26 Oktyabr 2024 02:41
213
SİYASƏT
A- A+
Qubadlının azad edilməsi tarixi Qələbəmizi yaxınlaşdırdı

Qubadlının azad edilməsi tarixi Qələbəmizi yaxınlaşdırdı



"Qubadlı şəhərinin işğaldan azad edilməsindən dörd il ötür. Ölkəmizin cənub-qərbində yerləşən, Zəngəzur mahalının ən qədim yaşayış məskənlərindən olan Qubadlı rayonunun işğaldan azad olunması tarixi Zəfərimizi qaçılmaz etdi. Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından bir də məhz Qubadlının azad edilməsidir. Doğrudur, işğal altında olmuş hər bir qarış torpağımızın azad edilməsi bizim üçün vacib, əhəmiyyətli idi. 1992-1993-cü illərdə ard-arda itirdiyimiz o ərazilərimizi qarışbaqarış, kəndbəkənd azad etdik. O torpaqlar bizim şəhidlərin, yaralılarımızın qanları ilə yoğrulub. Ona görə də bütün kənd, qəsəbə, rayon və şəhərlərimizin azad edilməsi bizim üçün ölçüyəgəlməz əhəmiyyətə malikdir. Təbii ki, strateji hədəfə çatmaq üçün hərbi əməliyyatlar hazırlanarkan onun əhəmiyyəti, vacibliyi götür-qoy edilir. Bu mənada, böyük Zəfərə nail olmaq üçün Qubadlı şəhərinin azad olunması əməliyyatı qaçılmaz idi və bu əməliyyat ordu rəhbərliyindən böyük peşəkarlıq, savad, döyüşçülərimizdən isə cəsarət, güc tələb edirdi. Qubadlı əməliyyatının uğuru hərbi savad, peşəkarlıq, cəsarət və milli vətənpərvərlik ruhunun vəhdətindən doğdu".

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili söyləyib.

O bildirib ki, Qubadlının 1993-cü il avqustun 31-də Ermənistan tərəfindən işğal olunması tariximizin ən acı səhifələrindən biridir: "Qubadlının işğalı Ermənistana növbəti hədəflərinə daha asan çatmaq üçün nə qədər vacib idisə, Azərbaycana da bütün Qarabağa hakim olmaq, nəzarət etmək üçün Qubadlı əməliyyatı əhəmiyyətli idi. Ermənilər Qubadlıya həm Ermənistandan, həm də Laçın, Şuşa istiqamətlərindən hücum etdilər. İşğal etdikdən sonra rayonda daşı daş üstə qoymamışdılar. Barbarlıq və vandalizmə məruz qalan rayon ərazisində bütün sosial infrastruktur dağıdılmışdı, kommunikasiya xəttləri məhv edilmişdi, daşına bilən hər şey satılmışdı. Ermənistan yalnız Xanlıq kəndində qəsəbə salaraq, xaricdəki erməniləri aldadaraq orada məskunlaşdırmışdı ki, bu da Cenevrə konvensiyasının kobud şəkildə pozulması deməkdir. Ermənilər Qubadlıda törətdikləri vəhşiliklərə görə də beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyırlar".

T.Mirkişilinin sözlərinə görə, 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusu Qubadlı şəhərini işğaldan tam azad edərək Laçın və Şuşaya yolu açdı. Prezident İlham Əliyev noyabrın 10-da gecə xalqa müraciət edərək, Vətən müharibəsinin Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdığına dair şad xəbər verdi. Xalqımız bu xəbəri sevinc göz yaşları ilə qarşıladı. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, 25 oktyabr Qubadlı Şəhəri Günü kimi qeyd edilir. 2020-ci il noyabrın 26-da "Qubadlının azad olunmasına görə" medalı təsis edilib.

"Şərqi Zəngəzur iqtisadi rayonunun təbii sərvətlərlə ən zəngin yerlərindən olan Qubadlı faydalı qazıntıları ilə zəngindir. Rayonun Hacılı kəndində mişar daşı, Bərgüşad çayının sol sahilində yəşəm, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı, Mollabürhan kəndinin cənubunda tuf daş yataqları mövcuddur. Həmçinin rayonun Xanlıq kəndində qum-gil, Eyvazlı kəndində əqiq yatağı var. İşğaldan öncə Qubadlıda 13 min 160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlıda işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları becərilir, heyvandarlıqla məşğul olunurdu. Əminliklə deyə bilərəm ki, biz yenidən Qubadlını Azərbaycanın iqtisadi baxımdan ən gəlirli, ən yaşamalı rayonlarından birinə çevirəcəyik. 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyevin Qubadlıda şanlı bayrağımızı ucaltması mühüm tarixi hadisə oldu. İşğaldan azad ediləndən sonra Ali Baş Komandan İlham Əliyev 4 dəfə Qubadlıya səfər edib. Ölkə Prezidentinin Qubadlıya hər səfəri mühüm hərbi və infrastruktur obyektlərinin açılışı, təməlqoyma mərasimləri ilə yadda qalır. Bu gün Qubadlı rayonunda böyük quruculuq-bərpa işləri həyata keçirilir. Qubadlının gələcək inkişafı ilə bağlı praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Növbəti 20 il ərzində şəhər ərazisinin əhali sayının 14 min nəfərə çatdırılması nəzərdə tutulur. Rayonda ekoloji kənd təsərrüfatı, balıqçılıq, sənətkarlıq, aqroturizm və digər sahələrin inkişafı üçün imkanlar mövcuddur", - deyə deputat vurğulayıb.

O əlavə edib ki, Qubadlının Baş planında rayonun təbiəti, tarixi, memarlıq üslubu, o cümlədən 2050-ci ilə qədər inkişaf dinamikası nəzərə alınacaq: "İnanırıq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qubadlıda bütün infrastruktur layihələr uğurla icra olunacaq, yurdumuzun bu cənnət guşəsinə yeni həyat gələcək".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya səyyahları Xudafərin körpüsü ilə tanış olublar - YENİLƏNİB

10:23
28 Oktyabr

Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib YENİLƏNƏCƏK

10:09
28 Oktyabr

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

10:04
28 Oktyabr

Bakıda bəzi yerlərdə yağış yağacaq - PROQNOZ

09:31
28 Oktyabr

Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb

07:52
28 Oktyabr

Şalva Papuaşvili: Gürcüstanın yeni parlamentinin ilk iclası noyabrda keçiriləcək

21:57
27 Oktyabr

“Azərbaycanlılar Gürcüstanın ictimai-siyasi həyatında mühüm rol oynayırlar” - Açıqlama

20:34
27 Oktyabr

Rotterdamda “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”na həsr olunan konfrans keçirilib 

19:36
27 Oktyabr

Xidmət rəisi: Kanaldan çıxarılan maral Şahdağ Milli Parkında nəzarət altındadır

18:41
27 Oktyabr

Gürcüstan MSK səsvermənin ilkin nəticələrini açıqlayıb

18:36
27 Oktyabr

Beynəlxalq səyahətçilər Kəlbəcər və Laçına səfər ediblər

17:01
27 Oktyabr

Taksi sürücülərinin və daşımalarla bağlı fəaliyyət operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi imtahanı keçirilib

16:21
27 Oktyabr

COP29-la bağlı tədbir məkanında nəqliyyat monitorinqləri aparılıb

16:03
27 Oktyabr

Ombudsman və Aparatın əməkdaşları Özbəkistanda seçki prosesini izləyirlər

15:53
27 Oktyabr

“Gürcü Arzusu” partiyası parlamentdə 89 deputat mandatı qazanıb  

15:46
27 Oktyabr

Özbəkistanda parlament seçkiləri keçirilir

15:28
27 Oktyabr

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

15:25
27 Oktyabr

Balaxanı tullantı poliqonunun ətrafında ağacəkmə aksiyası keçirilib

15:22
27 Oktyabr

İrakli Kobaxidze: Gürcü xalqı yeganə, mübahisəsiz seçim etdi, sülhü seçdi

15:18
27 Oktyabr

MN: Seyfəli poliqonunda istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

15:16
27 Oktyabr

Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə gecə monitorinqləri başa çatıb

14:05
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!