27 Oktyabr 2024 19:36
482
CƏMİYYƏT
A- A+
Rotterdamda “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”na həsr olunan konfrans keçirilib 

Rotterdamda “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”na həsr olunan konfrans keçirilib 

Rotterdamda Prezident İlham Əliyevin irəli sürdüyü “Qərbi Azərbaycana Qayıdış” Konsepsiyası çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Benilüks Azərbaycanıları Konqresinin (BAK) və “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın sülh və təhlükəsizlik şəraitində öz yurdlarına qayıtması hüququnun, eləcə də Zəngəzur dəhlizinin açılmasının regiona sosial-iqtisadi təsirlərinin beynəlxalq arenada təbliği” adlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycanın və Niderlandın Dövlət himnləri səsləndirilib.

Sonra Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə, fəlsəfə elmləri doktoru Nazim Mustafa, İrəvan xanının nəvəsi Əmir Əli Sərdari İrəvani çıxış edərək, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı düşməndən azad etməsindən, Azərbaycan xalqının “Dəmir yumruq” ətrafında birləşərək BMT qətnamələrini özünün yerinə yetirməsindən danışıblar. Bildiriblər ki, Qərbi azərbaycanlılar da öz doğma yurdlarına qayıtmalıdırlar. Bu gün Azərbaycanda 30 min erməni yaşayır. Qərbi Azərbaycandan olan soydaşlarımız ata-baba yurdlarına dönərək, öz evlərində yaşamalıdırlar.

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə doğma yurdu İrəvandan qaçqın düşməsindən söz açıb. O, Qərbi Azərbaycanın tarixi abidələri və mədəni irsindən bəhs edən “İrəvan - torpağımız, tariximiz, taleyimiz” fotoalbomu haqqında da məlumat verib.

Fəlsəfə elmləri doktoru Nazim Mustafa Qərbi Azərbaycanın etno-demoqrafik mənzərəsinin son 200 il ərzində dəyişdirilməsi prosesindən danışıb, tarixi xronologiyanı təqdim edib. O, həmçinin erməni tarixçilərinin tarixi saxtalaşdırmasından, Ermənistanda azərbaycanlılara qarşı aparılan etnik təmizləmədən də söz açıb.

İrəvan xanının nəticəsi Əmir Əli Sərdari bu gün Ermənistan adlanan dövlətin demoqrafik tərkibinin tarixən işğalçı və ədalətsiz siyasətlə formalaşdığını bildirib. Qeyd edib ki, tarixi sənədlərdə ərazinin yerli hökmdarlarının əsasən Azərbaycan əsilli olduğu göstərilir. XIX əsrin rəsmi rus statistikasına görə, bu bölgənin yerli əhalisinin əksəriyyəti azərbaycanlılar təşkil edirdi.

“XIX əsrdən başlayaraq müxtəlif işğalçı qüvvələr tərəfindən osmanlı və fars imperiyalarına qarşı bufer zona yaratmaq məqsədilə Yaxın Şərqin qonşu bölgələrindən erməniləri bu əraziyə yerləşdirmək siyasəti həyata keçirilirdi. Bu siyasət 20-ci əsrə qədər davam etdi, Birinci Dünya müharibəsi zamanı və ondan sonra zirvəyə çatdı. 1980-1990-cı illərdə Sovet İttifaqının dağılmasından sonra bu siyasət yenidən başladı. Bu dövrlərdə Ermənistandan çox sayda azərbaycanlı qovulub, indi orada bir azərbaycanlı da qalmayıb. Azərbaycan mədəni irsinin çox hissəsi dağıdılıb. 1765-ci ildə əcdadım, İrəvan xanı Hüseynəli tərəfindən tikilmiş İrəvan Göy Məscidi günümüzə qədər gəlib çatan yeganə abidədir. Sovet dövründə məscidin muzey kimi dəyişdirilməsi onun dağılmaqdan xilas olmasına imkan verdi”, - deyə Ə.Ə.Sərdari qeyd edib. Vurğulayıb ki, çətinliklərə baxmayaraq, Qərbi azərbaycanlılar öz mədəni irsini, adət-ənənələrini qoruyub saxlayıblar.

BAK-ın sədr müavini Sima Cəfərova, Hollandiya Azərbaycan Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın, BAK-ın mətbuat xidmətinin rəhbəri Gülnarə Əliyeva, Azərbaycan Koordinasiya Şurasının üzvü Cəfər Gündoğdu çıxış edərək, Ermənistanda azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətindən, didərgin düşdükləri doğma torpaqlarından danışıblar. Qərbi Azərbaycan Konsepsiyasına uyğun olaraq, yerli ictimaiyyəti maarifləndirmək istiqamətində fəaliyyətlərindən də bəhs ediblər.

Tədqiqatçı-yazıçı Henri van Rens “Qarabağ” adlı kitabında yazdığı erməni vəhşiliyini bir daha xatırladıb, Xocalı qırğınından söz açıb. O, Niderland hökumətini ermənilərin və onların mütəşəkkil quldur dəstələrinin törətdiyi soyqırımı ilə bağlı susmaqda, eləcə də ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qırğınları və etnik təmizləmələri rəsmi olaraq tanımamaqda günahlandırıb.

Konfrans çərçivəsində “İrəvan - torpağımız, tariximiz, taleyimiz” kitabının təqdimatı olub. Zalda qədim İrəvan şəhərinin şəkillərindən ibarət sərgi də açılıb. Həmçinin, sərgidə iştirakçılara İrəvan xanlığı, onun xanları haqqında məlumat verilib, qədim şəhərin xəritəsini əks etdirən broşür paylanılıb.

Sonda İrəvan şəhərinin qədimi abidələrini, Göyçə mahalını əks etdirən videoçarx nümayiş olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!