31 Oktyabr 2024 16:08
1528
Mədəniyyət
A- A+
Rusiyanın Xalq rəssamı Şuşada fərdi sərgi açmaq arzusundadır

Rusiyanın Xalq rəssamı Şuşada fərdi sərgi açmaq arzusundadır

Mən Heydər Əliyevlə görüşmüşəm, onun portretini çəkmişəm. Dahi insan idi. Onun oğlu İlham Əliyev atasının siyasətini uğurla davam etdirir, Azərbaycanın unikal tarixini yaradır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan xalqının mədəni irsinin qorunub saxlanması istiqamətində çox iş görürlər.

Bu fikirləri AZƏRTAC-ın müxbirinə müsahibəsində tanınmış rəssam, Rusiyanın Xalq rəssamı Nikas Safronov Sankt-Peterburq Tarix Muzeyində - Petropavlovsk qalasında avqustun 20-dən oktyabrın 31-dək keçirilən “Peterburqa böyük sevgi” adlı fərdi sərgisinin bağlanış mərasimində ifadə edib.

Rəssam qeyd edib ki, Azərbaycana, işğaldan azad olunmuş ərazilərə bir daha səfər etməkdən böyük məmnunluq duyardı. Dəfələrlə Bakıda olmuş, bir sıra bölgələrə, o cümlədən İsmayıllı və Naxçıvana səfərlər etmiş N.Safronov vurğulayıb: “Əlbəttə, Qarabağa böyük məmnuniyyətlə səfər edərəm. Mən siyasətdən uzaq adamam, amma öz düşüncələrim, daxili prioritetlərim var. Azərbaycanı çox sevirəm, qonaqpərvər xalqınıza böyük rəğbətim var”.

Rəssam qeyd edib: “Azərbaycana həsr etdiyim çoxlu sayda əsərim var. İnsanları yaxından tanıyanda, onlara sevgi hissləri yaranır. Azərbaycan xalqı səmimidir. Şəhərlərdə, kiçik kəndlərdə insanların həqiqi səmimi hisslərinin şahidi olursan. Azərbaycanlıların səmimiliyi, qəlblərinin hərarəti və qonaqpərvərliyinə heyran oldum. Onlar heç vaxt səni süfrə qurmadan, hədiyyə vermədən buraxmazlar”.

N.Safronov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə görüşü ilə bağlı xatirələrini də bölüşüb: “Heydər Əliyev Bakıdakı fərdi sərgimin açılışında iştirak edirdi. Xoşbəxtəm ki, Bakıya gəlmək, Heydər Əliyevlə görüşmək və onun portretini çəkmək mənə nəsib olub. Həmin portreti təqdim edəndə, o, rəsmə xeyli baxdı və dedi: “Bu ölkədə sənin dostun var və o, mən özüməm”. Elə buna görə də məmnuniyyətlə Qarabağa səfər edərdim, bu yerlərin təbiətini görmək, tarixi məkanlarının ziyarət etmək mənim üçün maraqlı olar. Artıq işğaldan azad edilən Şuşanın rəsmini çəkmişəm. Bu, tarixi, çox özəl bir yerdir. Təəssüf ki, Şuşada olmamışam, amma videomateriallara baxaraq şəhərin rəsmini yaratmışam. Mütləq Qarabağa gedəcəyəm və Şuşada fərdi sərgimi açacağam”.

“Peterburqa böyük sevgi” sərgisi haqqında; burada tanınmış fırça ustasının mənzərələr, portretlər və sürreal kompozisiyalar janrlarında 90-dan çox əsəri nümayiş etdirilib. Rəssam Rusiyanın haqlı olaraq dünyanın mədəniyyət mərkəzlərindən biri sayılan Şimal paytaxtına - Sankt-Peterburqa onun əsrarəngiz mənzərələrinə, intellektual mühitinə və zəngin tarixə məhəbbətini kətan üzərinə köçürüb. Sərgini italyan aktrisa Ornella Muti və türk kino ulduzu Burak Özçivit də daxil olmaqla yüzlərlə sənətsevər ziyarət edib. Muzeyin salonlarında ziyarətçilər klassik təsviri sənətlə müasir texnologiyanın heyrətamiz simbiozunu müşahidə ediblər, burada sanki zaman portalına qərq olmuş kimi vahid keçmişlə gələcəyə qovuşublar. Hər bir əsər zaman maşınının pəncərəsinə bənzəyir; burada əsrlərin əzəməti və sirləri ilə parlayan tarixi şəhərin gözəlliyinə baxmaq və ya müasir metropolisə nəzər salmaq olar.

Nikas Safronov son işlərindən birini - “Daha çox məna” layihəsini təqdim edib. Bu art-obyekt, ilk növbədə, gənclərin incəsənətə marağının artırılmasına yönəlib, zəmanəmizin aktual problemlərini əks etdirən istehzalı və metaforik obrazlarla yanaşı, dərin mənaları özündə ehtiva edir.

Digər maraqlı layihə “Telegram” sosial şəbəkəsinin yaradıcısı Pavel Durov və rəssam, Yeni Peterburq İncəsənət Akademiyasının yaradıcısı Timur Novikova həsr olunmuş “Azadlıq” art-obyektidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!