31 Oktyabr 2024 08:55
189
Mədəniyyət
A- A+
Qələbəmiz böyük sənət perspektivləri yaradır

Qələbəmiz böyük sənət perspektivləri yaradır


Parisdə "Carrousel du Louvre"da keçirilən sərgidə bir qrup azərbaycanlı rəssamla birgə əsərləri nümayiş olunan gənc rəssam Fəxriyyə Əliyeva həyəcanla heyranlarını seyr edirdi. Nəzərlər azərbaycanlı rəssamın yaratdığı qadın fiqurlarına yönəlmişdi...

Onunla vədələşdiyimiz kimi, Parisdən birbaşa redaksiyamıza təşrif buyurmuşdu. Yüksək əhvali-ruhiyyədə idi. Söhbətə elə Paris səfəri ilə cığır açdıq. O, sevinclə Fransa səfərindən söz açdı:

- 18-20 oktyabrda Parisdə "Carrousel du Louvre"da keçirilən sərgidə iştirakım yaradıcılığımın mühüm bir mərhələsini təşkil edir. Bəri başdan qeyd edim ki, sərgidə iştirak etməyim bir rəssam kimi mənə göstərilən etimad idi. Əsərlərimlə ölkəmizi təmsil etmək xoşbəxtliyinin mənə də nəsib olduğunun qürurunu yaşayırdım. Eyni zamanda bunun məsuliyyətini də dərk edirdim. Onu da qeyd edim ki, mən tək deyildim. Mənimlə birlikdə Əsmər Nərimanbəyova, Ramina Səadətxan və Anar Hüseynzadə də bu sərgidə əsərləri ilə iştirak edirdilər.

Qadınların müxtəlif rol və vəziyyətlərini, eləcə də onların emosional ifadələrini əks etdirən kompozisiyalarla zənginləşdirilmiş işlərimi təqdim etmişdim. Bu əsərlər həmçinin qadınların tarixi və mədəni kontekstdəki yerini müəyyən edirdi. İlk andan hiss etdim ki, əsərlərim ziyarətçilərdə böyük maraq yaradaraq dərin düşüncə və müzakirələrə yol açır.

Dünyanın müxtəlif ölkələrindən gəlmiş rəssamların iştirak etdiyi bu möhtəşəm tədbirə çox insan gəlmişdi. Əsərlərimdən birinin dünyaca məşhur bir kolleksiyaçı tərəfindən satın alınması mənim beynəlxalq səviyyədə tanınma arzumun reallaşmasına mühüm bir töhfə oldu. Parisdəki bu sərgi yalnız yeni əlaqələr qurmaq deyil, həm də yaradıcılığımda yeni istiqamətlər açmaq imkanı yaratdı.

Öyrənirik ki, gənc rəssam Fəxriyyə Əliyeva hələ kiçik yaşlarından meylini rənglərə salıb. 1999-cu ildən etibarən Respublika İncəsənət Gimnaziyasında rəssamlıq ixtisasında təhsil almağa başlayıb. 2008-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Kollecinin Təsviri sənət fakültəsinin rəngkarlıq ixtisasına daxil olan Fəxriyyə Əliyeva 4 illik təhsildən sonra - 2012-2016-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr pilləsini bitirib. 2016-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2017-2019-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistr pilləsini uğurla tamamlayıb.

Fəxriyyə xanım deyir ki, rəssamlıq mənim üçün peşə deyil, yaradıcılıq, həyat tərzimdir: - Mən özümü bu rənglər dünyasında tapmışam. Hər rəngin öz mənası, fəlsəfəsi var. Rənglərdən yaşılı daha çox sevirəm. Bütün əsərlərimdə özümdən asılı olmayaraq, yaşıl rəngə üstünlük verməyə çalışıram. Yaşıl mənim arzularımın, xəyallarımın rəngidir. Yaşılda bir həyat var... Yaradıcılığımda daha çox güllər, natürmort, tarixi abidələr, milli motivlər, fiqurativ və mifoloji mövzulara üstünlük verirəm. Səyahət etmək, yeni məlumatlar toplamaq isə məni ilhamlandırır... İş prosesi zamanı musiqiyə qulaq asmağı və audiokitabları dinləməyi çox sevirəm...

Bir əsər üzərində işləyərkən tam olaraq ətraf mühitlə əlaqəmi kəsib fırçamla,  öz rəngarəng dünyamla baş-başa qalıram. Hərdən mənə elə gəlir ki, sənətinə pərəstiş etdiyim, sevdiyim, rəng dünyasının sirli-sehrli uzmanları - Səttar Bəhlulzadə, Rasim Babayev, Nadir Əbdürrəhimov, Klod Mone, Henri Matis, Mixail Vrubel, Gustav Klimt, Anders Zorn, Jon Singer Sargent və Giovanni Boldini kənardan məni seyr edirlər. Onların yaratdıqları sənət yadigarları mənim yaradıcılığıma dərin təsir göstərir. Onları düşündükcə yaradıcılıq həvəsim daha da artır.

Fəxriyyə Əliyeva hazırda rəssamların binasındakı fərdi emalatxanasında fəaliyyət göstərir. O deyir ki, yaradıcı insan azad olmalıdır. Şükür ki, bu imkanım var. Bu mühit yaradıcılığımı irəlilətmək üçün mənə ilham verir və yeni ideyalar inkişaf etdirməyə imkan yaradır.

Fəxriyyə Əliyeva 2003-cü ildən bir çox sərgilərdə və yaradıcılıq layihələrində uğurla iştirak edib. 2006-cı ildə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgidə iştirak edib. 2008-ci ildə dövlət proqramı çərçivəsində "Xüsusi istedada malik olan uşaqların potensialının üzə çıxarılması üzrə" sərgidə iştirakına görə fəxri fərman alıb. 2011-2012-ci tədris ilində Azərbaycan Tələbə Gənclər Təşkilatının yaradıcılıq fəaliyyətində fərqləndiyinə görə sertifikatla təltif edilib. 2012-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Gənclər Gününə aid təşkil etdiyi sərgidə, elə həmin ildə Azərbaycan Gənclər Fondunun dəstəyi ilə təşkil olunmuş Gənclik Yaradıcılıq İnkişaf layihəsində və 2 fevral Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən inteqrativ festivalda iştirak edib. 2013-cü ildə Xocalı faciəsinə aid sərgidə, 2014-cü ildə Heydər Əliyev Fondunun təşkil etdiyi və Heydər Əliyev Mərkəzində keçirilən Mixail Lermontovun 200 illiyinə həsr olunmuş sərgidə iştirak edərək xüsusi mükafata layiq görülüb.

2016-2017-ci illərdə "25 Gallery"nin təşkil etdiyi səyyar sərgilərdə, 2021-2023-cü illərdə Rəssamlar İttifaqının və Mədəniyyət Nazirliyinin təşkil etdiyi Qarabağa aid sərgilərdə iştirak edib.

2024-cü ildə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçirilən "İçərişəhərim" adlı rəsm müsabiqəsində onun "Şah Sarayı" adlı əsəri birinci yerə layiq görülüb.

Fəxriyyə xanım deyir ki, yaradıcılığında Qarabağ mövzusu xüsusi yer tutur: 

- Bir zamanlar Qarabağ mövzusuna dərdlərimizi ifadə etmək üçün müraciət edirdiksə, indi Qarabağ qürur yerimizin ünvanıdır. Əsgərlərimizin göstərdiyi qəhrəmanlıqlar sənət nümunələri yaratmaq üçün üzümüzə geniş imkanlar açıb.

Qəhrəman döyüşçülərimizin rəsmini çəkərkən nə qədər qürur yaşayıramsa, şəhidlərimizin portretlərini yaradanda gərginlik keçirirəm. Çalışıram ki, öz əsərlərimdə onların qələbəyə olan böyük inamlarını, bitib-tükənməyən vətən sevgilərini verə bilim.

Fəxriyyə xanım söyləyir ki, rəssamlıq arzunu, xəyalı rənglərlə canlandırmaq deməkdir: "Beynəlxalq sərgilərdə iştirak etmək, fərdi sərgilər təşkil etmək və yaradıcılığımı daha inkişaf etdirmək niyyətindəyəm. Hələ yolun başlanğıcındayam. Çalışacağam ki, bu rəngarəng, çoxçalarlı dünyada rəssam kimi iz qoya bilim. Bu da mənim arzumdur".


Elşən QƏNİYEV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyanın Xalq rəssamı Şuşada fərdi sərgi açmaq arzusundadır

16:08
31 Oktyabr

Noyabrın ilk günlərində hava şəraiti sabit, əsasən yağmursuz olacaq – AYLIQ PROQNOZ

15:33
31 Oktyabr

Paşinyan: Ermənistan vətəndaşlarının böyük əksəriyyəti dövlət müstəqilliyinin dəqiq tarixini bilmir  

15:32
31 Oktyabr

Prezident İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

15:23
31 Oktyabr

Prezident İlham Əliyev Banqladeşin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB  

15:15
31 Oktyabr

Çində yanğın nəticəsində 20-dən çox insan xəsarət alıb

15:12
31 Oktyabr

Prezident İlham Əliyev Konqo Demokratik Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB  

14:59
31 Oktyabr

Prezident İlham Əliyev Albaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

14:54
31 Oktyabr

Prezident İlham Əliyev Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub YENİLƏNİB  

14:51
31 Oktyabr

Qazaxıstan COP29-da ilk dəfə öz pavilyonunu təqdim edəcək

14:48
31 Oktyabr

Naftalana gələn xarici turistlər arasında Rusiya, Özbəkistan və Qazaxıstan vətəndaşları üstünlük təşkil edir

14:45
31 Oktyabr

COP29 zamanı menyular QR kodla təqdim olunacaq, qidalanmada yeni məhsullara üstünlük veriləcək  

14:36
31 Oktyabr

Azərbaycanın gənc boksçuları dünya birinciliyində yeni rekorda imza atıblar  

14:33
31 Oktyabr

Prezident İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub YENİLƏNİB

14:32
31 Oktyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

14:27
31 Oktyabr

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

14:26
31 Oktyabr

“Qərbin Gürcüstan planı fiaskoya uğradı”

13:56
31 Oktyabr

“Vampir qız”ın üzü rekonstruksiya edilib

13:33
31 Oktyabr

Binaların tikintisində artıq sementə ehtiyac qalmayacaq

13:17
31 Oktyabr

Cəlilabadda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib

13:06
31 Oktyabr

Qədim Mayya şəhəri aşkar edilib  

12:57
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!