27 Oktyabr 2024 08:45
430
SİYASƏT
A- A+
Avropa Parlamentinin sədrinə 10 sual

Avropa Parlamentinin sədrinə 10 sual


"Artıq sübut olunub ki, müasir dünyada gedən proseslərə yanaşma baxımından ikili standart rəsmən inkar edilən, lakin sükutla qəbul edilən və tətbiq olunan müxtəlif ölkələrin hüquq və öhdəliklərinə ayrı-seçkili yanaşma normasıdır. Ölkəmizə qarşı münasibətdə ikili standartlar siyasəti hələ illər öncə 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən haqlı olaraq tənqid edilmişdir. Dövlətimizin başçısı diqqəti ona yönəltmişdir ki, Azərbaycana qarşı çox çirkin kampaniya aparılır və bu kampaniya vacib beynəlxalq tədbirlər ərəfəsində xüsusilə gücləndirilir. Çox təəssüf ki, belə qeyri-hüquqi və qeyri-bəşəri yanaşma bu gün daha şiddətlə davam etməkdədir".

AZƏRTAC xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədri professor Vahid Novruzov deyib.

O qeyd edib ki, ölkəmizə qarşı Qərbin ikili standartları xüsusən də Qarabağ məsələlərində özünü daha qabarıq göstərir. İkiüzlülük faktiki olaraq əksər Qərb ölkələrinin və Avropa Parlamentinin siyasətçiləri üçün milli mərəzə çevrilib.

"İlk növbədə onu qeyd etmək istərdim ki, bu günlərdə Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi qətnamə ilə tanış olduqdan sonra bunun bir sanballı qurum tərəfindən yox, sıravi meydan boşboğazlarının sözləri kimi səslənməsi qənaətinə gəldim. Çünki heç bir hüquqi müddəaya və beynəlxalq tələblərə məhəl qoyulmadan hazırlanmış bu qətnamə həm də yalan və böhtanla dolu bir qarayaxmadır. Bircə misal gətirməklə kifayətlənirəm ki, qətnamə ermənilərə qarşı zülm həyata keçirildiyini, ermənilərin aclığa və qorxuya məruz qaldıqlarını, ərazilərinin işğal edildiyini, günahsız həbs olunduqlarını ehtiva edir. Halbuki Azərbaycan tərəfi dəfələrlə bəyan edildiyi kimi, ermənilərin maddi, hüquqi və mənəvi müdafiələrinin təminatı sahəsində əməli təkliflər irəli sürüb və münaqişənin dinc yolla həllinə cəhdlər göstərib.

Əminliklə demək olar ki, Qətnamənin yeganə məqsədi Azərbaycana qarşı çirkli kampaniyanın gücləndirilməsinin zəruri olduğunu göstərməkdir. Heç bir insan hüquqlarının müdafiəsini özünün əsas vəzifəsi hesab edən qurum dövləti cinayətdə və insanlığa qarşı yol verilmiş vəhşiliklərə əl qoymuş şəxslərin - erməni separatçılarının siyasi məhbus adı altında müdafiəsinə və onların azad olunmasına çağırış etməz. Buna əsl təxribat deməyəsən, nə deyəsən.

Avropa Parlamentinin heç bir əndazəyə sığmayan hədyanə qətnaməsi Ermənistan silahlı qüvvələrinə Avropanın sülh fondundan (fikir verin sülh fondundan) ayrılan yardımın alqışlanması bir yana, bu sahədə dırnaqarası əməkdaşlığın gücləndirilməsinə digər ölkələrin də qoşulmasına həyasız bir çağırışdır", - deyən Vahid Novruzov avropalı deputatlara, elə avropalı bir dahinin fikirlərini xatırladıb: "Parlamentin məqsədi - yumruq davasını söz davası ilə əvəz etməkdir".

Professor Vahid Novruzov həmçinin Avropa Parlamentinin sədri, əvvəllər isə bu qurumda insan hüquqlarının qoruyucusu kimi vəzifə sahibi olan Roberta Metsolaya bir neçə sualla müraciət edib: "Xanım Metsola,

1. Xahiş edirəm deyəsiniz, böyük səlahiyyət sahibi olduğunuz halda Azərbaycan ərazilərinin işğalı və uzunmüddətli blokadaları barədə niyə bir dəfə də olsa danışmamısınız?

2. Deyə bilərsiniz, dəfələrlə repressiyalarla üzləşmiş, Ermənistandakı öz ata-baba yurdlarından zorla çıxarılmış, soyqırımına məruz qalmış, yüzminlərlə qərbi azərbaycanlının taleyi sizi niyə maraqlandırmayıb? İndi də maraqlandırmır? Axı siz Roma papası ilə görüşdə hər bir insanın zəruri dəstək və müdafiəsinə təminat verən yanaşmanın tərəfdarı olduğunuzu bildirmisiniz.

3. Rəhbərlik etdiyiniz qurumun qətnaməsində nə haqla suveren Azərbaycan ərazisi olan Qarabağ barədə siz məlumatsızlıqdan, ya da hörmətsizlikdən, - fərq etməz, - artıq mövcud olmayan "Dağlıq Qarabağ" ifadəsi işlətmisiniz?

4. Nə əsasla, bir il bundan əvvəl, Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra bizim ölkəyə "etibarsız tərəfdaş" adını dilə gətirmisiniz? Axı Azərbaycan beynəlxalq norma və konvensiyalara riayət etməklə öz ərazi bütövlüyünü bütün dünyanın, elə sizin özünüzün də tanıdığı sərhədlər daxilində təmin etmişdir. Axı siz həm də hüquq üzrə aspirantura təhsili almısınız.

5. Xəbəriniz varmı bu "dahi dəyərləndirmə"nizdən sonra Azərbaycan Prezidenti İlham Əliyev sizi populist adlandırıb?

6. Avropa Parlamentinin rəhbəri olduğunuz bu son illərdə islamofobiya və türkofobiyanın sizin qurumun daxilində qadağan olunması istiqamətində hansı addımlar atmısınız? Təəssüf ki, heç bir addım. Belə olan halda siz hansı hüquqla və üzlə digərlərinə "hüquq dərsi" keçərək senzura tətbiq etməyi tələb edirsiniz. Sizə insan hüquqlarını beləmi müdafiə etməyi öyrədiblər, ya şirnikləndirici təsirlər sizə mane olur?

7. 2022-ci ildə Avropa Parlamentini silkələyən korrupsiya qalmaqalından sonra şəffaflıq naminə qəbul etdiyiniz yeni Etika Kodeksinin tələblərini nə əsasla özünüzə şamil etməmisiniz? Bəlkə əriniz Ukko Metsolanın Avropa İttifaqında geniş vüsət almış lobbiçilik fəaliyyətinə mane olmamaq üçün?

8. Beynəlxalq şəffaflıq təşkilatının sizə ünvanladığı iradı niyə aradan qaldırmırsınız?

9. Avropa Parlamentini qohumbazlıq yuvasına çevirmək cəhdinizdən bütün dünyanın xəbəri olmasından halisinizmi?

10. COP-a qarşı qərəzli siyasətinizin əsasında ərinizin kruiz biznesinə təsirlər durmadığına dair sübutlarınız varmı?"

Vahid Novruzov Avropa Parlamentinin "sözəbaxan" və bəzi "ələbaxan" deputatlarına bizim onlara münasibətimizi dahi Uinston Çerçilin kəlamı ilə ifadə edib: "Əgər hər hürən itə siz dayanıb daş atsanız, nəzərdə tutduğunuz yerə heç vaxt gedib çata bilməzsiniz".

Azərbaycanın dünyaya açıq bir ölkə kimi xarici əlaqələrin qurulmasında maraqlı olduğunu qeyd edən professor sonda deyib: Prezident İlham Əliyevin siyasəti qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əməl olunması, ikili standartlara yol verilməməsi üzərində qurulub. Bu baxımdan dövlətimizin başçısının özünün sözlərini xatırlatmaq yerinə düşərdi: "Azərbaycan bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur və biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk... Azərbaycanla diktat dili ilə danışmaq olmaz, Azərbaycanla dost, tərəfdaş olmaq olar. Biz buna hazırıq və gələcəkdə, bax bu istiqamətdə gedəcəyik".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici səyyah: Xudafərin körpüsü qədim tarixi özündə əks etdirir

12:57
28 Oktyabr

Bloomberg: “Boeing” reytinq itirməmək üçün 15 milyard dollar cəlb edəcək

12:56
28 Oktyabr

Nyu-Dehlidə “Yaşıl dünya naminə həmrəylik ili”nə və COP29-a həsr olunmuş veloyürüş keçirilib

12:52
28 Oktyabr

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə

12:40
28 Oktyabr

Qanda şəkərin miqdarına nəzarət edən tətbiq sınaqdan keçirilir

12:34
28 Oktyabr

Misli Premyer Liqasında XI tur başa çatıb

12:32
28 Oktyabr

“Samsung” ölçüsünü dəyişdirə bilən smart üzük üzərində çalışır

12:28
28 Oktyabr

Yaponiyada seçkilərdə hakim çoxluğun gözlənilməz məğlubiyyəti

12:26
28 Oktyabr

Dünya səyyahları işğaldan azad olunan torpaqların Ermənistan tərəfindən minalarla çirkəndirilməsi barədə məlumatlandırılıb 

12:19
28 Oktyabr

Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının hibrid formatda növbəti iclası keçirilib

12:16
28 Oktyabr

Niderlandlı səyyah: Azad edilən torpaqlarda görülən işlər insanı heyrətləndirir

12:14
28 Oktyabr

Vado Şakarişvili: Seçkilərdə yalnız müxalifətə deyil, Gürcüstanda ikinci cəbhə açmaq istəyən düşmənlərə də qalib gəldik

12:14
28 Oktyabr

BRICS platformasında əməkdaşlığın böyük perspektivləri mövcuddur

11:51
28 Oktyabr

COP29: ekoloji problemlərin həllində yeni mərhələ

11:37
28 Oktyabr

DYP elektron tərəzilərin istifadəyə verilməsi ilə bağlı yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edib

11:36
28 Oktyabr

“Qarabağ”dan 150-ci böyükhesablı qələbə

11:33
28 Oktyabr

Azərbaycanın Baş naziri gürcüstanlı həmkarına təbrik məktubu ünvanlayıb

11:32
28 Oktyabr

Bakıda Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Çərçivə Sənədinə qoşulmasının 30 illiyi münasibətilə dəyirmi masa keçirilib 

11:15
28 Oktyabr

Londonda Zəfər Gününə həsr olunan döyüş turniri keçirilib

10:47
28 Oktyabr

İsveçli rəssamın itmiş sayılan əsəri Niderlandda satışa çıxarılıb

10:45
28 Oktyabr

Dünya səyyahları Xudafərin körpüsü ilə tanış olublar - YENİLƏNİB

10:23
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!