16 Dekabr 2025 08:50
184
Mədəniyyət
A- A+
Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar


Bu il müstəqilliyimizin bərpasının 34 ili tamam oldu. Son beş ilin bu tarixdə öz yeri var və həmin dövrün tədqiq edilməsi, yazılması xüsusi əhəmiyyət daşıyır. Yeni tariximiz haqqında aparılan elmi araşdırmalar hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir. Hesab edirik ki, belə tədqiqat işlərinin qiymətləndirilməsində alimlərimiz fəal mövqe tutmalı, bu cür dəyərli əsərlərə öz münasibətlərini bildirməlidirlər. 

Hüquq və İnsan Haqları İnstitutu 2025-ci ildə hüquq elmləri üzrə fəlsəfə doktoru Vəfaddin İbayevin "Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər" kitabını nəşr etdirmişdir. 466 səhifədən ibarət kitabda Azərbaycan Prezidentinin 44 günlük Vətən müharibəsi zamanı xalqa müraciətləri, müsahibə və çıxışlarında səslənmiş fikirlər tədqiqata cəlb edilmiş və üç fərqli istiqamətdə təhlil edilmişdir. Həmin istiqamətlərdən biri "reallaşan ideyalar" adlandırılmışdır. "Reallaşan ideyalar" xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanın inkişaf strategiyasında müxtəlif istiqamətlərdə həyata keçirilməsi nəzərdə tutulan işləri əhatə edir. Bu strategiyanın özəyində duran əsas ideya isə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qayıtmasıdır. Nəzərdə tutulmuş işlərin, ideyaların əsas hissəsi artıq reallaşmış, bir sırası isə reallaşmaq üzrədir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi də bu ideyaların mərkəzində dayanır.

Prezident İlham Əliyev bu il noyabrın 8-də 44 günlük Vətən müharibəsində qazanılmış Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paraddakı çıxışında gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyinə toxunaraq demişdir: "Biz gənc nəsli vətənpərvərlik ruhunda, Vətənə sevgi ruhunda tərbiyə etmişik və bizim gənclərimiz 44 gün ərzində öz sinələrini qabağa verərək, güllə altına gedərək tarixi torpaqlarımızı işğalçılardan azad etdilər. Vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı Zəfərimizin əsas amillərindən biridir". 

Vətən sevgisi, vətənpərvərlik xalqımıza tarixən xas olan mənəvi keyfiyyətlərdən biridir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi ideyasının həyata keçirilməsində Olimpiya Hərəkatı və idman sahəsində görülən ardıcıl işlərin xüsusi rolu olmuşdur. Azərbaycanda idmanın sürətli inkişafı isə 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra başlamış və bu inkişaf getdikcə daha da güclənmişdir. 

Cənab İlham Əliyev 1998-ci ildə gənc idmançılar qarşısındakı çıxışında demişdir: "İdman mübarizədir. ...Sizin hər birinizin mübariz ruhda tərbiyə olunması bizim istəyimizdir. Əminəm ki, bu işdə idman sizə çox şey verəcəkdir. Mübarizə aparmaq, qələbə çalmaq, qarşıya qoyduğunuz məqsədə çatmaq üçün daim çalışmaq sizin əsas vəzifəniz olmalıdır. Vətənə bu cür övladlar lazımdır. Vətən bu cür övladları ilə daim ucalır".

Milli Olimpiya Komitəsinin prezidenti kimi idman və Olimpiya Hərəkatına rəhbərlik edən cənab İlham Əliyev 1997-ci ildən mübariz gənc nəslin hazırlanması ideyasını irəli sürmüş, məqsədə çatmaq vasitələrindən birini - yeniyetmə və gənclərin idmana cəlb edilməsi, onların idman mübarizəsində uğurlar qazanması üçün hər cür əsasların yaradılmasını komitənin fəaliyyətində ön plana çəkmişdir. 

Sidney Olimpidası ərəfəsində Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev idmançılara dəyərli tövsiyələr verərək demişdir: "2000-ci ildə keçiriləcək Olimpiya Oyunlarında medalların sayı daha da çox olacaqdır. Bizim milli komandamız bu yarışlarda daha geniş tərkibdə çıxış edəcək və biz hamımız arzulayırıq ki, Vətənə medallarla qayıtsınlar, Azərbaycanın idman şöhrətini ucaltsınlar. Sidneydə yarışacaq idmançılarımıza tövsiyəm budur ki, bir anda yaddan çıxarmasınlar ki, onların uğurları, onların əldə edəcəyi medallar təkcə özlərinə yox, həm də bütün Azərbaycan xalqına məxsusdur. Onların uğurları Azərbaycanın uğurlarıdır. Onların qələbəsi Azərbaycanın qələbəsi olacaqdır". 

"Suverenliyin zəfər yolu" kitabında Müzəffər Ali Baş Komandanımızın müsahibələrindən birində qəti şəkildə "Biz işğal olunmuş bütün ərazilərdə Azərbaycan bayrağını qaldıracağıq!" deməsi xüsusi qeyd olunmuşdur. Prezident İlham Əliyev işğal olunmuş bütün Azərbaycan torpaqlarında Azərbaycan bayrağını qaldırmazdan əvvəl onu dünyanın çox ölkəsində yüksəltməyə nail oldu. 

"Suverenliyin zəfər yolu" kitabında oxuyuruq: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsində "Cənab Prezident, Siz artıq qələbəni dadmısınız?" sualına cavab verərkən bildirdi ki, "Biz ərazi bütövlüyünün bərpasını demək olar ki, 30 il idi gözləyirdik… Biz onu danışıqlar masasında həll etmək istəyirdik. Lakin biz bunu döyüş meydanında etməyə hər zaman hazır idik və bunu da edirik". 

Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti kimi hələ 1998-ci ildən başlayaraq, Azərbaycanda Olimpiya və qeyri-Olimpiya növü sayılmasından asılı olmayaraq, idmanın bütün növlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayır, onlar arasında fərq qoymamağı tövsiyə edirdi. 

Prezident İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı altında yarışlara hazırlaşan idmançılar Vətən müharibəsi günlərində idmanda qazandıqları vərdişlər hesabına böyük qəhrəmanlıqlar nümayiş etdirərək adlarını xalqın igidləri sırasına yazdılar. İdman sahəsində əldə edilmiş uğurlar dövlətimizin başçısını bir daha əmin etdi ki, xalqının övladları döyüş meydanlarında da qalib gəlməyə hazırdırlar. 

26 fevral 2021-ci ildə xarici ölkələrin media nümayəndələri üçün mətbuat konfransında Prezident İlham Əliyev Ukraynanın "İnter" telekanalı müxbirinin sualını cavablandırarkən demişdir: "…biz onların bizi haradan gözlədiklərini və nə edəcəklərini təxminən bilirdik. Buna görə də elə yerdən gedirdik ki, onların ağlına belə gəlməzdi. Onlar bizim Şuşaya necə gedib çıxmağımızı hələ də başa düşə bilmirlər. Başa düşə bilmirlər, bir-birindən soruşurlar. Bəzən bu məsələ mətbuata çıxır. Lakin haçansa başa düşəcəklər, bu da Azərbaycanın xüsusi təyinatlılarının və digər xüsusi hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı ilə bağlı ayrıca bir əhvalatdır. Lakin bu gün artıq sirr deyil ki, döyüş əməliyyatlarında sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidməti, kəşfiyyat xidməti, Naxçıvan ordusunun xüsusi qüvvələri iştirak edirdilər. Onlardan hər birinin vahid komandanlıq altında öz vəzifəsi var idi".

Ümummilli Lider Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın dünyaya bəxş etdiyi və dünyanın ən böyük dühaları ilə eyni sırada dayanan şəxsiyyətlərdir. Onların ömür yolları, fəaliyyətləri, uzaqgörənlikləri yalnız Azərbaycan üçün deyil, bütün türk dünyası, həmçinin bundan sonra hansı millətdən olmasından asılı olmayaraq, öz adını, fərqi yoxdur, dövlət başçısı, sərkərdə, ümumiyyətlə, dahi kimi tarixə yazdırmaq istəyən hər bir kəs üçün olduqca dəyərli və qiymətli bir örnəkdir. 


Çingiz HÜSEYNZADƏ,

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, filologiya elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

Parlament Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi haqqında Sazişi təsdiqləyib  

12:28
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!