27 Oktyabr 2024 08:50
444
SİYASƏT
A- A+
Ermənistan yenidən qarışır

Ermənistan yenidən qarışır


Ermənistanda revanşistlər baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün dəridən-qabıqdan çıxsa da, heç bir nəticəyə nail ola bilmirlər. Keçmiş hərbi xunta etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar iqtidarın xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər.

Bu günlərdə Ermənistan prezidenti Vaaqn Xaçaturyanın iqamətgahı yaxınlığında "Müqəddəs mübarizə" hərəkatının mitinqi keçirilib. Etirazçılar Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların işi ilə bağlı əsasnamənin imzalanmasının əleyhinə olduqlarını bildiriblər.

Ən maraqlı etiraz isə sözsüz ki, hökumət binasında bir nəfərin iştirakı ilə keçirilən aksiyadır. Hökumət binasının qarşısında dayanaraq özünü desantçı kimi təqdim edən, hərbi gödəkcə geymiş Arsen Avenisyan təkbaşına piket keçirib. A.Avenisyan iddia edilən hərbi çevriliş cəhdi barədə hüquq-mühafizə orqanlarına məlumat verən şəxs olduğunu deyib. Qeyd edək ki, bu yaxınlarda Ermənistanın İstintaq Komitəsinin bəyanatında hərbi çevriliş cəhdi ilə əlaqədar üç nəfərin saxlanıldığı bildirilib, onlardan biri "Qara pantera" hərbi təşkilatının sədri Serob Qasparyandır. Daha dörd nəfər isə axtarışdadır. 

A.Avenisyan həyatının təhlükə altında olduğunu, hakimiyyət nümayəndələrini xilas etdiyini, öldürülməsinin qarşısını aldığını, lakin bu şəxslərin onun təhlükəsizliyini təmin etmədiklərini bildirib.

"Mənim sayəmdə terror aktının qarşısı alındı. Bu müsahibədən sonra mütləq öldürüləcəyimi bilirəm, amma qorxmuram", - o deyib. A.Avenisyan "terrorçular deyəndə kimi nəzərdə tutursunuz" sualına "Hazırda bu işdə həbs olunanları nəzərdə tuturam. Ad çəkmək istəmirəm", - cavabını verib.

Etirazçı vurğulayıb ki, Aramus kəndindən Erjo adlı gənc guya yenidən hazırlıq üçün Rostova aparmaq adı ilə onu aldadıb, amma, əslində, o, sevgilisi Lusine ilə birlikdə bizi "Arbat" terror qruplaşmasının bazasına, Qorlovkaya gətirib. Onlar bizi terrorçu kimi hazırlamaq, hökumət binalarına, parlamentə, polisə, prokurorluğa hücum etmək və hamını öldürmək niyyətində idilər. İki ildir bu hakimiyyətə qarşı mübarizə aparıram və məlumat verdiyim, onların həyatlarını xilas etdiyim üçün peşmanam. Onlardan təhlükəsizliyimi təmin etmələrini xahiş etdim, çünki öldürüləcəyimə əminəm, amma heç kim mənim istəyimi yerinə yetirmir.

Sentyabrda Ermənistanda "Qara Pantera" hərbi təşkilatının rəhbəri saxlanılıb. Yerli mətbuatın məlumatına görə, hakimiyyətin ələ keçirilməsi ilə bağlı həbs edilənlər arasında "Qara Pantera" hərbi təşkilatının rəhbəri Serob Qasparyan da var.

Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkədə hakimiyyəti ələ keçirməyi planlaşdıran cinayətkar qrupun üzə çıxarılması barədə məlumat yayıb. Bu qrup Ermənistan vətəndaşlarını "Arbat" bazasında üç aylıq təlim keçmək üçün cəlb edib. Məqsəd onlara silahdan istifadə etməyi öyrətmək və s. olub. Lakin sonradan məlum olub ki, qruplaşmanın təşkilatçılarının məqsədi Ermənistanda hakimiyyəti ələ keçirmək idi. Cəlb edilmiş şəxslərin bəziləri təlimlərdə iştirakdan imtina edərək Ermənistana qayıdıblar. Şübhəli bilinən yeddi nəfər barəsində cinayət təqibi başlanıb. Onlardan üçü artıq həbs edilib, dördü isə axtarışa verilib. İstintaq davam edir və qrupun digər üzvlərinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

"Hraparak" qəzeti isə yazıb ki, hökumətin Rusiya əleyhinə atdığı addımlar Ermənistanda ciddi narahatlıq doğurub. Baş verənlər hətta hökumətə yaxınlığı ilə seçilən iş adamlarını da ciddi şəkildə düşündürməyə başlayıb. Belə ki, Kremlə sadiq dairələr onlara tezliklə növbəti məhdudiyyətlərin elan olunacağını bildiriblər. Qeyd edilib ki, qadağalar xüsusilə də baş nazir Nikol Paşinyana yaxınlığı ilə seçilən nəhəng oliqarxlara ciddi təsir göstərəcək. Məhdudiyyətlərin siyahısı açıqlanmasa da, ehtimal edilir ki, Rusiyadan idxal ediləcək məhsullar əlavə vergiyə və digər inzibati tədbirlərə cəlb olunacaq.

Bütövlükdə bütün bunlar Ermənistanın böyük tənəzzül yaşadığını göstərir. Görünən budur ki, sülh müqaviləsinin imzalanmasının uzadılması fonunda İrəvan üzləşdiyi problemlərdən hələ uzun müddət xilas ola bilməyəcək.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici səyyah: Xudafərin körpüsü qədim tarixi özündə əks etdirir

12:57
28 Oktyabr

Bloomberg: “Boeing” reytinq itirməmək üçün 15 milyard dollar cəlb edəcək

12:56
28 Oktyabr

Nyu-Dehlidə “Yaşıl dünya naminə həmrəylik ili”nə və COP29-a həsr olunmuş veloyürüş keçirilib

12:52
28 Oktyabr

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə

12:40
28 Oktyabr

Qanda şəkərin miqdarına nəzarət edən tətbiq sınaqdan keçirilir

12:34
28 Oktyabr

Misli Premyer Liqasında XI tur başa çatıb

12:32
28 Oktyabr

“Samsung” ölçüsünü dəyişdirə bilən smart üzük üzərində çalışır

12:28
28 Oktyabr

Yaponiyada seçkilərdə hakim çoxluğun gözlənilməz məğlubiyyəti

12:26
28 Oktyabr

Dünya səyyahları işğaldan azad olunan torpaqların Ermənistan tərəfindən minalarla çirkəndirilməsi barədə məlumatlandırılıb 

12:19
28 Oktyabr

Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının hibrid formatda növbəti iclası keçirilib

12:16
28 Oktyabr

Niderlandlı səyyah: Azad edilən torpaqlarda görülən işlər insanı heyrətləndirir

12:14
28 Oktyabr

Vado Şakarişvili: Seçkilərdə yalnız müxalifətə deyil, Gürcüstanda ikinci cəbhə açmaq istəyən düşmənlərə də qalib gəldik

12:14
28 Oktyabr

BRICS platformasında əməkdaşlığın böyük perspektivləri mövcuddur

11:51
28 Oktyabr

COP29: ekoloji problemlərin həllində yeni mərhələ

11:37
28 Oktyabr

DYP elektron tərəzilərin istifadəyə verilməsi ilə bağlı yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edib

11:36
28 Oktyabr

“Qarabağ”dan 150-ci böyükhesablı qələbə

11:33
28 Oktyabr

Azərbaycanın Baş naziri gürcüstanlı həmkarına təbrik məktubu ünvanlayıb

11:32
28 Oktyabr

Bakıda Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Çərçivə Sənədinə qoşulmasının 30 illiyi münasibətilə dəyirmi masa keçirilib 

11:15
28 Oktyabr

Londonda Zəfər Gününə həsr olunan döyüş turniri keçirilib

10:47
28 Oktyabr

İsveçli rəssamın itmiş sayılan əsəri Niderlandda satışa çıxarılıb

10:45
28 Oktyabr

Dünya səyyahları Xudafərin körpüsü ilə tanış olublar - YENİLƏNİB

10:23
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!