26 Oktyabr 2024 02:42
219
SİYASƏT
A- A+
Avropa Parlamenti BMT TŞ-nin qətnamələri ilə maraqlanmayıb

Avropa Parlamenti BMT TŞ-nin qətnamələri ilə maraqlanmayıb


Avropa Parlamenti oktyabrın 24-də, çərşənbə günü daha bir anti-Azərbaycan qətnaməsi qəbul edib və bu sənəd müstəqil, obyektiv təhlil aparmağı bacaran, necə deyərlər, "buğdanı samandan ayırmağı" bilən hər kəsə bir daha göstərdi ki, avropalı parlamentarilər xroniki hal almış, demək olar ki, "ikiüzlülük" və "ikili standartlar" adlanan sağalmaz xəstəlikdən əziyyət çəkirlər. Avropa Parlamentinin "RC-B10-0133/2024" saylı sənədində avropalı parlamentarilərin sözdə "insan hüquqları" və "beynəlxalq hüquq" məfhumları kontekstində Azərbaycan növbəti dəfə hücum hədəfi seçilib.

Üstəlik, əgər "insan haqları" ilə bağlı iddiaları birtəhər və sırf dövlət sərhədləri daxilində baş verənlərlə mübahisəli şəkildə aid etmək mümkündürsə, həmin sənəddə yer alan Azərbaycanın sən demə Ermənistana münasibətdə guya "hüquqpozmalarına" yol verməsi ilə bağlı fikirlər paradoksaldır və cəfəng hay-küydən başqa bir şey deyil.

Bütün paradoks da məhz bundan ibarətdir, çünki dövlət müstəqilliyinin bərpasının ilk günündən, hətta bu hadisədən bir neçə il əvvəl - hələ SSRİ dövründə həm ittifaqdaxili, həm respublikadaxili, həm də beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması halları mövcud idi və bunu Azərbaycan Ermənistana qarşı deyil, tam əksinə, qarşı tərəf bizə münasibətdə edirdi.

Avropa Parlamentinin üzvləri bu qətnaməni qəbul etməklə, sanki baş vermiş bütün hadisələrin xronologiyasını unudublar və guya Ermənistanın keçmiş SSRİ-nin rəhbərliyinin havadarlığı ilə həmin dövlətin konstitusiya və qanunlarının maddələrinə məhəl qoymaması nəticəsində Azərbaycan SSR-də münaqişənin yaranması bir yana qalsın, beynəlxalq hüququn hər bir prinsipini ələ salması faktlarını da tamamilə unudublar. Onlar, deyəsən, xatırlamırlar ki, bütün bu uzun onilliklər ərzində BMT Təhlükəsizlik Şurasının erməni tərəfini öz qoşunlarını çıxarmağa, yəni, beynəlxalq hüquqa hörmət göstərməyə çağıran dörd qətnaməsi icra olunmadan havadan asılı qalmışdı. Həqiqətən, BMT Təhlükəsizlik Şurasının məhz bu qətnamələrində "Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu" ifadəsi yer alırdı ki, bu da həmin regionun bütün dünya tərəfindən dövlətimizin suveren ərazisinin bir hissəsi kimi birmənalı şəkildə tanınmasını, həmin ərazidə onun konstitusiyasının qüvvədə olmasının zəruriliyini təsbit edirdi. Amma bütün bu müddəalar de-fakto qüvvədə deyildi. Belə bir vəziyyəti başqa nə ilə izah etmək olar? Axı 2020-ci il Vətən müharibəsindən əvvəlki bütün illərdə qəbul edilmiş başqa qətnamələr, bəyannamələr də olub və onlardan da belə nəticə çıxır ki, beynəlxalq hüquq pozulub və bunu Azərbaycan deyil, Ermənistan edib.

Bütün bu reallıqlardan sonra Avropa Parlamenti bədahətən keçmiş təcavüzkar dövlətin, sülh sazişinin (yeri gəlmişkən, Azərbaycanın təşəbbüsü ilə irəli sürülən) imzalanmaması üçün bütün hoqqalardan çıxan indiki inadkar ölkənin tərəfini saxlayan qətnamə qəbul edir. Həmin dövlət Ermənistandır.

Bu parlamentarilərə neçə dəfə izah etmək olar ki, Azərbaycanda nə hərbi əsir, nə də siyasi məhbus yoxdur. Bütün hərbi əsirlər Ermənistanın 2020-ci ilin noyabrında təslim olmasından sonra ilk həftə ərzində azad edilib. Əgər kimlərsə Azərbaycan həbsxanalarında saxlanılırsa, bu, yalnız hərtərəfli araşdırmadan sonra və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müəyyən edilmiş sübuta yetirilən cinayətlərə görə məhkəmənin hökmü ilə həyata keçirilir. İctimaiyyətə açıq olan bu məcəllədə isə siyasi baxışlara görə təqibi nəzərdə tutan heç bir maddə yoxdur. Son qətnaməyə səs verənlərin "vicdan məhbusu" hesab etdikləri şəxslərin cinayət işlərinin materialları ilə tanış olmaq doğrudanmı bu qədər çətindir? Axı bunu etmək olardı!

Onsuz da heç bir qüvvəsi olmayan (nəinki hüquqi, hətta mənəvi-psixoloji) bu qətnamənin "öz gözündə tiri görməmək" kateqoriyasına aid olduğu tamamilə aydındır. Biz artıq Avropa İttifaqının özündə həm insan haqları, həm də sivil tolerantlıq sahəsində vəziyyətin acınacaqlı olması barədə dəfələrlə yazmışıq. Hər gün Aİ-nin müxtəlif şəhərlərində antisemit, islamofob və irqçi elementlərin iştirak etdiyi hadisələr baş verir. Ən çox hiddət doğuran faktlar isə hüquq-mühafizə orqanlarının buna biganə münasibətidir. Demək olar ki, bu cür əməllər təşviq olunur! Fikrinizi yerli medianın səhifələrində və ya televiziya ekranlarında bildirməyə çalışmayın, çünki bütün qapılar müxaliflərə və Avropa İttifaqı daxilində mövcud olan pislikləri göstərmək istəyənlərə bağlıdır. Bu, bir tabudur! Xüsusilə hökumətləri və ümumilikdə Avropa İttifaqını tənqid etmək qəbuledilməzdir. Həddindən artıq nadir hallarda, yalnız heç kimin sizi eşitmədiyi yerlərdə buna icazə verilir. Belə anormal vəziyyət fonunda həmin avropalı parlamentarilər hələ başqa ölkələri söz azadlığının "pozulmasında" da ittiham etməyə cəsarət edirlər.

Bu ittihamlar ifadə azadlığına senzuranın olmadığı, Avropa İttifaqından fərqli olaraq, dövlətin hətta müxalif media qəzetlərinə, saytlarına və kanallarına dəstək verdiyi Azərbaycana münasibətdə xüsusilə komik səslənir.

Odur ki, çərşənbə günü, oktyabrın 24-də qəbul edilən qətnamə ilə bağlı xəbərlər (üstəlik, korrupsiya bataqlığına batmış Avropa Parlamenti tərəfindən) yalnız istehzalı təbəssüm doğura bilər.

Necə deyərlər, külək əsər, karvan keçər. 


AZƏRTAC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya səyyahları Xudafərin körpüsü ilə tanış olublar - YENİLƏNİB

10:23
28 Oktyabr

Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib YENİLƏNƏCƏK

10:09
28 Oktyabr

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

10:04
28 Oktyabr

Bakıda bəzi yerlərdə yağış yağacaq - PROQNOZ

09:31
28 Oktyabr

Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb

07:52
28 Oktyabr

Şalva Papuaşvili: Gürcüstanın yeni parlamentinin ilk iclası noyabrda keçiriləcək

21:57
27 Oktyabr

“Azərbaycanlılar Gürcüstanın ictimai-siyasi həyatında mühüm rol oynayırlar” - Açıqlama

20:34
27 Oktyabr

Rotterdamda “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”na həsr olunan konfrans keçirilib 

19:36
27 Oktyabr

Xidmət rəisi: Kanaldan çıxarılan maral Şahdağ Milli Parkında nəzarət altındadır

18:41
27 Oktyabr

Gürcüstan MSK səsvermənin ilkin nəticələrini açıqlayıb

18:36
27 Oktyabr

Beynəlxalq səyahətçilər Kəlbəcər və Laçına səfər ediblər

17:01
27 Oktyabr

Taksi sürücülərinin və daşımalarla bağlı fəaliyyət operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi imtahanı keçirilib

16:21
27 Oktyabr

COP29-la bağlı tədbir məkanında nəqliyyat monitorinqləri aparılıb

16:03
27 Oktyabr

Ombudsman və Aparatın əməkdaşları Özbəkistanda seçki prosesini izləyirlər

15:53
27 Oktyabr

“Gürcü Arzusu” partiyası parlamentdə 89 deputat mandatı qazanıb  

15:46
27 Oktyabr

Özbəkistanda parlament seçkiləri keçirilir

15:28
27 Oktyabr

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

15:25
27 Oktyabr

Balaxanı tullantı poliqonunun ətrafında ağacəkmə aksiyası keçirilib

15:22
27 Oktyabr

İrakli Kobaxidze: Gürcü xalqı yeganə, mübahisəsiz seçim etdi, sülhü seçdi

15:18
27 Oktyabr

MN: Seyfəli poliqonunda istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

15:16
27 Oktyabr

Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə gecə monitorinqləri başa çatıb

14:05
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!