31 Oktyabr 2024 17:53
95
SİYASƏT
A- A+
Macarıstanın “HirTV” telekanalında COP29 və Azərbaycan-Aİ münasibətlərindən bəhs olunub

Macarıstanın “HirTV” telekanalında COP29 və Azərbaycan-Aİ münasibətlərindən bəhs olunub

Macarıstanın ən populyar telekanalı hesab olunan “HirTV”nin “Lancreakcio” proqramının aparıcısına müsahibə verən Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə suallara cavabında Azərbaycanla Avropa İttifaqı (Aİ), o cümlədən Macarıstan arasında qarşılılıqlı münasibətlərin hazırkı vəziyyəti ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirib.

AZƏRTAC xəbər verir ki, səfirin bildirdiyinə görə ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra fəal regional aktora çevrilib və uzun illərdir ki, bütün dünya gücləri, o cümlədən Aİ ilə əməkdaşlığa yönəlmiş balanslaşdırılmış xarici siyasət yürüdür. Aİ ilə Azərbaycan arasında 1999-cu ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi münasibətlərimizin hüquqi əsasını formalaşdırıb.

Azərbaycanlı diplomat deyib: “Aİ bizim əsas ticarət tərəfdaşımız, ən böyük ixrac və idxal bazarımızdır. Enerji resursları bizim münasibətlərimizdə həmişə mühüm rol oynayıb, çünki Azərbaycan enerji sektorunda Aİ-nin strateji tərəfdaşıdır. Bizim tədarük etdiyimiz neftin payı Aİ-nin bütün neft idxalının təxminən 4,3 faizini təşkil edir, Azərbaycan təbii qazı isə Cənub Qaz Dəhlizi vasitəsilə Aİ ölkələrinə tədarük edilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Sədri Ursula Fon der Lyayen tərəfindən 2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq Memorandumu əlaqələrimizi yeni səviyyəyə qaldırdı”.

Tağızadə qeyd edib ki, 2027-ci ilə qədər Azərbaycanın Aİ-yə təbii qaz ixracını iki dəfə artıracağı gözlənilir. Ümumiyyətlə, bizim enerji sahəsində strateji tərəfdaşlığımız yeni bir şey deyil, çünki Azərbaycan öz qaz ehtiyatlarını Aİ ölkələrinə, yəni İtaliya, Bolqarıstan və Yunanıstana hələ 2020-ci ildə ixrac etməyə başlayıb.

Moderatorun suallarını cavablandıran diplomat bu xarici siyasət yolunda əldə olunan nailiyyətlərlə yanaşı, Aİ ilə münasibətlərdə hələ də qalan çətinliklərə də toxunub. O əlavə edib: “Bir tərəfdən biz Avropa Parlamentinin Cənubi Qafqazdakı vəziyyətə müdaxilə etmək üzrə uğursuz cəhdlərini görürük. Bu yaxınlarda Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə də bu yanaşmanın bariz nümunəsidir. Bu cür düşünülməmiş və ümumiyyətlə qeyri-məhsuldar addımlar nəinki regional sülhü və sabitliyi risk altına qoyur, həm də Aİ-nin regionumuzdakı şəxsi maraqlarına ziddir.

Digər tərəfdən, mən macar tərəfdaşlarımıza həm Avropa Parlamentindəki “Avropa Naminə Vətənpərvərlər” qrupunda, həm də milli səviyyədə ədalətli mövqe və dəstəyə görə təşəkkürümü bildirmək istərdim. Macarıstanın Aİ Şurasına sədrliyi çox məhsuldar və səmərəlidir”.

Səfir qeyd edib ki, Macarıstan Azərbaycanın strateji tərəfdaşı və etibarlı dostudur. Prezident İlham Əliyevin 2023-cü ilin yanvarında Budapeştə səfəri zamanı strateji tərəfdaşlığın genişləndirilməsinə dair birgə Bəyannamə imzalanıb. Macarıstanın Xarici İşlər və Ticarət Naziri Peter Siyartonun dəfələrlə qeyd etdiyi kimi, biz artıq 14 ildir ki, strateji tərəfdaşıq. 2023-cü ildə ikitərəfli ticarət həcmi rekord səviyyəyə - 120 milyon ABŞ dollarına çatıb. Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma və inkişaf layihələrində iştiraka xüsusi maraq göstərirlər. Macarıstanın KESZ qrupu Qarabağda 2025-ci ildə başa çatdırılmalı olan Soltanlı kəndinin yenidən qurulmasında iştirak edir.

Tağızadə diqqətə çatdırıb ki, Macarıstan, həmçinin Brüssellə münasibətlərimizdə mühüm rol oynayır. O

bildirib ki, Aİ-nin üzvü və hazırda Aİ Şurasının sədri olan bu ölkə Cənubi Qafqazda regional vəziyyətə qərəzsiz yanaşmanı ardıcıl olaraq dəstəkləyir.

Aİ ilə enerji sahəsində imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq, Azərbaycan təbii qaz ixracını durmadan artırır. Azərbaycanın mövcud resursları ilə 2027-ci ilə qədər ixracın iki dəfə artırılması hədəfi kifayət qədər realdır. 2023-cü ildə Azərbaycan Aİ, Türkiyə, Gürcüstan və Serbiya bazarlarına 23,9 milyard kubmetr təbii qaz ixrac edib. Yunanıstan və Bolqarıstan arasında İnterkonnektor tikilib, Azərbaycan və Macarıstan qaz ehtiyatlarına dair Anlaşma Memorandumu imzalayıb ki, bu da ixracımızın coğrafiyasını daha da genişləndirməyə imkan verir.

“Azəri-Çıraq-Günəşli” yatağında və Bakı-Tbilisi-Ceyhan boru kəmərində paya malik olan Macarıstanın MOL qrupu artıq Azərbaycanın enerji bazarında fəaldır. Bundan əlavə, bu il Macarıstanın MVM şirkəti dünyanın ən böyük dəniz yataqlarından biri olan “Şahdəniz” qaz yatağında 5 faizlik pay alıb.

“Yaşıl enerji əməkdaşlığımızın digər mühüm sahəsidir. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iştirakı ilə yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi bu istiqamətdə təməl daşıdır. Qara dənizin altından keçən bu elektrik kabeli bərpaolunan enerji sahəsində Aİ ilə əməkdaşlıqda yeni dövrün başlanğıcını qeyd edəcək.

Azərbaycanın işğaldan azad edilmiş əraziləri bərpaolunan enerji mənbələri üçün böyük potensiala malikdir. Bu sahədə layihələrin həyata keçirilməsi üçün “Masdar”, “ACWA Power” və “Fortescue” kimi aparıcı şirkətlərlə əməkdaşlıq edirik”, - deyə Tağızadə bildirib.

Proqramın qonağı, özünün dediyi kimi, “bütün beynəlxalq ictimaiyyət, hətta deyərdim ki, bütün bəşəriyyət üçün əlamətdar hadisə” olan COP29 mövzusuna da toxunub: “İqlim dəyişikliyi və digər ekoloji problemlər dünya liderlərinin və bütün qlobal ictimaiyyətin diqqətini, həmçinin effektiv və vaxtında həll yollarını tələb edir. Azərbaycan COP29-a ev sahibliyi etməyə xüsusi önəm verir. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2024-cü il “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edilib”.

Səfir əlavə edib: “Biz işğaldan azad edilmiş ərazilərdə ağıllı şəhərlər və kəndlər yaradırıq. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları və Naxçıvan Muxtar Respublikası 2050-ci ilə qədər sıfır emissiya zonasına çevriləcək. 2030-cu ilədək Azərbaycanda bərpaolunan enerji mənbələrinin quraşdırılmış elektrik enerjisində payı 30 faizə çatacaq. COP29 “maliyyə COP-u” adlanır, çünki o, iqlim maliyyəsi üçün yeni hədəf təyin etmək məqsədi daşıyır. Azərbaycan da COP29 günlərində Olimpiya atəşkəsi təşəbbüsünü təkrar etdi. Bu, 2024-cü ilin 4-29 noyabr tarixlərində bütün hərbi əməliyyatların dayandırılmasını tələb edir.

Azərbaycan ümumi regional sülhü və sabitliyi dəstəkləyir. Biz Ermənistanla sülh sazişi imzalamağa hazırıq. Ancaq bütün mühüm məsələləri bir kənara qoyaraq, yalnız ictimaiyyətə artıq məlum olan bəzi bəndlərə imza atmaq yolverilməzdir. Biz başa düşürük ki, Ermənistanda siyasi vəziyyət çətindir, lakin hər hansı ərazi iddialarından imtina etmək lazımdır.

Ermənistan Konstitusiyasına lazımi dəyişikliklər etməklə sülh sazişinin bağlanması Azərbaycan üçün zəruri şərtdir. Bildiyiniz kimi, Ermənistan Azərbaycanın COP29-da ev sahibliyinə namizədliyini dəstəkləyib. Bu tədbirə Ermənistanın baş naziri Nikol Paşinyan da dəvət olunub”.

ABŞ-da keçirilən seçkilərlə bağlı Tahir Tağızadə qeyd edib ki, prezident seçkiləri təbii ki, bu ölkənin daxili işidir. Lakin Birləşmiş Ştatların qlobal rolunu nəzərə alsaq, seçkilərin nəticələri şübhəsiz ki, dünyanın bütün regionlarına, o cümlədən Cənubi Qafqaza da təsir edəcək. “Biz dəfələrlə vurğulamışıq ki, qlobal aktorlar və beynəlxalq təşkilatlar tərəfindən atılan qərəzli addımlar heç bir nəticə verməyib. Biz ABŞ, Aİ və digər qlobal aktorların regionumuzda uzunmüddətli sülhə və Azərbaycanla Ermənistan arasında barışıq prosesinə dəstək verəcəyini gözləyirik, lakin bu, çox diqqətlə edilməlidir”, - deyə Azərbaycanın səfiri bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri” - konfrans

19:37
31 Oktyabr

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında 5 məsələ müzakirə edilib

19:12
31 Oktyabr

Ankarada keçirilən görüşlərdə sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

18:59
31 Oktyabr

POS-terminallardan istifadə ilə bağlı nəzarət tədbirləri davam etdirilir

18:53
31 Oktyabr

Cəbrayıl rayonunda günəş elektrik stansiyasının tikintisi üçün ərazi müəyyənləşib

18:52
31 Oktyabr

İqlim fəaliyyəti qlobal məqsdlərə xidmət edir

18:50
31 Oktyabr

COP29-un işıqlandırılmasında fəal iştirak edəcək ingilisdilli jurnalistlər üçün növbəti təlimlərə başlanılıb

18:32
31 Oktyabr

Dövlət Komitəsində azad edilmiş ərazilərə köçürülmənin təşkili məsələləri müzakirə olunub

18:13
31 Oktyabr

Əlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi keçirilib

18:03
31 Oktyabr

Macarıstanın “HirTV” telekanalında COP29 və Azərbaycan-Aİ münasibətlərindən bəhs olunub

17:53
31 Oktyabr

Amerikalı milyarder: Gələcək müharibələrin nəticəsi PUA-lardan asılı olacaq

17:41
31 Oktyabr

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası olub

17:29
31 Oktyabr

COP29 üçün Yaşıl Zonaya biletləri yaxın zamanda əldə etmək mümkün olacaq

17:14
31 Oktyabr

Kosmosa robot tozsoran göndərilib  

16:58
31 Oktyabr

Azərbaycan müdafiə naziri “Mərakeş Aviaşou 2024” sərgisinin açılış mərasimində iştirak edib

16:55
31 Oktyabr

Birləşmiş Krallığın dövlət naziri Azərbaycanın bölgədə dayanıqlı sülhün təsis edilməsi üzrə baxışları barədə məlumatlandırılıb  

16:37
31 Oktyabr

İstanbulda gəmi yanıb, iki nəfər həlak olub

16:27
31 Oktyabr

Rusiyanın Xalq rəssamı Şuşada fərdi sərgi açmaq arzusundadır

16:08
31 Oktyabr

Noyabrın ilk günlərində hava şəraiti sabit, əsasən yağmursuz olacaq – AYLIQ PROQNOZ

15:33
31 Oktyabr

Paşinyan: Ermənistan vətəndaşlarının böyük əksəriyyəti dövlət müstəqilliyinin dəqiq tarixini bilmir  

15:32
31 Oktyabr

Prezident İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

15:23
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!