15 Dekabr 2025 16:36
385
SİYASƏT
A- A+
Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 


XXI əsrdə yeni dünya düzəninin formalaşdığı bir vaxtda Türk dünyası öz gücünü daha da artırır. Malik olduğu resurslar, əhali sayı, coğrafi mövqeyi baxımından Türk dünyası artıq qlobal miqyasda əsas geosiyasi, geoiqtisadi güc mərkəzlərindən birinə çevrilir. Türk dünyası ortaq tarix, dil və mədəniyyətə malik 7 müstəqil dövlət, bir neçə muxtar ərazidən ibarət böyük coğrafi məkandır. Dekabrın 15-nin Dünya Türk Dili Ailəsi Günü kimi qeyd olunması da Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlmasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

O xatırladıb ki, bu il noyabrın əvvəlində Özbəkistanda keçirilən BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) 43-cü Baş Konfransında dekabrın 15-i Dünya Türk Dili Ailəsi Günü elan edilib. Baş Konfransda 194 ölkədən 5000-dən çox nümayəndə iştirak edib. İlk dəfə olaraq BMT müstəvisində bu gün - 15 dekabr Dünya Türk Dili Ailəsi Günü qeyd olunur. Bu gün üçün 15 dekabr tarixinin seçilməsi təsadüfi deyil. Belə ki, avropalı türkoloq alim Vilhelm Tomsen türk dilinin ilk yazılı abidələri sayılan “Orxon” kitabələrinin türk dilində yazıldığını 1893-cü il dekabrın 15-də beynəlxalq elmi ictimaiyyətə təqdim etmişdi. Ona görə də, Dünya Türk Dili Ailəsi Gününün bu tarixdə qeyd olunması rəmzi məna daşıyır.

Onun sözlərinə görə, UNESCO-nun məlum toplantısında belə bir günün elan olunması Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistanın birgə müraciətindən sonra əlavə 21 dövlət tərəfindən dəstəklənərək təsdiqlənib.

“Geniş bir ərazidə 200 milyondan çox insanın danışdığı türk dili ailəsi əsrlər boyu ortaq tarix və dəyərlərdən gələn zəngin bir mədəni irsi təmsil edir. Bu əlamətdar gün türk sivilizasiyalarının ortaq mədəni sərvətinin rəmzidir, habelə bu xalqlar arasında mədəni yaxınlaşmaya və dialoqa töhfə verir. Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması türk xalqlarının ortaq mənəvi köklərinin və dəyərlərinin beynəlxalq səviyyədə tanınmasının bariz göstəricisidir. UNESCO-nun müvafiq qərarı, eyni zamanda, türkologiyanın, türk kimliyinin dünyada artan nüfuzunun təsdiqidir”, - deyə S.Vəliyev vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Güləş üzrə Azərbaycan çempionatında 5 çəkidə medalçılar bəlli olub  

23:47
08 Yanvar

Baş katib ABŞ-ın BMT qurumlarından çıxmaq qərarından təəssüfləndiyini bildirib  

22:45
08 Yanvar

ABŞ Senatı Venesuelaya növbəti müdaxiləni məhdudlaşdıran qətnamə qəbul edib  

21:36
08 Yanvar

“Waymo”nun robotaksisi yeni adla təqdim olunur  

21:01
08 Yanvar

Yeni kamera texnologiyası sayəsində ənənəvi sistemlərin əsas məhdudiyyəti aradan qaldırılacaq  

20:49
08 Yanvar

“Ludens AI” yeni robotunu nümayiş etdirib  

20:02
08 Yanvar

Donald Tramp ABŞ hərbi büdcəsinin 50 faiz artırılmasını tələb edir  

19:31
08 Yanvar

ABŞ Senatında Trampın Venesuelaya qarşı daha çox hücum etmək qabiliyyətini məhdudlaşdıran qətnamə üzrə səsvermə keçiriləcək  

19:29
08 Yanvar

Rusiya XİN Ukraynada Britaniya və Fransa qoşunlarının yerləşdirilməsi planlarını şərh edib  

18:52
08 Yanvar

Deputat: 2030-cu ilədək Azərbaycanda tələbatdan dəfələrlə artıq elektrik enerjisi istehsal olunacaq  

18:24
08 Yanvar

Ali təhsil haqqında dövlət sənədlərinin verilməsi qaydası təsdiqlənib  

17:52
08 Yanvar

Rayonlarda yanvarın 9-u gündüzdən 10-u axşamadək hava yağıntılı olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ  

17:51
08 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

17:51
08 Yanvar

Tikintilərin Dövlət reyestri ilə bağlı qaydalarda dəyişiklik olunub  

17:50
08 Yanvar

Güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib  

17:31
08 Yanvar

Qazaxıstan taxılının Azərbaycana daşınma həcmi üç dəfə artıb  

17:03
08 Yanvar

Ombudsman uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi  

16:53
08 Yanvar

Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar dünyanın supergücləri tərəfindən də qəbul edilir

16:45
08 Yanvar

“Azerbaijan Open” beynəlxalq turnirinin ilk qalibi: “Şahdağ”ın xizək yolları çox gözəldir 

16:44
08 Yanvar

Mütəxəssis-ekspert: Hazırda yayılan infeksiya mövsümi qripdir

16:31
08 Yanvar

Ekspert : Prezident İlham Əliyevin təşəbbüsü Türk dünyasının inkişaf trayektoriyasını müəyyənləşdirir

16:23
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!