdacaqlar


Müasir tariximizin son 21 ilində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan misilsiz inkişaf yolu keçmişdir. Yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə dövlət başçısına xalqda böyük rəğbət, sonsuz inam və etibar yaratmışdır. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər və birgünlük lokal antiterror tədbirlərinin uğurlu nəticəsinə Ermənistanın 30 ildən artıq işğal altında saxladığı Azərbaycan torpaqları öz azadlığına qovuşmuşdur. Artıq Böyük qayıdışın işığında o kəndlərə, o rayonlara yüzlərlə məcburi köçkün ailəsi qayıtmışdır və proses uğurla davam edir.

Onilliklər ərzində doğma torpaqlarını tərk etməyə məcbur olmuş qərbi azərbaycanlılar müxtəlif qurumlarda birləşərək daim öz etirazlarını və tələblərini bildirmiş, bu məsələyə beynəlxalq səviyyədə diqqət cəlb etməyə dəfələrlə cəhdlər göstərmişlər. Ötən müddətdə kütləvi informasiya vasitələri, saytlar yaradılmış, dədə-baba yurdumuzun tarixinə, adət-ənənələrinə və digər məsələlərə həsr edilmiş yüzlərlə məqalə, onlarla kitab yazılmışdır. Ancaq nəyi necə və nə vaxt etmək lazım olduğunu hamıdan yaxşı bilən Prezident bu icmanın vahid bir qurumda birləşməsini məsləhət görüb, əslində, icmaya sahib çıxaraq onun fəaliyyətinə şərait yaradıb.     


Prezident Qərbi Azərbaycan İcmasının yaranmasını tarixi zərurətə çevirdi 


Prezident İlham Əliyev tarixi Zəfərdən sonra qərbi azərbaycanlıların da öz dədə-baba torpaqlarına qayıtmaq tələbini reallaşdırmağı zəruri və qanuni hesab  edib. Artıq iki ilə yaxındır ki, Qərbi Azərbaycan İcması "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisi kimi fəaliyyət göstərir. İcmanın yeni nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib. Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplanıldığı və saxlanıldığı ictimai quruma çevrilib. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir. 

2022-ci il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olmuş və bir qrup ziyalı ilə görüşündə demişdir: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənəd təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarixboyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır".

Zaman özü göstərdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma dövründə İrəvanın orada yaşayan insanlardan xəbərsiz ermənilərə verilməsi tarixi xəyanət idi. Bu azmış kimi, 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə tarixi torpağımız olan Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. 

Hamımız yaxşı bilirik ki, 1948-1953-cü illərdə qərbi azərbaycanlılar növbəti deportasiyaya məruz qalmışlar. Bu, sovet hökuməti tərəfindən Azərbaycan xalqına qarşı məqsədli şəkildə həyata keçirilən növbəti ədalətsizlik idi.                           

      

"Biz öz keçmişimizi yaxşı bilirik"


Azərbaycan Prezidenti Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə onu da vurğulamışdır ki, biz öz keçmişimizi yaxşı bilirik. Qərbi Azərbaycandan olan hər bir insan öz ulu babalarının yaşadıqları yerləri yaxşı bilir. İndi müxtəlif yollarla bu informasiyanı əldə etmək olar. Azərbaycanlıların məskunlaşdıqları yerlərin əksəriyyətində heç kim yaşamır. Ermənistanda bütövlükdə indi depopulyasiya dövrü hökm sürür. İnsanlar oradan gedir. Həm təbii artım yoxdur, eyni zamanda dözülməz siyasi vəziyyət, repressiyalar, faktiki olaraq diktatura və iqtisadi çətinliklər onları buna vadar edir. Bizim kəndlərimiz dağıdılır. Biz buna dözə bilmərik. Ona görə biz Qayıdış Konsepsiyası üzərində işləməliyik. Bu, çox sanballı sənəd olmalıdır. Əlbəttə ki, mütləq digər təkliflər də olacaq. 

Ümumiyyətlə, Prezident İlham Əliyevin qərbi azərbaycanlılara  qarşı ermənilərin həyata keçirdiyi soyqırımı və deportasiya məsələlərinin ətraflı şəkildə öyrənilməsi və tədqiqi, həqiqətin dünya xalqlarına çatdırılması 2022-ci ilin oktyabrında onun Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı çıxışından və imzaladığı fərmanlardan sonra sistemli şəkil almışdır.


Qərbi Azərbaycan İcmasının ədalətli mövqeyi dəstəklənir


Xatırladaq ki, icmanın beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanan, ədalətin və sülhün bərqərar olunmasına xidmət edən mövqeyini tərəqqipərvər dünya ictimaiyyəti də dəstəkləyir. Qürurverici haldır ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb.  Müraciətin belə bir mötəbər qurum tərəfindən dəstəklənməsi və yayılması indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi sahəsində böyük uğurdur. 

İnsanlar boya-başa çatdıqları doğma yurdlarına, kəndlərinə qayıtmağı özlərinə mənəvi borc bilirlər və bu həqiqətin gec-tez reallaşacağına inanırlar. Dövlət başçısı çıxışında qətiyyətlə "Gün gələcək qərbi azərbaycanlılar tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar" deməsi onlarda bu inamı qat-qat artırıb. Bunu Sosial Tədqiqatlar Mərkəzinin ölkəmizdə yaşı 18-24 arasında olanlar arasında keçirdiyi sorğudan da görmək olar. İctimai rəy sorğusunda respondentlərə "Prezident Qərbi Azərbaycana (İrəvan, Zəngəzur və Göyçə mahalına) qayıdışla bağlı yeni hədəfləri elan etdi. Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanırsınız" sualı ünvanlanıb. Ümumi nəticələr insanların 74,6 faizinin Qərbi Azərbaycana qayıdışın baş tutacağına inandıqlarını göstərib. 

İcmanın Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışı məsələsinin Brüsseldə gündəmə gətirilməsini alqışlayan bəyanatında məmnunluqla bildirilir ki, əldə etdiyimiz məlumatlara görə, 2023-cü il iyulun 15-də Brüssel şəhərində keçirilmiş üçtərəfli görüşdə qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıdışı müzakirəyə çıxarılmışdı.


Hər bir azərbaycanlının qayıdış hüququnun reallaşması mütləqdir


Ermənistandan zorla çıxarılmış hər bir azərbaycanlının qayıdış hüququnun reallaşması mütləqdir. Bu mütləqlikdən Ermənistan rəhbərliyi nə qədər tez nəticə çıxarsa, bir o qədər özünün və sülhün xeyrinə  iş görmüş olar. Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaları insan haqlarının və ədalətin təntənəsi olmaqla bərabər, Ermənistan və Azərbaycan arasında davamlı sülhün bərqərar olması üçün zəruri bir şərtdir. 

Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyası ilə əlaqədar istər fərdi qaydada, istər kollektiv şəkildə atılan ciddi addımlara dövlət dəstəyi getdikcə artırılır. Qərbi Azərbaycan həqiqətləri ilə bağlı araşdırmaların yeni yanaşmalarla aparılması gündəmdədir. Sanballı tədqiqatlarla bərabər, həm də vaxtilə yazılmış kitabların tarixi reallıqlara uyğun yenilənməsi nəzərdə tutulub. Bu məqsədlə ənənəvi beynəlxalq elmi konfransların təşkilinə üstünlük verilir ki, mövzu daim özünün strateji əhəmiyyətini saxlaya bilsin.


İcma xalqımızın haqlı tələbini beynəlxalq aləmə yayır


İcma rəhbərliyi Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparmaq üçün beynəlxalq müstəvidə xalqımızın və dövlətimizin haqlı tələbini dünyaya bəyan edir. İcma davamlı olaraq Ermənistandan ətraf mühiti bilərəkdən çirkləndirməyə son qoymağı tələb edib. Ermənistan hökumətinin bu ölkədən zorla çıxartdığı azərbaycanlıların geri qayıdacağı gözlənilən əraziləri qəsdən yaşanmaz hala gətirməyə yönəlmiş məqsədyönlü, mənfur səylərini dərhal dayandırması və nəticələrini aradan qaldırması üçün beynəlxalq ictimaiyyəti təcili olaraq qətiyyətli addımlar atmağa, habelə Ermənistana maksimum təzyiq göstərməyə çağıran bəyanatlar və müraciətlər yayıb.

Bəyanatlarda o da vurğulanıb ki, Ermənistan Azərbaycan ərazilərinin işğalı zamanı azərbaycanlıların qovulduğu şəhər, qəsəbə və kəndlərin, demək olar ki, hamısını dağıdıb, onların geri qayıtmamaları üçün həmin ərazilərdə bir milyondan çox mina basdırıb.

Eyni zamanda qeyd edilib ki, Qacarandakı Zəngəzur Mis-Molibden Kombinatı və Qafandakı mədən kombinatı tərkibində xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun kimi ağır metallar olan mədən tullantılarını çaya buraxır. Bu çirklənmə Azərbaycana doğru axan Oxçuçay və Araz çaylarına birbaşa təsir edərək, bölgədəki insanların sağlamlığını və rifahını təhlükə altına qoyur.

Bundan başqa, Əkərək (Agarak) Mis-Molibden Kombinatı Kərçivançay vasitəsilə Araz çayını tərkibində ağır metallar olan mədən tullantıları ilə çirkləndirir. Göyçə (Geğarkunik) Mis Əritmə Zavodu çoxlu miqdarda kükürd qazı və digər çirkləndiriciləri ətrafa buraxaraq havanın və suyun çirklənməsinə səbəb olur. Mədənin yaxınlığında yerləşən Zod çayı mis, dəmir, kadmium və molibden kimi təhlükəli ağır metallarla çirkləndirilir. Bu misallar Ermənistanın dağıdıcı mədənçilik fəaliyyətinin  məhz azərbaycanlıların vaxtilə sıx məskunlaşmış olduqları ərazilərdə cəmləşdirilməsinin bariz sübutudur.

Ermənistan hökumətinin təbiətə qarşı bu mənfur münasibəti onun azərbaycanlı qaçqınların geri qayıtmasının qarşısını almağa və etnik təmizləmə siyasətini davam etdirməyə hesablanıb.

Bəyanatlarda deyilib: "Biz beynəlxalq ictimaiyyəti Ermənistanın ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq konvensiyalar üzrə öhdəliklərinə zidd olan bədxah əməllərinə son qoymaq üçün qətiyyətli addımlar atmağa çağırırıq. Bu mədənlər və zavodların azərbaycanlıların zorla qovulduğu ərazilərdə qəsdən cəmləşdirildiyini vurğulayırıq. Bu, Ermənistanın etnik təmizləmə siyasətini bir daha nümayiş etdirir. Beynəlxalq ictimaiyyət Ermənistanın bu dözülməz hərəkətlərini pisləməli və ondan beynəlxalq ekoloji normaları pozan, insan sağlamlığına təhlükə yaradan, azərbaycanlı qaçqınların yurdlarına təhlükəsiz qayıtmasına mane olan və qonşu Azərbaycana xeyli transsərhəd ziyan vuran bütün fəaliyyətləri dərhal dayandırmağı tələb etməlidir".


Böyük qayıdışın son dayanacağı İrəvandır 


Bu tarixi hadisələrin əhəmiyyəti milli inkişafımızın yeni mərhələsinin başlanması ilə əlamətdardır. Qalib xalqın Prezidenti, Ali Baş Komandan, dünya azərbaycanlılarının Lideri İlham Əliyevin rəhbərliyi ilə bu gün Qərbi Azərbaycana qayıdış qarşımızda daha geniş üfüqlər açmışdır. Əminliklə deyə bilərik ki, həmişə olduğu kimi, bundan sonra da  qərbi azərbaycanlılar  Prezident İlham Əliyevin ətrafında sıx birləşərək son dayanacaq İrəvan olmaqla Böyük qayıdışın ikinci mərhələsinin iştirakçısı olacaqlar.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:54
26 Oktyabr

"Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 636 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 aprel tarixli 46 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:50
26 Oktyabr

"Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə

02:50
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə

02:48
26 Oktyabr

Türkiyə və Şimali Kipr mediası İlham Əliyevlə Nikol Paşinyanın sammitdəki görüşünü geniş işıqlandırıb

02:46
26 Oktyabr

Azərbaycanın XVI BRICS Sammitində iştirakı: Multilateralizmin əsasları

02:45
26 Oktyabr

Avropa Parlamentinin qətnaməsi Cənubi Qafqazdakı reallığı dəyişmək gücündə deyil

02:44
26 Oktyabr

"Avropa Parlamentinin qəbul etdiyi qətnamələr Azərbaycan üçün heç bir önəm daşımır"

02:43
26 Oktyabr

Avropa Parlamenti BMT TŞ-nin qətnamələri ilə maraqlanmayıb

02:42
26 Oktyabr

Qubadlının azad edilməsi tarixi Qələbəmizi yaxınlaşdırdı

02:41
26 Oktyabr

"Erməni bölmələri itirdiyi mövqeləri bərpa etməyə dəfələrlə cəhd göstərdilər"

02:40
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:33
26 Oktyabr

Azercell abunəçilərinin nəzərinə

02:32
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!